ТОП просматриваемых книг сайта:
Hadaf Neshrleri
Все книги издательства Hadaf NeshrleriАннотация
“Tanrı görmüş köpək” kitabında məşhur İtaliya yazıçısı, jurnalist və rəssamı Dino Bussatinin seçilmiş hekayələri toplanıb. Müxtəlif mövzu və janrlı bu hekayələrdə əsasən anlaşılmaz dünyanın labirintləri ilə qarşılaşan insanların acizliyi təsvir olunub. Bussatinin nəsri tez-tez pritça xarakteri alır, bəzən fantastik elementlərlə dolub-daşır, bəzən də irrasional cəhətlər önə keçir, amma hamısında mövzunun dramatik xüsusiyyətləri özünü göstərməyi bacarır.
Аннотация
Öz sənətində uğur qazanan, bununla da dünya şöhrətinə yetişən insanların şəxsi həyatı həmişə maraq dairəsində olub. Dahilərin yaradıcılıq üsulları, həyat tərzi, ailə həyatı, xüsusilə sevgi macəraları, onların pərəstişkarları üçün yaradıcılıqları qədər maraq kəsb edib. Bu kitabda hər kəsin tanıdığı yazıçı, şair, rəssam, filosof və elm adamlarının sevgi macəralarından, bu cür münasibətlərin həmin insanların yaradıcılığına buraxdığı təsirdən bəhs edən yazılar toplanıb.
Аннотация
Çingiz Dağcı 1958-ci ildə qələmə aldığı “Onlar da insandı” romanı XX əsrin əvvəllərindən ortalarınadək Krım tatarlarının yaşayış tərzindən, onların sosializmdən qabaq torpağa necə ülvi hislərlə bağlı olduqlarından, ailə-məişət məsələlərindən, adət-ənənələrindən, Stalinin hakimiyyəti dövründə bu türk tayfalarına edilən haqsızlıqlardan, başlarına gətirilən faciələrdən bəhs edir. Əsərin dramatik xətti fonunda saf və məsum insanların ruslar tərəfindən necə əzilməsi, müxtəlif siyasi gedişlər açıq-aydın göstərilir. Müəllif bu tarixi faciəyə öz fəlsəfi-psixoloji baxış bucağından baxmağa, insanlar arasındakı sərhədlərin əslində siyasi oyun olduğu məsələsinə diqqət çəkməyə çalışır.
Аннотация
Sadıq Turan həyatının dönüş nöqtəsindədir. Vətəni Türküstanı bolşevik ordusundan azad etmək üçün Almaniya silahlı bölmələrinə qoşulur. Hərbi təlimlər keçib zabit rütbəsinədək yüksəlir. Onun üçün bir müqəddəs məhfum var: vətəni Türküstan. Amma İkinci Dünya Müharibəsi illərində dünyanın siyasi mənzərəsi heç də kiçik xalqların tərəfində deyil. Müharibə dəhşətləri ata-anasının, qardaşı Bəkirin, əsgər yoldaşlarının timsalında ən dəyərli şeyin insan həyatı olduğunu deyir. Bəs fədakar qadın Mariya onun taleyində hansı rola sahibdir? Sadıq Turanı yaşamağa səsləyən daha hansı dəyərlər var?
Аннотация
Gündəlik tutan bir qatil… Bu gündəliyi təsadüfən ələ keçirən xidmətçi… Gündəliyin müəllifi hörmətli bir ailənin 18 yaşlı dördüzlərindən biridir. Xidmətçi isə oğurluq etdiyi üçün axtarışda olan və saxta adla hörmətli ailədə xidmətçilik edən 31 yaşlı qadındır. Xidmətçi nə edəcəyini bilmir. Bir tərəfdən qatili tapmağa çalışsa da, digər tərəfdən də qaçıb uzaqlaşmağa, gördüklərini gizlətməyə çalışır. Hadisələr Qatilin və Cenninin gündəlikləri əsasında inkişaf edir. Qətllər bir-birini əvəz etdikcə, Cenni qatilinin gündəliyini oxumağa davam edir.
Аннотация
M. Bakuninin 1871-ci ilin fevral-mart ayları ərzində qələmə aldığı bu əsər, digər əsərləri kimi yarımçıqdır. Əsər yazılarkən Fransa-Prussiya müharibəsindən bəhs etməli və iki hissədən ibarət olmalı idi. Lakin yarımçıq qalmış əsər sonradan itir və əsəri Bakuninin inqilabçı-anarxist dostları Karlo Kafiero və Elise Reklus tapıb, bəzi parçaları fransız dilindən tərcümə edib, nizama salırlar. Kafiero və Reklus kitabı 1882-ci ildə çap etdirib, “Tanrı və dövlət” adını versə də, Bakunin kitabın adının “Kommunist Doktrina məktəbinin Sofizm tarixi” olmasını istəyirdi. İyirmiyə yaxın dilə tərcümə olunmuş “Tanrı və dövlət” Bakuninin ən məşhur əsərlərindən biri hesab olunur.
Аннотация
Bu əsərin maraqlı taleyi var, belə ki, əvvəlcə “Rubaşov” adlı alman dilində olan əlyazması itkin düşür. Xoşbəxtlikdən onda “Günorta çağı zülmət” adlanan ingiliscəyə tərcümə olunmuş versiyası hazır idi. Fransızca bu əsər “Sıfır və sonsuzluq” adı ilə məşhurdur, əlinizdə tutduğunuz bu kitab isə ruscadan (“Слепщая тыма”) tərcümə olunduğu üçün adı eynilə saxlanılıb.
Artur Köstler (1905-1983) çətin, faciəvi çalarlarla dolu ömür yaşayıb. Milliyyətcə yahudi olan Köstler Budapeştdə doğulub, uşaqlıq və gənclik illərini Macarıstan, Avstriya və Almaniyada keçirib. Jurnalist kimi Avropa məşhurluğunu hələ gənc ikən əldə edib: 1926-29-cu illər arası alman nəşrlər birliyi “Ulştayn”ın Yaxın Şərqdəki müxbiri olaraq çalışır, 1929-30-cu illər arası isə Parijdə işləyir. Köstler 1931-ci ildə “Qraf Çeppelin” dirijablında Şimal qütbünə səyahət edən yeganə avropalı jurnalistdir. Yazıçı 1930-cu illərin ortalarında Mərkəzi Asiyaya, Sovetlər İttifaqına, eləcə də Azərbaycana uzunmüddətli səfər edir.
Artur Köstlerin uzun illər qabaq yazılmış “Gözqamaşdırıcı zülmət” romanı elə bu gün üçün də böyük maraq kəsb edir. Roman Sovet İttifaqı ölkələrinin daxili həyatının xaricdə necə qəbul olunduğuna, sosialist ölkələri və yeganə dünyəvi kommunist hərəkatının Stalin terroru nəticəsində yaranan beynəlxalq imicinə ətraflı işıq salır, bu rejimin iç üzünü göstərir.
Аннотация
Dünyaca məşhur detektiv ustası Artur Konan Doylun “Tanınmış sifarişçi” kitabı “Hədəf” nəşriyyatının təqdimatında dərc olunan yazıçının əsərlərinin növbəti toplusudur. Kitabda “Tənha velosipedçinin macəraları”, “Susseksdə vampir”, “Tanınmış sifarişçi” və “Okzotda qətl” kimi hekayələr çap olunub. Onları oxuduqca Şerlok Holms və Doktor Vatsonla birlikdə bir çox müəmmalı sirrin üstünün açılmasına şahidlik edəcək, maraqlı əhvalatların izləyicisinə çevriləcəksiniz.
Аннотация
Dünyaca məşhur detektiv ustası Artur Konan Doylun “İtmiş müqavilə” kitabı Hədəf Nəşrlərinin təqdimatında dərc olunan yazıçının əsərlərinin növbəti toplusudur. Kitabda “Mazarini almaz qaşı”, “Şoskom malikanəsində faciəli hadisə”, “Çöhrəsi ağarmış adam”, “İtmiş müqavilə”, “Şerlok Holmsun yeni işi” və “Şerlok Holmsun qayıdışı” kimi hekayələr çap olunub. Onları oxuduqca Şerlok Holms və Doktor Vatsonla birlikdə bir çox müəmmalı sirrin üstünün açılmasına şahidlik edəcək, maraqlı əhvalatların izləyicisinə çevriləcəksiniz.
Аннотация
“Şerlok Holms” seriyasına daxil olan “Gümüşü şimşək” kitabında intiqam hissi ilə alışıb-yanan adamın nələrə əl ata biləcəyini görəcək, övlad sevgisinin bütün maneələrə rəğmən öz ülviliyini qoruduğuna şahidlik edəcək, sentimental hisslərə qərq olacaqsınız. Topluda hər şeyin göründüyü kimi olmadığının, həyatın iki – ağ və qara rəngə ayrılmadığının fərqinə də varacaqsınız.