Аннотация

Dəhnamə – Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poemadır. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərilər, buna görə də əsərin adı elə «„Dəhanmə“» («„On məktub“») qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir.

Аннотация

Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai 38 illik həyatında vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli ədəbi bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda gözəl əsərlər yaratmış, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Kitaba onun səmimi, ürəkdən qopub gələn poeziyasından seçmələr daxil etmişik.

Аннотация

Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətainin yazdığı “Dəhnamə” (On məktub) əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. 1506-cı ildə Azərbaycan dilində qələmə alınan bu poema bütövlüklə 1532 beytdən ibarətdir. Bu kitabda ilk dəfə olaraq Xətainin “Dəhnamə” və “Nəsihətnamə” əsərlərinin filoloji (nəsrlə) çevrilməsi yer alıb. Kitab əsasən Xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.