Аннотация

minmədiyim heç bir avtobus gözləmədiyim heç bir dayanacaq qalmadı bu şəhərdə getdikcə azalır həyat nəyi tez yaşadımsa ona hey gec qalıram sənə köçürəm hər payız yolların çıxmır sevgimə unutduğun yağışların adı yadımda səni içimdən tərk edirəm…

Аннотация

Dünya ədəbiyyatında yüzlərlə sevgi hekayələri yazıldı. Hər yazıçı bu hissi öz anladığı, yaşadığı kimi və ən əsası öz fəlsəfəsi ilə açmağa çalışır. Müasir Türkiyə ədəbiyyatının ən çox satış reytinqi qazanan əsərlərindən olan “Bukre” də sevgi hekayəsidir. İnsana əsl sevginin və əsl xoşbəxtliyin uzaqlarda deyil, yaxında olduğunu göstərir. Onu oxumaqla təkcə sevgiyə deyil, sözlərə, cümlələrə də yeni mənalar yükləməyə başlayacaqsınız. Çünki bu, qəlblərə və ağıllara ünvanlanmış bir sevgi məktubudur…

Аннотация

Bəşəriyyət tarixin ən qorxunc fırtınasıyla bacara biləcəkmi? Əsrarəngiz partlayış, Londonda muzeydə qorunan köhnə əsərlərdən birini yox edir və bütün dünyadakı gizli təşkilatlarda təhlükə zəngləri çalınmağa başlayır. Cavab tapmaq üçün başlayan axtarış ledi Kara Kensinqtonu, qalereyanın gözəl və ağıllı kuratoru olan Səfiyə əl-Məazı və bələdçiləri Omaha Dunnu var olduğunu xəyal belə etmədikləri bir dünyaya aparır: Ərəb səhrasının altında qalan itkin bir şəhər var. Ancaq qaranlıq və pis məqsədləri olan başqaları da burada öz məqsədləri üçün çalışır. Ərəb yarımadasının vəhşi ürəyinə, ölümə meydan oxuyan səfərdəki təhlükələrin öhdəsindən gəlməyi bacarmalıdırlar. Bu ölümcül kabusla qarşılaşmadan öncə həll edilməlidir… Bir utopiya yarada biləcək qədər ölümsüz və möhtəşəm bir güc, və ya bəşəriyyətin min illərdir qurduğu hər şeyi yox edə biləcək qədər ölümcül bir silah…

Аннотация

On birinci əsrin ikinci yarısında ingilis kralı Fateh Vilhelm özünün yeni torpaqlarının ətraflı təftişinin aparılmasını əmr etdi. Bu cəhdlərin nəticəsi olaraq, “İngiltərənin torpaq siyahısı” adını almış – orta əsrlərdəki həyat tərzinin ən ətraflı təsvirini əks etdirən böyük bir cild alındı. Tarixçilərin çoxu bu nəticəyə gəlirlər ki, bu cür möhtəşəm bir iş İngiltərə əhalisindən alınan vergilərin dəqiq ölçüsünü təyin etmək üçün görülüb, amma buna tam əminlik yoxdur. İndiyədək, bu tədqiqat xeyli sirlərlə bağlıdır: məsələn, aydın deyil, niyə bu işlər belə tələskənliklə edilirdi, həmçinin niyə bəzi yaşayış məntəqələri məlum olmayan səbəblərdən yalnız latınca olan kəlmə ilə – “Vastare”, yəni “viran edilmiş” olaraq qeyd olunub. Bu siyahıyaalınmanın tərtibatını müşayiət edən çoxlu xeyli təfsilatlı qəribə hallar müasirlərin bu kitaba son dərəcə qərəzsiz ləqəbin qoyulmasına səbəb oldu. O, tarixə “Qiyamət günü kitabı” adıyla daxil oldu.

Аннотация

Yeni minilliyin ilk günəş tutulması baş verəcəyi həmin gün, heç kəs güman etməzdi ki, bütün bəşəriyyət taleyin hökmü ilə dəyişəcək. Yer üzü qara torla örtüldüyü vaxt Günəşin güclü partlayışı bir çox təbii fəlakətlərə yol açdı. Zəlzələlər və vulkan püskürmələri Yer kürəsini titrətdi. Alim Cek Kirkland güman edir ki, bu kataklizmaların səbəbi hansısa yolla okeanın dibində tapılmış qəribə kristalik sütunlarla bağlıdır. Bu sütunlarda cızılmış sirli yazılar on iki min il əvvəl yaşamış qədim xalq tərəfindən bizlərə nəyinsə baş verəcəyini çatdırmaq istəyirdi. Macəra əsəri olan bu superbestseller “Piramidalar”, “Amazoniya” və “Səhra şeytanı” əsərlərinin müəllifindəndir. Stivə, Cudi Preyə, müəllimlərə, dostlara və “Speyserlər”in yaradıcılarına həsr olunur.

Аннотация

Avstriyalılarla Osmanlılar arasında savaşa qatılan Terralbalı vikont Medardonu bir Osmanlı mərmisi ikiyə bölür. Vikont öz ölkəsinə yarım insan olaraq qayıdır. Bu maraqlı əhvalat sonradan bir oyun kimi böyüyən gözəl nağıla dönür. Nağıl boyunca yarımvikontun ətrafında onun özündən pis parçalanmış olan insanlar hərəkət edirlər. İtalo Kalvino məşhur bir xalq nağılının motivləri əsasında qələmə aldığı bu gözəl romanda özünün bitib tükənməz düşüncələrindən birinimi mövzuya çevirmək istəyib, yoxsa getdikcə dəyişən, şikəst qalan, düzəlməsi mümkünsüz görünən müasir insana düşündürücü mesajmı göndərmək istəyib – bu sualın cavabını kitabla tanış olduqdan sonra biləcəksiniz.

Аннотация

Təqdimat xüsusi qabiliyyətdir. Bu qabiliyyəti inkişaf etdirmək üçün tez-tez müəyyən texnikalara əl atırıq. Bu baxımdan öyrətmək, birini bu modelə görə formalaşdırmaqdır və bu da ilk baxışda ən təsirli üsul kimi görünür.

Аннотация

Rusiyalı blogger Andrey Kosenkonun son dövrlərdə məşhurlaşan bu kitabı yaddaşı möhkəmləndirməyə kömək edən xüsusi metodlardan bəhs edir. “İdeal yaddaş üçün 5 addım” hər kəsin masaüstü kitabına çevrilməyə qadirdir. Xüsusilə yaddaşsızlıqdan, yaddaşın zəifliyindən əziyyət çəkən oxucular üçün nəzərdə tutulub.

Аннотация

Bu araşdırmada Amerika əsilli Meksikalı yazar Gene de Matlok türk, Meksika və hind xalqlarının ortaq mədəniyyəti, dili və dini olduğunu tutarlı faktlarla sübuta yetirməyə çalışıb. Və bu üç xalqın qədim dilindəki sözlərin mənşəyindən yola çıxaraq Tanrının yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verilən ilahi güc və işıq vasitəsilə dünyanın saflaşdırıldığını maraqlı faktlarla təqdim edib. Bu əsər tutarlı faktlara söykəndiyi üçün türkologiya, mifologiya, fəlsəfə, ilahiyyatla məşğul olan alim və gənc tədqiqatçıların stolüstü kitabı olacaq.

Аннотация

“Məsləhət kitabı” seriyası idarəçilərin iş həyatında hər gün qarşılaşdıqları və geniş yayılmış problemlərə təcili həll yolları təklif edir. Seriyada yer alan hər kitabda sizin güclü və zəif tərəflərinizi müəyyənləşdirməyə, kritik anlarda hərəkət qabiliyyətinizi artırmağa kömək edəcək və istifadəyə münasib vasitələr haqqında danışılır, testlər və real həyatdan misallar təqdim edilir. İstər iş başında, istər toplantıda və ya yolda olun – bu kitablar işinizin tələb etdiyi şəkildə daha sürətli, dəqiq və effektiv nəticə çıxarmağınıza kömək edəcək.