ТОП просматриваемых книг сайта:
Дженгиз Дагджи
Список книг автора Дженгиз ДагджиАннотация
Çingiz Dağcı 1958-ci ildə qələmə aldığı “Onlar da insandı” romanı XX əsrin əvvəllərindən ortalarınadək Krım tatarlarının yaşayış tərzindən, onların sosializmdən qabaq torpağa necə ülvi hislərlə bağlı olduqlarından, ailə-məişət məsələlərindən, adət-ənənələrindən, Stalinin hakimiyyəti dövründə bu türk tayfalarına edilən haqsızlıqlardan, başlarına gətirilən faciələrdən bəhs edir. Əsərin dramatik xətti fonunda saf və məsum insanların ruslar tərəfindən necə əzilməsi, müxtəlif siyasi gedişlər açıq-aydın göstərilir. Müəllif bu tarixi faciəyə öz fəlsəfi-psixoloji baxış bucağından baxmağa, insanlar arasındakı sərhədlərin əslində siyasi oyun olduğu məsələsinə diqqət çəkməyə çalışır.
Аннотация
Sadıq Turan həyatının dönüş nöqtəsindədir. Vətəni Türküstanı bolşevik ordusundan azad etmək üçün Almaniya silahlı bölmələrinə qoşulur. Hərbi təlimlər keçib zabit rütbəsinədək yüksəlir. Onun üçün bir müqəddəs məhfum var: vətəni Türküstan. Amma İkinci Dünya Müharibəsi illərində dünyanın siyasi mənzərəsi heç də kiçik xalqların tərəfində deyil. Müharibə dəhşətləri ata-anasının, qardaşı Bəkirin, əsgər yoldaşlarının timsalında ən dəyərli şeyin insan həyatı olduğunu deyir. Bəs fədakar qadın Mariya onun taleyində hansı rola sahibdir? Sadıq Turanı yaşamağa səsləyən daha hansı dəyərlər var?