Аннотация

“Məsləhət kitabı” seriyası idarəçilərin iş həyatında hər gün qarşılaşdıqları və geniş yayılmış problemlərə təcili həll yolları təklif edir. Seriyada yer alan hər kitabda sizin güclü və zəif tərəflərinizi müəyyənləşdirməyə, kritik anlarda hərəkət qabiliyyətinizi artırmağa kömək edəcək və istifadəyə münasib vasitələr haqqında danışılır, testlər və real həyatdan misallar təqdim edilir. İstər iş başında, istər toplantıda və ya yolda olun – bu kitablar işinizin tələb etdiyi şəkildə daha sürətli, dəqiq və effektiv nəticə çıxarmağınıza kömək edəcək.

“Məsləhət kitabı” seriyası idarəçilərin iş həyatında hər gün qarşılaşdıqları və geniş yayılmış problemlərə təcili həll yolları təklif edir. Seriyada yer alan hər kitabda sizin güclü və zəif tərəflərinizi təsbit etməyə, kritik anlarda hərəkət qabiliyyətinizi artırmağa kömək edəcək və istifadəyə münasib vasitələr haqqında danışılır, testlər və gerçək həyatdan örnəklər təqdim edilir. İstər iş başında olun, istər toplantıda, ya da yolda bu kitablar işinizin tələb etdiyi şəkildə daha sürətli, daha dəqiq və daha effektli nəticə çıxarmanıza imkan verəcək.

Аннотация

Kitabda türk satirik ədəbiyyatının ustad yazıçısı Əziz Nesinin yaradıcılığının müxtəlif vaxtlarında yazdığı iyirmidən çox hekayəsi və dördhissəli “Bir tuluatçının xatirələri” yer alıb. Dövrünün problemlərini ciddi şəkildə işıqlandıran bu hekayələr sırasına “Damda dəli var”, “Avtomobil döyüşü”, “Zarafatcıl adamlar”, “Alın təri”, “Qaz sobası”, “Bizim binanın sahibi”, “Şaxta baba həbs edildi”, “Əsəbi adam” və başqaları aiddir.

Аннотация

Cinayət Bürosunun baş komissarı Behzat Ç. yaşadıqlarından sonra sevdiyi işindən ayrılır. (Müəllifin “Hər təmas iz buraxır” romanını, yəni bu seriyanın ilk romanını oxuyanlar hadisələrin gedişatından xəbərdardır.) Əslində, Behzat Ç. susmağı seçib və hələ də işinin başındadır. İzah etmək istədiklərini əl işarəsiylə, jest, mimika və susqunluğu ilə başa salır. Behzat Ç. həmkarları ilə Ankaranın altını-üstünə çevirir. Amma bunu edən təkcə onlar deyil. Şəhərin hər yerində qazıntı işləri gedir – yol çəkilir, binalar tikilir, hovuzlar qazılır. Amma qazıntı bununla da bitmir. Özünü Red Kit adlandıran bir cani dolaşır şəhərdə və parklarda quyular qazır, öldürdüyü adamları tabuta qoyub o quyularda basdırır, polisə xəbər verməyi də unutmur. Çünki polislə həll edilməyən bir problemi var. Bütün polis təşkilatı onu axtarsa da, ölümlərin ardı-arası kəsilmir… Behzat Ç. susmağı seçsə də ondan qaçmaq asan məsələ deyil.

Аннотация

Əmrah Sərbəsin yazdığı bu detektiv romanının əsas obrazı baş komissar Behzat Ç.-dir. Musiqi dinləməyən, amma polis ratsiyası ilə danışan, kitab oxumayan, lakin qəzeti oxumağa futbol səhifəsindən başlayan bu insan “yeni nizam”a heç cür uyğunlaşa bilmir. At izinin it izinə qarışdığı bir cinayəti araşdıran detektiv bir sual qarşısındadır: bu qızı kim, niyə öldürsün ki? Bu romanın motivləri əsasında Tarkan Kırlıdağın quruluş verdiyi “Behzat Ç.” serialı və ayrı-ayrılıqda iki tammetrajlı film (“Seni kalbime gömdüm” və “Ankara yanıyor”) çəkilib.

Аннотация

Bir çox nüfuzlu mükafatların – ABŞ Milli Ədəbiyyat Mükafatı (1986), “Faulkner” Mükafatı (1989), “William Dean Howells” Medalı (1990) sahibi amerikalı yazıçısı Edqar Lorens Doktorou 1931-ci ildə Bronksda (Nyu-York) yəhudi immiqrant ailəsində doğulub. Dünya şöhrətli yazıçının “Caz dönəmi” (“Ragtime”), “Danielin kitabı” (“The book of Daniel”), “Ümumdünya sərgisi” (“World’s Fair”), “Şairlərin həyatı” (“Lives of the Poets”) və başqa əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Ayrı-ayrı zamanlarda Amerika kino və televiziya kompaniyası olan “Columbia Pictures”də ssenari şöbəsində, “Yeni Amerika Kitabxanası”nda və “Dial Press” nəşriyyatında baş redaktor vəzifələrində işləyib. 1969-cu ildən sonra isə özünü bütövlüklə yaradıcılığa həsr edən Doktorou ara-sıra bəzi ali məktəblərdə mühazirələr oxumaqdan da vaz keçməyib. Doktorounun romanlarından üçü ekranlaşdırılıb (o cümlədən “Danielin kitabı”). Ən məşhur romanı isə “Caz dönəmi”dir. Yazıçı 2015-ci ildə 84 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.

Аннотация

Kitabda dünya ədəbiyyatında bir çox janrlara möhür vurmuş məşhur yazıçı Edqar Allan Ponun detektiv ədəbiyyatının ilk nümunələrindən sayılan “Qızıl böcək” və “Oğurlanmış məktub” hekayələri yer alıb. “Qızıl böcək” hekayəsi macəra üslubunda olsa da, müəllifin təbirincə desək, “məntiqi novella”dır. “Oğurlanmış məktub” isə dünya detektiv ədəbiyyatının ilk hekayə nümunələri sayılan trilogiyanın – baş obrazı həvəskar xəfiyyə Ogüst Düpen olan “Morq küçəsində qətl” və “Mari Rojenin sirri”ndən sonra üçüncü hekayəsidir.

Аннотация

Kitabda dünya ədəbiyyatında bir çox janrlara möhür vurmuş məşhur yazıçı Edqar Allan Ponun “Mari Rojenin sirri” və “Bunu edən kişi sənsən” hekayələri yer alıb. “Mari Rojenin sirri” dünya detektiv ədəbiyyatının ilk hekayə nümunələri sayılan trilogiyanın sayca ikinci hekayəsidir (bu trilogiyaya baş obrazı həvəskar xəfiyyə Ogüst Düpen olan “Morq küçəsində qətl” və “Oğurlanmış məktub” adlı hekayələr də daxildir). “Bunu edən kişi sənsən” hekayəsi isə ümumilikdə detektiv və qorxu janrı elementlərini özündə birləşdirən, müəllifin təbirincə desək, “məntiqi novella”dır.