Аннотация

Dünyaca məşhur detektiv ustası Artur Konan Doylun “Detektiv ölüm yatağında” kitabı Hədəf Nəşrlərinin təqdimatında dərc olunan yazıçının əsərlərinin növbəti toplusudur. Kitabda “Brüs Partinqton planları”, “Ledi Frensis Karfeksin itməsi”, “Şeytanayağı”, “Detektiv ölüm yatağında” kimi hekayələr çap olunub. Onları oxuduqca Şerlok Holms və Doktor Vatsonla birlikdə bir çox müəmmalı sirrin üstünün açılmasına şahidlik edəcək, maraqlı əhvalatların izləyicisinə çevriləcəksiniz.

Аннотация

Dünyaca məşhur detektiv ustası Artur Konan Doylun “Polkovnikin ölümü” kitabı Hədəf Nəşrlərinin təqdimatında dərc olunan yazıçının əsərlərinin növbəti toplusudur. Kitabda “Masqreyvlərin ailə ayini”, “Reyqeyt tapmacası”, “Polkovnikin ölümü”, “Bruk küçəsində cinayət” kimi hekayələr çap olunub. Onları oxuduqca Şerlok Holms və Doktor Vatsonla birlikdə bir çox müəmmalı sirrin üstünün açılmasına şahidlik edəcək, maraqlı əhvalatların izləyicisinə çevriləcəksiniz.

Аннотация

Kitabda məşhur detektiv ustası Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsun macəralarından bəhs edən “Yunan tərcüməçi”, “Çöhrəsi ağarmış adam” və “Son hadisə” adlı uzun hekayələri verilmişdir.

Аннотация

“Şerlok Holms” seriyasına daxil olan “Subay zadəgan” kitabında məşhur xəfiyyə öz dostu doktor Vatson ilə bir-birindən müəmmalı hadisələrin izinə düşür, qorxulu cinayətkarlarla mübarizə aparır, xeyrin şər, haqqın nahaq üzərində qələbəsini təmin etməyə çalışır. Ölüm qorxusu belə qəhrəmanımızı yolundan döndərə bilmir. Bəs Şerlok Holms budəfəki macəralarında uğur qazana biləcəkmi?

Аннотация

“Boskomb vadisinin sirri” kitabında dünya detektiv ədəbiyyatının klassiklərindən sayılan Artur Konan Doylun bir neçə əsəri toplanıb. Kitabı oxumaqla məşhur xəfiyyə Şerlok Holms və onun dostu Doktor Vatsonun səylə araşdırdığı bir-birindən maraqlı hadisələrlə tanış olacaqsınız. Bu hekayələr sizə müəmmalı cinayətlərin üstünün açılması prosesinin şahidinə çevrilmək imkanı qazandıracaq.

Аннотация

Entoni Robinzin “İçindəki divi oyat” kitabı özünüzü dərk etmək, karyerada, həyatda uğur qazana bilmək və bunun üçün hansı addımları atmalı olduğunuzu müəyyənləşdirmək üçün yardımçınız olacaq. Ən böyük arzularınıza doğru inamla irəliləmək və məqsədinizə çatmaq istəyirsinizsə, o zaman bu kitab sizin üçündür. Ondan kömək istəyə, ondan əminliklə yararlana bilərsiniz.

Аннотация

Əsərdə Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) fəaliyyətindən bəhs olunur, sosial və siyasi narazılıqları olan və solçu ideyalara rəğbət bəsləyən gənclərin bəzi cinayətkar qruplar tərəfindən terrora sövq edilməsinə toxunulur. Romanda qeydiyyata düşməyən ölümlər, məxfi əməliyyatlar, müxtəlif profilli mütəşəkkil cinayətkar dəstələr, insan alveri və terror aktları barəsində maraqlı məlumatlar oxucuya bədii dillə çatdırılır, Türkiyənin yaxın keçmişinə işıq salınır. Qəfildən qeyb olan gənc qız: Minə… Sevdiyi qızı axtaran bir MİT əməkdaşı: Sədat. Yasaq bir sevgi… Təhlükəsizlik Təşkilatının içindəki çəkişmələr. Əsgərlərlə mülki vətəndaşların qarşıdurması… Günümüzün İstanbulundan rəngli insan portretləri… Soyuq küçələrdə nəfəs dərmədən qaçış və axtarışlar, təşkilat evlərinə təşkil olunan basqınlar, məhkəməsiz edamlar, qeydiyyata düşməyən ölümlər… Qeydiyyata düşməyən ölümlərin parçaladığı ömürlər… Türkiyənin yaxın keçmişinə insani baxış.

Аннотация

Qriqoriy Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabı Finlandiyadan, bu ölkənin çətin təbii şərait və vəziyyətdə necə böyük uğurlar qazandığından bəhs edir. Kitabı oxuduqca insan iradəsinin və mənəvi gücünün necə böyük qələbələr qazana bildiyinə sadəcə heyrət edəcəksiniz.

Аннотация

Çağdaş türk dünyasının tanınmış şəxsiyyəti Oljas Süleymenovun "Az-Ya"sı hadisələrə və əsərlərə yanaşma tərziylə seçilən kitabdır. Yazıldığı dövr üçün qadağa qoyulmuş mövzuların toxunulduğu əsərdə o vaxtacan türkologiyada və Hind-Avropa dilçiliyində söylənilənlərə büsbütün yeni gözlə baxılır. Yəni müəllifə görə, "İqor polku dastanı" nadir abidədir, burada bir çox türk sözləri öz ilkin mənalarında qalmışdır. Rusca yazılmasına baxmayaraq, "Az-Ya" əsəri türk xalqlarında milli şüurun oyanışına təsir gücü baxımından ana dilində yazılan yüzlərcə kitabdan daha böyük əhəmiyyət daşımışdır.

Аннотация

Dünya şöhrətli yazıçı Cek Londonun ""Qurd oğlu"" və ""Şimal Odisseyası"" hekayələri Azərbaycan dilində ilk dəfə çap edilir. Hekayələri mərhum müəllim, şair, əruzşünas alim Zülfəli Zülfəliyev 1980-ci ildə dilimizə çevirsə də, təəssüf ki, indiyə qədər bu tərcümə işıq üzü görməyib. Bu maraqlı hekayələri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Zülfəli müəllimin arxivində işləyərək üzə çıxarıb. Kitaba amerikalı yazıçı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi Cek Londonun 4 hekayəsi – “Qurd oğlu”, “Şimal Odisseyası”, “Meksikalı” və “Dönük” daxil edilib. Hekayələr güclü emosional təsirə malikdir.