ТОП просматриваемых книг сайта:
Hadaf Neshrleri
Все книги издательства Hadaf NeshrleriАннотация
Əhməd Haldun Dərzioğlunun “Tomris xan” romanı, adından da bəlli olduğu kimi, məşhur türk hökmdarı, qəhrəmanlığı, şücaət və mərdliyi ilə tanınan Tomris haqqındadır. Əsəri oxuduqca yalnız qədim türk tayfalarının həyat tərzi, məişəti, eləcə də mövcudluğu uğrunda fars hökmdarı Kirə qarşı apardıqları mübarizə haqqında əhəmiyyətli məlumatlar əldə etməyəcək, eyni zamanda yazıçının maraqlı üslub və lakonik təhkiyə ilə təsvir etdiyi gözəl sevgi əhvalatının şahidinə çevriləcək, bu sevgiyə sadiq qalmaq üçün göstərilən mərdliyə heyran qalacaqsınız.
Аннотация
Bir günəşli şəhərdə qəribə uşaqlar yaşayırdı – Petya adlı balaca oğlan və Toma adlı qızcığaz. Qaraqabaq və kədərli olan Toma tez-tez ağlayır, cəsarətsiz olan Petya isə hər şeydən qorxurdu. Ona görə də Petyanın anası ilə Tomanın atası balacaları uşaq həkiminə göstərməyi qərara alırlar. Elə hər şey də bundan sonra başlayır. Uşaq həkiminin düzəltdiyi sehrli dərmanlar çox şeyə qadir olsa da, uşaqlarda bir sıra insani keyfiyyətləri yaradan “Sarı çamadanın sərgüzəşti” olur.
“Sarı çamadanın sərgüzəştləri” uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulsa da, böyüklərin də bu kitabdan öyrənəcəyi çox şey var. Axı onlar da nə vaxtsa uşaq olublar.
Аннотация
Brayan Treysi bu kitabında həm şəxsi, həm də iş həyatında insanları necə xoşbəxt edə biləcəyimizin ipuclarını verir.
Kitabda qeyd olunmuş hər mövzu sizə əldə edilmiş tapıntılara istinad edərək yüksək səviyyəli iş mühiti formalaşdırmağınız üçün ehtiyacınız olan məlumatları verəcək.
Аннотация
Ziqmund Freyd, 1927-ci ildə çap etdirdiyi bu əsərində, özünün yaratdığı psixoanalitika nəzəriyyəsinin köməyi ilə dini baxışların gələcək inkişaf yolunu izləməyə çalışmışdır. Kitabın araşdırma obyekti xristian dini təlimidir. Dinin tənqidi ilə barışmayan, onu müdafiə edən, eyni zamanda tənqidə dözümlü yanaşmağı bacaran inanclı bir şəxs ilə, elmi biliklərlə yaraqlanmış Freydin dialoqu üzərində qurulmuş əsər oxunaqlı və düşündürücüdür.
Аннотация
Türkiyənin məşhur romançılarından olan Şule Şenler Yüksel mənəvi maarifləndirmə təbliğ edən və türk insanının keşməkeşli həyat hekayələrindən bəhs edən əsərləri ilə oxucular arasında sevilməkdədir.
Аннотация
İyirmidən çox romanın və yüzlərlə hekayənin müəllifi, uğurlu kino-ssenarist, prestijli mükafatlar laureatı Robert Bloxun “Psixo” romanı özlüyündə unikaldır. Norman Beyts adlı cavan oğlanın həyatından bəhs edən bu kitab Alfred Hiçkok tərəfindən çəkilmiş “Psixo” klassik trillerinə əvəzolunmaz motiv bəxş edib və müasir qərb mədəniyyətindəki yeni “bədheybət” kultuna həyat verib. Robert Blox bu romanın başgicəlləndirici uğurundan sonra – 1980-ci illərdə öz məşum qəhrəmanına qayıdaraq, ona daha iki kitab həsr edib. Bu trilogiya – müəllifini müraciət etdiyi janrda fenomen, virtouz ədəbi və dil oyunları ustası, görkəmli polimat, müasir kütləvi mədəniyyət stereotipləri və qorxuları barədə ironik şərhçi adlandırmağa imkan verir. “Psixo” psixoloji roman-trilleri müasir Avropa ədəbiyyatı və kinematoqrafiyasında ən çox sitat gətirilən əsərlərdən biridir.
Аннотация
Reha Çamuroğlunun “Son Yeniçəri” əsərində Osmanlı sultanlığı zamanı ən məşhur təriqətlərdən biri olan Bəktaşilərdən, onlarla bağlı verilmiş Sultan Süleyman fərmanından, yüz illər boyunca bu təriqətin yeniçərilərinin Osmanlı dövlətini döyüşlərdə təmsil etməsindən danışılır. Baş verən əhvalatlar hadisələrin iştirakçısı olan əsir Sarı Abdullanın və son yeniçəri Sabit ağanın dilindən nəql edilir. İslam dinini sonradan qəbul etmiş rus əsiri Sarı Abdulla İstanbulda baş verən ən böyük yeniçəri qırğınının şahididir.
Аннотация
Dünyaca məhşur romanda hadisələr Mayklın dostları tərəfindən diridiri torpağa basdırılması ilə başlayır. Gərgin süjet xəttində oxucu dörd cəsəd və tabutdakı adamın sonrakı taleyini öyrənə bilirlər. Bir müddət sonra dostları gəlib çıxaracaqdı. Düşünə bilmədikləri yol qəzasında hamısı öldü. Ratsiya yoxa çıxdı. Onun tabutda olduğunu dostlarından başqa bilən yox idi..
Аннотация
Paula Hokinsin “Qatardakı qız” detektiv romanında bir-birindən fərqli, eyni zamanda da müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyən üç qadının taleyindən bəhs edilir. Bu, bir məsələyə üç ayrı bucaqdan yanaşmağa bənzəyir. Siz də oxu zamanı təsvir edilən taleləri, sevgiləri, qısqanclıqları, faciələri qatar səslərinin müşayiəti altında və qatar pəncərəsindən görürmüş kimi hiss edəcəksiniz. Kənardan izlənən evlərdə baş verənlərin doğurduğu maraq isə hər kəsə tanış hissdir.
Аннотация
Patrik Modianonun adı son vaxtlaracan dünya oxucusuna o qədər də tanış deyildi. 2014-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına sahib olması Modianonun yazıçı taleyində böyük dəyişiklik yaratdı. İndi bütün dünya oxucusu bu nasirin əsərlərini axtarır, onu dərindən tanımaq istəyir.
Nobel Akademiyası fransız yazıçısını ""işğal altında həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələri məharətlə təsvir etdiyinə görə"" mükafata layiq gördüyünü qeyd edib. Elə sizə təqdim olunan bu romanda da II Dünya Müharibəsindən sonrakı insanların taleyi əks olunub. Üç müstəqil hekayətdən ibarət bu romanda üç qadının taleyi verilsə də, bunlar sanki bir əlin barmaqları kimidirlər – ağır həyat tərzinin kimliyi bəlli olmayan insanlara çevirdiyi qadınlar. Əsərdə müharibənin vurduğu yaralar, dərin lirizm və psixoloji nüanslar üstünlük təşkil edir.