Аннотация

“Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, böyük Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadənin “Xatiratım”ı “Xatirə ədəbiyyatı” seriyasından dərc etdiyi beşinci kitabdır. Oxuduqca yazıçını əhatə edən proseslər və ədibin müasirləri haqqında heç bir ideoloji təsirə məruz qalmamış məlumatlar əldə edə, dövrün mübahisəli məsələlərindən, dönüş məqamlarından xəbərdar ola biləcəksiniz.

Аннотация

Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür-gün yoldaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin şairlə bağlı qələmə aldığı könül çırpıntılarıdır. Xatirələr həmin dövrün acılarını duymaq və şairin yaradıcılığını öyrənmək baxımından daim öz aktuallığını saxlayır.

Аннотация

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi yeddinci kitab Məmməd Səid Ordubadinin xatirələrini əhatə edir. “Həyatım və mühitim”də Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Xatiratı oxuduqca çar hökumətinin məhbəslərində yaşanan faciələri, qadınların başına gətirilən əxlaqsız hərəkətləri, I Dünya müharibəsinin yaşatdığı acıları əhatəli şəkildə görmək olar.

Аннотация

Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanıb. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənətkarın irsinin əbədiliyinə inam hisslərini aşılayır.

Аннотация

Fransada yaşayıb-yaratmış Ümmülbanu (Banin) iki məşhur neft milyonçusunun – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir. Kitabın 54-60-cı səhifələrinin tərcüməçisi Çimnaz Vəliyevadır.

Аннотация

Salam Qədirzadə əsərləri gənclər arasında ən çox oxunan müəlliflərdən biridir. Onun “Sevdasız aylar” povesti yüksək tirajla dərc olunan kitablar sırasındadır. “Şlyapalı Mauqli” adlı bu kitaba isə, yazıçının “Ər-arvad təhlükəsizliyi ongünlüyü”, “Bığ”, “Evlənəndə tələsməyin”, “Gözbağlıca”, “Telefon” kimi hekayələri daxil edilib. Onları oxuduqdan sonra romantik ruhlu bu müəllifi həm də gözəl yumor ustası kimi kəşf edəcəksiniz. Qarışmış telefon xətti vasitəsilə maraqlı xəbərlər toplayıb ərinə danışan və bu işə aludə olduğu üçün telefon ustasına rüşvət verib geri qaytaran Şəfiqə də, nadanlığı ucbatından qonşusu tərəfindən ələ salınaraq “Şlyapalı Mauqli” adlandırılan Canəli müəllim də, arvadının qorxusundan bığını qırxan ustadan şikayət edən Əzim də öz baməzə xarakterləri və düşdükləri gözlənilməz əhvalatlarla marağınıza səbəb olacaq.

Аннотация

Sovet-Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var. Bir gün Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb. Beləliklə, böyük fransız yazıçısı və filosofu Alber Kamünün “… Var olmaq, yaşamaq, ölümə doğru getmək deməkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyərlər, ölüm cəzasına məһkum olunmuş, ancaq һökmü nə vaxt və һarada yerinə yetiriləcəyini bilməyən, yoldaşlarının isə hər gün edam edildiyini görən kimsəsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər “46 bənövşə” adı ilə oxuculara təqdim olunur.

Аннотация

Salam Qədirzadənin sonuncu əsəri olan “Hər gün ömürdən gedir” kitabı ilk dəfə 1987-ci ildə – yazıçının ölümündən sonra nəşr olunub. Yazıçının bir çox əsərləri kimi bu kitab da ailə-məişət mövzusuna həsr olunub, amma əvvəlkilərdən fərqli olaraq insan taleyinə fəlsəfi baxış da öz əksini tapıb. Keçmiş taksi sürücüsü olan Seyfəl indi qocalıb, oğlunu evləndirib və həyat yoldaşını götürərək bağ evinə istirahətə gedib. Orada həyatın məğzinə dalmağa başlayan baş obraz olub-keçənləri də tərkinə götürüb, dirçəltdiyi faytonda gəzdirməyə qalxır.

Аннотация

Tanınmış Azərbaycan yazıçısı Salam Qədirzadənin “Kəndimizdə bir gözəl var” romanı sovet dönəmində belə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub və üzərindən illər keçsə də, yenə də maraqla qarşılanır. Hələ doğum evində ikən səhv salınmış Leylanın başına gələnlər, onun bu sirrdən xəbər tutacağının qorxusu ilə yaşayan ata-ananın həyəcanı, Leyla və Göydəniz arasındakı məhəbbət, bu eşq uğrunda etdikləri fədakarlıqlar əsərin əsas mövzusudur. Bu roman öz maraqlı süjet xətti və səmimi təsviri ilə oxucunun diqqətini çəkəcəkdir.

Аннотация

Salam Qədirzadənin “Sevdasız aylar” romanı yarandığı illərdə – sovet dönəmində belə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri oxucunun diqqətini cəlb edəcək, onu öz tələbəliyinə, öz gəncliyinə səyahətə çıxaracaqdır.