Аннотация

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərim haqqında yazılmış bu xatirə onun dostu, mərhum nasir və dramaturq Altay Məmmədova məxsusdur. Memuarda Əli Kərimin ömür yoluna işıq tutub poeziyasının dərin qatlarına enməklə şəxsiyyətiylə yaradıcılığının bir bütöv olduğu oxucuya çatdırılıb. Layihəmizə uyğun olaraq əsər ixtisarla nəşr olunur.

Аннотация

“Yazılmayan yazı” xalq yazıçısı Sabir Əhmədlinin avtobioqrafik səciyyə daşıyan memuar-romanıdır. Yazıçı uşaqlığından qocalığınadək keçdiyi ömür yolunu özü incələyib, bunu oxucularına böyük bir ərməğan kimi qələmə alıb. Böyük romançı burada da zamanın, məkanın ruhunu saxlamağa, milli kimliyimizin gözləri önündə hansı məngənələrdən keçdiyini özünün və qələm dostlarının timsalında göstərməyə çalışıb. Özünün sərt romançı üslubuna sadiq qalan ədib bu xatirə-romanında da həqiqətlərin gözünün içinə dik baxmaqdan çəkinməyib. Əsər “Xatirə Ədəbiyyatı” silsiləsinin tələblərinə uyğun olaraq yazıçının ailəsinin razılığı ilə müəyyən dərəcədə ixtisar edilərək nəşrə hazırlanıb.

Аннотация

Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətainin yazdığı “Dəhnamə” (On məktub) əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. 1506-cı ildə Azərbaycan dilində qələmə alınan bu poema bütövlüklə 1532 beytdən ibarətdir. Bu kitabda ilk dəfə olaraq Xətainin “Dəhnamə” və “Nəsihətnamə” əsərlərinin filoloji (nəsrlə) çevrilməsi yer alıb. Kitab əsasən Xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Аннотация

Əsərləri, dünyagörüşləri, fikir və düşüncələri ilə ədəbiyyatda iz qoyan, yaddaşlarda qalan sənətkarların həyatı, başlarına gələn əhvalat və hadisələr də həmişə oxucular üçün maraq doğurmuşdur. Bu əhvalatların böyük əksəriyyətində yazıçı və şairlərin cəsarəti, vətənpərvərliyi, millətsevərliyi, insani və vicdani keyfiyyətləri aydın görünür. Kitabda toplanan materiallar yazıçı və şairlərin öz əsərlərindən, müxtəlif tədqiqat mənbələrindən, memuarlardan götürülmüşdür ki, bu da baş verən əhvalatların gerçəkliyinə şübhə doğurmur. Bir sözlə, Fələki Şirvanidən Mikayıl Müşfiqə qədər olduqca geniş dövrü əhatə edən kitabın oxucular üçün maraqlı olacağına inanırıq.

Аннотация

Bu kitabda klassik Azərbaycan yazıçılarının mövhumat və onun mahiyyətini ifşa edən gözəl nümunələri toplanıb. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli və Abdulla Şaiq kimi qələm ustadlarının əsərlərindən ibarət “Pirin kəraməti” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Аннотация

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb. “Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Аннотация

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Şəppəli” və “Quru budaq” təqdim edilib. “Şəppəli”də sovet dövrünün tipik xarakterlərindən biri – hesabdar Şəppəlinin, rüşvət üstündə işdən qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə “Quruyan budaq”ın əsas mövzusudur.

Аннотация

Əsərdə Əmir Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

Аннотация

Romanı Ermənistanla I Qarabağ müharibəsi illərinin başlanğıcında Azərbaycanın daxilində baş verən hadisələrdən bəhs edir. Eyni zamanda, “İdeal” romanından bizə tanış olan mərhum Səməd Rəhimlinin ruhu ilə (daha doğrusu, bizim təsəvvürümüzdə fantastik olan “o dünyadan” gəlmiş Səmədlə) oğlu, polis işçisi Səminin arasında gərgin, dramatik, elmi mübahisədən danışılır. Romanın adı – “Qəbiristan” kəlməsi həmin elmi mübahisədən doğan nəticədir.

Аннотация

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.