Аннотация

Salam, əziz dostum! Mən heyvanlar haqqında hekayələri sevərək oxudum. Əminəm, sən də çox bəyənəcəksən. Qara mustanqla birgə bütün düzləri keçəcək, onun azadlıq mübarizəsini qürurla izləyəcək, Qumlu təpə maralının ələkeçməz gözəlliyinə vurulacaq, sevimli köpək Binqonun sədaqətinə heyran qalacaqsan. Boz canavar Lobonun ağlı sənə örnək olacaq, Qızılgərdənin vəfası, atalıq duyğusu gözlərini yaşardacaq, boz ayı Vebin inadkarlığı, cəsarəti həyata başqa gözlərlə baxmağa kömək edəcək.

Аннотация

Salam, ağıllı dostum! Sən nə vaxtsa nəyinsə həyata keçməsinə ümid bəsləmisən? Ümidin nə qədər əhəmiyyətli olduğu barədə düşünmüsən? Elə isə bu kitab əsl sənlikdir. “35 kiloqram ümid” kitabı həyat yolununun seçimi, məhəbbət və sədaqətin gücü haqqındadır. On üç yaşlı məktəbli Qrequarın bədii dilin gözəlliyi ilə fərqlənən bu hekayəsi öyrədir ki, arzular həyata keçməlidir. Bunun üçün 35 kiloqram ümidin olsa, yetər.

Аннотация

Salam, əziz dostum! Mən bu nağılları sevərək oxudum. Əminəm, sən də çox bəyənəcəksən. Qurbağalar yanlış yönə baxsa da, bunu heç vaxt bilmədiklərini öyrənəndə güləcək, dənizin nə üçün duzlu olduğunu biləndə heyrətlənəcək, Saburonun bacarığına heyran qalıb, O-Tiyonun halına acıyacaqsan. Nağılların sonunda verilmiş testləri həll etmək, nağıl ağacındakı sualları cavablandırmaq mövzunu daha aydın mənimsəməyə kömək edəcək.

Аннотация

Bu dəfə Yusif Xas Hacibin “Qutadqu-bilik” kitabını oxuyacağıq. Kitabda Xaqan Gündoğdunun dövləti necə idarə etməsindən danışılır. Heç vaxt ədalətsiz qərar verməyən bu xaqan yorğun düşdüyündən özünə ədalətli köməkçi axtarışına çıxır. Əvvəlcə Aydoldunu, daha sonra oğlu Öyülmüşü müxtəlif sınaqlardan keçirib özünə köməkçi seçir. Biliyin faydalarından, bilgəliyin hər insana qismət olmadığından, xalqa sevgidən, ədalətin insan həyatındakı rolundan tez-tez söhbət açılır.

Аннотация

Kitabda uşaqların sosial münasibətləri, eləcə də ailə, dostluq, dürüstlük kimi mövzular işlənir. Bundan başqa məktəblilərin macəralarından, sinif birinciliyini əldən vermiş Kərəmcanın hazırkı çempion Bilgəsu ilə mübarizə apararaq öz haqqı bildiyi ünvanı geri almağa çalışmasından bəhs olunur. Görəsən, Kərəmcan buna nail ola biləcəkmi? Bəs Bilgəsu necə, Kərəmcanın revanşına imkan verəcəkmi?

Аннотация

Kitabda doğum gününü heç vaxt sinif yoldaşları ilə keçirə bilməyən Kərəmcanın bu sevinci yaşaması, dostları və ailəsi ilə münasibəti maraqlı bir dillə balaca oxuculara çatdırılır. Müəllif interaktiv şəkildə qələmə aldığı hekayətdə öz oxucularını da əyləncəyə, öyrənməyə cəlb edir, onların dünyagörüşünün genişlənməsinə çalışır. Bundan başqa əsərdə məktəbli uşaqların elmə, biliyə, xüsusən, yeniliyə, ixtiralara qarşı həvəsi diqqətlə izlənir, eyni zamanda onların təbiətlə əlaqədə olmasının vacibliyi vurğulanır.

Аннотация

Osman Balcıgilin “Yaşıl mürəkkəb” romanı Səbahəddin Əli haqqında qələmə alınmış ən yaxşı əsərlərdəndir. Kitabda “Kürk paltolu Madonna”, “İçimizdəki şeytan”, “Quyucaqlı Yusif” və s. romanların müəllifi Səbahəddinin sevgi macəraları ilə yanaşı mübarizə dolu həyatı da öz əksini tapıb. Dəfələrlə həbs olunmuş, müxtəlif qəzetlərdə dərc edilən yazılarına görə təzyiqlərə məruz qalmış, vəzifədən uzaqlaşdırılmış, amma yenə də ideallarından imtina etməmişdi. Maraqlı süjet xətti və unikal yazıçı təhkiyəsi il seçilən bu romanı oxuduqca Səbahəddin Əlinin mübariz ruhuna heyran qalacaq, dövrün vəziyyətinə ürək ağrısı keçirəcək, aydınlara qarşı birləşən qüvvələrə nifrət edəcəksiniz.

Аннотация

Səyahətlər haqqında saysız-hesabsız hekayələr, şeirlər yazan Babacan Pesenkurdu hər cümləsini elə incəliklə oxucuya çatdırır ki, düşüncələr canlanır, ifadələrdəki müdriklik, fəzilət aydın olur. “Aşeka” eşqini axtaran yunan kapitanın gəmisidir. Əsrlər boyu limandan-limana yan alır, müxtəlif sevgi hekayələrinə şahidlik edir. Kitabdakı hekayələrin hər birində “Aşeka” var. Onları birləşdirən ortaq cəhət də məhz budur. “Aşeka” ağaca dolanmış sarmaşıq mənasını verir. Sarmaşıq sağlam ağaca dolanaraq onun suyuna şərik olur. Ağaca elə sıx dolanır ki, eşqi ilə təkcə ağacı yox, elə özünü də məhv edir. Sarmaşıq ağacsız, ağac susuz yaşaya bilmədiyi üçün, bir gün su quruyacaq, ağac da, sarmaşıq da onunla bərabər məhv olacaq. Eşq də elə budur. Eşq – “Aşeka”dır. Eşq – ondan imtina edə bilməyənlərindir…

Аннотация

Kitabda fikir axınının süjeti üstələdiyi maraqlı hekayələr yer alıb. Nəzm və nəsrin vəhdətindən yaranan bu hekayələri oxuduqca qəhrəmanların mənəvi dünyası, məişəti ilə tanış olacaq, həyatın bütün rənglərinin, yaşantıların, duyğuların sözə çevrildiyi, dünyanın pıçıltılarla qavranıldığı bir aləmə düşəcəksiniz.

Аннотация

Türk tarixi və mədəniyyətinin öndə gələn simaları yüz illər keçsə də millətimizin qəlbində yaşamağa davam edirlər. Bu şəxsiyyətlərdən biri də Sarı Saltukdur. Vəfatından əsrlər keçməsinə baxmayaraq Sarı Saltuk Baba hələ də Anadolun, rumeli və Balkan Türklərinin xatirində əziz şəxsiyyət kimi yaşayır. Sarı Saltuk Anadolu və Rumelinin fəthi zamanı böyük qəhrəmanlıq göstərmiş igiddir. Əhməd Yasəvi, Hacı Bektaş Vəlidən sonra Sarı Saltuku Xorasan igidlərindən yeddi yüz nəfərlə birgə Makedoniya və Dobrucaya kömək göndərir. Getdiyi diyarlarda Sarı Saltuk və dostlarının əxlaq və igidliyini görən yerli əhali onların nümunəvi yaşayışını görüb müsəlman oldu. Çinar Atanın ikinci romanı olan “Sur üfürülənə qədər Sarı Saltuk Baba” türklərin mədəniyyət və inanc tarixi baxımından dolğun əsərdir.