Аннотация

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Şəppəli” və “Quru budaq” təqdim edilib. “Şəppəli”də sovet dövrünün tipik xarakterlərindən biri – hesabdar Şəppəlinin, rüşvət üstündə işdən qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə “Quruyan budaq”ın əsas mövzusudur.

Аннотация

Əsərdə Əmir Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

Аннотация

Romanı Ermənistanla I Qarabağ müharibəsi illərinin başlanğıcında Azərbaycanın daxilində baş verən hadisələrdən bəhs edir. Eyni zamanda, “İdeal” romanından bizə tanış olan mərhum Səməd Rəhimlinin ruhu ilə (daha doğrusu, bizim təsəvvürümüzdə fantastik olan “o dünyadan” gəlmiş Səmədlə) oğlu, polis işçisi Səminin arasında gərgin, dramatik, elmi mübahisədən danışılır. Romanın adı – “Qəbiristan” kəlməsi həmin elmi mübahisədən doğan nəticədir.

Аннотация

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.

Аннотация

İsa Muğannanın 2009-cu ildə yazılmış, lakin sağlığında müəyyən səbəblərdən çap edilməyən "Türfə" romanı ilk dəfə nəşr edilir. Roman müəllifin SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndilikdən bəhs edilir.

Аннотация

Romanda da yazıçı SafAğ elmini ODƏR dilində dərk etməyə çağırır. Onun inamına görə təhrif olunmuş adların bərpası millətin qurtuluş simvoludur. Təhrif olunmuş tarix bizim gələcəyimizin təhrif olunmasına gətirib çıxardır. Ona elə gəlir ki, keçmişin təhrifləri gələcəyin təhrifi olur. Fal kitabında olduğu kimi, keçmiş gələcək zamanı proqramlaşdırır. Oxucular bu əsərlə Azərbaycanın aşıq ədəbiyyatına fərqli prizmadan baxmağa dəvət olunur…

Аннотация

Dahi şair Nizami və Atabəy hökmdarı Məhhəməd Cahan Pəhləvanın XII əsr Azərbaycanı təsvir olunur. Atabəylər sarayında, Azərbaycanın siyasi dairələrində gedən proseslərə işıq salınır. Bu əsərdə Nizami Gəncəvi “axeylərin” rəhbəri olaraq qeyd olunur. Və Nizami Gəncəvinin dilindən tarixi sirlərə, OdƏr həqiqətlərinə işıq salınır, SafAğ elminin əsaslarına toxunulur.

Аннотация

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Saz” və “Tütək səsi” təqdim edilib. Hər iki əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşanan həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqlı şəkildə əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, Cəbrayıl kimi xarakterlər, yaradılan təzadlı situasiyalar Azərbaycan kəndinin və insanının bütün koloritini canlı şəkildə ötürə bilir. Əsər elə real təsvirlərlə zəngindir ki, oxucu özünü o dövrün və o insanların içində hiss edəcək. Motivləri əsasında məşhur “Tütək səsi” filmi çəkilmiş əsərlərdə nəql olunan əhvalatlar çox asanlıqla yaddaşa köçür.

Аннотация

“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

Аннотация

Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.