ТОП просматриваемых книг сайта:
Hadaf Neshrleri
Все книги издательства Hadaf NeshrleriАннотация
“Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Orhan Arasın Türkiyə, İran və Almaniya cəmiyyətlərinə açdığı pəncərədən boylandıqda, romanın cazibəsindən çıxmaq çətinləşir.
Müsəlman dünyasından çıxmış iki gənc Can və Aliyə cənnət hesab etdikləri Almaniya cəmiyyətinin əsil simasıyla rastlaşır. İranlı və türkiyəli iki ümidli gəncin arzuları gerçəkliklə toqquşur. Orxan Arasın usta qələmi bizi tanımadığımız aləmə aparır…
“Son cənnət” gənclərin son ümididir…
Аннотация
Bu kitabda kiçik gölməçədə yaşayan, amma iri dənizlər barədə xəyallar quran balaca qırmızı balıqdan söhbət gedir. Mətndə xeyli ibrətamiz əhvalatlardan istifadə olunub. Arzuların ardınca gedənlərin iradəsi, azad düşüncəsi, alınmayanı mümkünə gətirmək cəhdi sadə söhbətlərlə anladılıb. Əsasən, kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin ibrət götürəcəyi məsələlərə də toxunulub.
Аннотация
Türk yazıçısı Peyami Safanın “Yalnızıq” romanı ideal cəmiyyət axtarışı ilə yaşayan Səmim adlı bir qəhrəmanın sevgi hekayətindən bəhs edir. Həyatda hər həqiqətin gözünün içinə dik baxan, gözəl analitik təhlil qabiliyyəti olan bu adamın sevgisinin fərqliliyi ondadır ki, bir zamanlar özündən yaşca böyük olan Nəciləyə aşiq olaraq onda tapa bilmədiyi xüsusiyyətləri sonralar onun qızı Meralın məhəbbətində axtarır. Meralın isə duyğuları və düşüncələri o qədər qarışıq, özü üçün o qədər anlaşılmazdır ki, Parisə qaçmaq arzusu reallaşmayanda son çıxış yolunu intiharda tapır. Yazıçı intihar fikri ilə onu reallaşdırmaq arasında böyük fərq olduğunu çox dəqiq bir şəkildə təsvir edir.
Аннотация
Peyami Safanın yazıçılığının zirvəsini təşkil edən əsərlərinədən biri olan “Bir tərəddüdün romanı” Birinci Dünya Müharibəsindən sonra inanmaqla inkar, fərdi və ictimai meyllər, öz-özünü məhvetmə eşqi ilə yaradıcı ehtiraslar və sevgilər arasında qalan insanın tərəddüd və çaşqınlığından bəhs edir. “Roman içində roman” motivi və Peyami Safanın öz həyatından dərin izlər daşıyan “Bir tərəddüdün romanı” əsəri soyuq müharibə illərində və müharibədən sonra doğulan həyati yorğunluq, ictimai dəyərlərin alt-üst olması, keçmişlə olan bağların qopması, əxlaq böhranı, maddi və ruhi səfalət, heç bir şeyə tamamilə bağlana bilməmək ağrısı, insanların inanmaqla inkar etmək, yaratmaqla yıxmaq, sevməklə nifrət etmək, yaxşılıqla pislik, üsyan və baş əymək, ölməklə yaşamaq arasındakı tərəddüdlərinin təcəssümüdür.
Аннотация
Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.
İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.
Аннотация
Bu kitab keçmişin mirasını, bu günümüzün elmi və siyasi hadisələrini, müasir və klassik ədəbiyyatı özündə əks etdirən ağlasığmaz və sevimli məlumat dünyamıza daha çox hakim olmaq istəyən insan ordusuna təqdim etmək üçün hazırlanıb. Toni Buzan bu işində müasir insanların çox çətinliklə həyata keçirmək məcburiyyətində qaldığı bacarıqları asan və sadə bir sistemə salıb. Bu sistemdən istifadə edərək yüksək oxuma sürətinə yetişə bilərsiniz.
Аннотация
Toni Buzan beyin və bilik bacarıqlarına aid sayı səksən beşi keçmiş maraqla oxunan kitabların müəllifi, Beyin Vəqfinin qurucusu, Zehni İdmanlar Olimpiadasının rəhbərlərindən biri və artıq bütün dünyada səs salmış Zehin Xəritələrinin yaradıcısıdır. Bu kitabda hafizənin gücünü artırmaq üçün yaradıcı üsullar verilib. Onlardan istifadə etməklə beyninizin yaddaşa cavabdeh olan hissəsini daha aktiv işləməyə cəlb edə bilərsiniz.
Аннотация
Bir-birindən fərqlənən insanları eyniləşdirən yalnız bir hissdir – SEVGİ. Dünyanın bütün sevənləri öz duyğularını şeirlə ifadə etməyə çalışarlar. Yaza biləni də, bilməyəni də… Və dünyanın bir çox sevgi şeirləri var ki, heç vaxt unudulmur. Çünki sevgilərin tarixini də, ağrısını da, sevincini də özündə yaşadır.
Belə unudulmaz sevgi şeirləri Azərbaycan ədəbiyyatında da çoxdur. Bu kitabda Azərbaycan poeziyasının bir sıra tanınmış nümayəndəsinin – Musa Yaqub, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüsatəmxanlı, Salamın unudulmaz sevgi şeirləri toplanıb.
Аннотация
“Cib kitabları” silsiləsindən təqdim etdiyi səkkizinci kitab “Əcaib canlı” adlanır. Bu dəfə fantastika həvəskarlarını sevindirmək istəyirik. Çünki kitabda bir çox tanınmış fantastika müəlliflərinin – Alfred Van Voqtun “Əcaib canlı”, Robert Şeklinin “Yuxunuza soxulduğuma görə məni bağışlayın”, Andrey Platonovun “Ölmüş qocanın başına gələnlər”, Nils Nilsonun “Planet satılır” kimi maraqlı hekayələri toplanıb. Onları oxuyaraq qəribə, anlaşılmaz, həyəcanlı hadisələrin burulğanına düşəcəksiniz.
Аннотация
“Cib kitabları” seriyasından təqdim etdiyi səkkizinci kitab “Ölüm cəzası” adlanır. Detektiv həvəskarları üçün nəzərdə tutulan bu kitabda dünyanın ən məşhur detektiv yazarlarından Artur Konan Doylun, Edqar Allan Ponun, Aqata Kristinin və Corc Simenonun hekayələri bir arada təqdim edilib.