Аннотация

Kitabda görkəmli xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaq.

Аннотация

Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir. Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.

Аннотация

Kitabda mühacir şair Almas İldırım haqqında xatirələr toplanıb. Xatirələrdə şairin Azərbaycanda, İranda, Türkmənistanda, Türkiyədə yaşadığı dönəmə aid nadir materiallar təqdim edilib, arxiv materialları əsasında yeni bilgilər verilib. Kitabda həmçinin Almas İldırımın məktubları, fotoşəkilləri yayımlanıb.

Аннотация

Bu kitabda Türkiyənin ən böyük nasirlərindən biri sayılan Orxan Kamal, Türkiyənin ən böyük şairlərindən olan Nazim Hikmətlə birgə 3 il yarım müddətdə həbsxanada keçən ağır, çətin, eyni zamanda tarixi günlərini qələmə alıb. Bir yazıçının, öz məhbəs yoldaşı, həmkarı, qələm dostu haqqında belə bir kitab yazması dünya ədəbiyyatında az rast gəlinən, müstəsna bir haldır. İnsanı, onun yaşamını hər şeydən uca tutan yazıçı Orxan Kamal, insanı hər şeydən yüksək qiymətləndirən şair Nazim Hikmətin həyatının başqa kitablarda yer almayan, bilinməz tərəflərini və dəhşətli faktları oxuculara bəlli edib.

Аннотация

Sənədli roman janrında işıq üzü görən bu kitab müharibə mövzusunda Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Süleyman Vəliyevin yaradıcılığına, xüsusilə yazıçının sürgündən əvvəl və sonrakı həyatındakı keşməkeşli illərə işıq salır.

Аннотация

“Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görən bu kitab 1-ci hissəsi 1991-ci ildə “Gənclik” nəşriyyatında, 2-ci hissəsi isə 1998-ci ildə “Boz Oğuz” nəşriyyatında çap edilmiş ikihissəli kitab əsasında çapa hazırlanıb. Janr etibarilə bədii memuar kimi düşünülmüş bu roman görkəmli nasir və tənqidçi, Azərbaycan ədəbiyyatı, mətbuatı və təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Seyid Hüseyn Sadiqə (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) həsr olunub. Romanın müəllifi – yazıçının qızı Qumral Sadıqzadə təsdiq edir ki, insan bir şəxsiyyət kimi ailədə formalaşır, valideynlərinin nümunəsi əsasında tərbiyə alır. Seyid Hüseynin ailəsinin tarixçəsi səmimi və nəcib keyfiyyətlər, saxtakarlığa qarşı dözülməzlik haqqında nəsillərə örnək olacaq çox maraqlı bir hekayətdir. Əsərdə Seyid Hüseynin 1920-ci ildən repressiya olunduğu ilə qədər – 1937-ci ilə qədər həyat və fəaliyyətindən bəhs edilir. Kitab elmişəxsi arxiv materialları əsasında işlənmiş, milli adətənənələrimizi və etnoqrafiyamızı sənətkarlıqla əks etdirir.

Аннотация

Əsər həmyerlimiz, əslən gəncəli olan Məmməd Altunbay tərəfindən qələmə alınmış və müəllifin uşaqlıq, gənclik illərinə aid xatirələrini əhatə edir. Kitab 1987-ci ildə Məmməd bəyin ölümündən iki ay qabaq bitirilmiş və həyat yoldaşı Məlahət xanım Altunbay tərəfindən çapa hazırlanmışdır. 1918-20-ci illərdə Azərbaycanın sovet ordusu tərəfindən işğal edilməsi, respublikamızın hər yerində olduğu kimi Gəncədə də azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qırılması və dövr üçün xarakterik olan müxtəlif faciələr əsərdə çox aydın, sadə dildə təsvir edilmişdir.

Аннотация

Kitabda Azərbaycan milli teatrının və mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr, onun doğmalarının – həyat yoldaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın, kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələri və tanınmış zərdabişünasların məqalələri toplanıb.

Аннотация

Tənqidçi, ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin uzun müddət katibi olmuş Arif Əmrahoğlu hər kəsin yadında ziyalılıq simvolu və ən əsası isə, yaxşı insan kimi qalıb. “Xan” xatirə ədəbiyyatı seriyasından təqdim olunan 28-ci kitab da təsadüfən “Hamı üçün yaxşı – Arif Əmrahoğlu” adlandırılmayıb. Kitabda onun zamandaşlarının yazdığı xatirələr toplanıb və bu yazıların hər biri Arif Əmrahoğlunu tanımağınıza, onun ədəbiyyatımız və ədəbiyyatçılarımız üçün nə dərəcədə dəyərli olduğunu hiss etməyinizə yardımçı olacaq.

Аннотация

AMEA-nın Müxbir üzvü Nizami Cəfərovun yazdığı “Keçən günlərin dastanı” xatirələr əsərində həm orta məktəbdə, həm də ali məktəbdə dərs aldığı böyük dilçi alimlərdən eşitdikləri və gördükləri hadisələr qələmə alınmışdır. Belə ki, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Abdulla Vəliyev, Musa Adilov, Fərhad Zeynalov, Samət Əlizadə, Ağamusa Axundov, Tofiq Hacıyev, Aydın Məmmədov, Kamil Vəliyev, Firidun Cəlilov kimi dəyərli dilçilərimizlə yanaşı Mir Cəlal, İsmayıl, Şıxlı, Yusif Səmədoğlu, Nəriman Həsənzadə kimi yazıçı və şairlərimizin haqqında da olan şirin və baməzə xatirələr mədəniyyətimiz tarixindən çox dəyərli faktlardır.