ТОП просматриваемых книг сайта:
Sabir Əhmədli
Список книг автора Sabir ƏhmədliАннотация
Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana” romanıdır. Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin romanında təsvir edilən Toğana da ucqar dağ kəndidir. Lakin demək olmaz ki, bu kənd şəhərdən tam təcrid edilmişdir. “Toğana” romanında ucqar dağ kəndinin təsərrüfat həyatının çətinlikləri, onun əmək adamlarının yaşayış tərzi və qayğıları ilə yanaşı, çoxcəhətli və çoxplanlı şəkildə qoyulmuş mənəviyyat problemləri ilə də qarşılaşırıq. “Toğana” nəzərimizdə aktual, müasir mənəvi problemlərin qoyuluşu və bədii həlli sahəsində yazıçı axtarışlarının mühüm nəticəsi kimi qiymətlidir. Ümumiyyətlə “Toğana” bütövlükdə kənd, təbiət və mənəviyyat mövzusunda yazılmış romandır. Yazıçı obrazlarının mənəviyyatını təbiətin saflığı, gözəlliyi ilə müqayisə və təmasda verir, bir obrazın dünyagörüşün, işinə, vəzifəsinə, ailəsinə, başqalarına münasibətini onun mənəvi aləminin açarına çevirir. Romanın əvvvəlində biz toğanalılarla və buraya yaylağa gəlmiş şəhərlilərlə tanış oluruq. Toğanalılar və yaylaqçılar haqqında yazıçı təqdimatı iki əsas xətt olub əsərin əvvəlindən sonuna qədər qarşılıqlı əlaqə və münasibətdə davam etdirilir. “Toğana”da maraqlı surətlərlə qarşılaşırıq. Bunların sayı iyirmidən çoxdur. Əsərin aparıcı surəti, əsas qəhrəmanı Adil müəllimdir. Romanda Adil müəllimin və onun kimi mənəviyyatı təmiz adamların xarakteri daha çox düşüncələr axınında, daxili monoloqlarla açılır. Bu isə romanın forma xüsusiyyətlərini müəyyən edir.
Аннотация
“Yazılmayan yazı” xalq yazıçısı Sabir Əhmədlinin avtobioqrafik səciyyə daşıyan memuar-romanıdır. Yazıçı uşaqlığından qocalığınadək keçdiyi ömür yolunu özü incələyib, bunu oxucularına böyük bir ərməğan kimi qələmə alıb. Böyük romançı burada da zamanın, məkanın ruhunu saxlamağa, milli kimliyimizin gözləri önündə hansı məngənələrdən keçdiyini özünün və qələm dostlarının timsalında göstərməyə çalışıb. Özünün sərt romançı üslubuna sadiq qalan ədib bu xatirə-romanında da həqiqətlərin gözünün içinə dik baxmaqdan çəkinməyib. Əsər “Xatirə Ədəbiyyatı” silsiləsinin tələblərinə uyğun olaraq yazıçının ailəsinin razılığı ilə müəyyən dərəcədə ixtisar edilərək nəşrə hazırlanıb.
Аннотация
Adam yaşlandıqca uşağa dönür. Yadıma uşaq vaxtı oynadığımız oyunlar düşmüşdü. Hələ “a-be” bilməyən balacalar ev eşik tikir, bir-birinə qonaq gedir, xörək bişirib pay çəkir, yalandan yeyib doyur, səhəri axşam eləyirdilər. Şeytan balalalar hətta ailə qurur, ərə gedir, çağaları da olur, bələyib qucaqlarına alırdılar.
Bu sayaq oyunların indi də oynandığını mən Yasamalda, bir obanın yerləşəcəyi beşmərtəbə binadan çıxıb işə gedəndə, işdən qayıdanda yenə görürəm. Qonşu qızcığazlar, cıqqılı nənələr, körpə analar evin qabağındakı bağçada, ağac kölgəsində, kolların arasında evcik qurur, bu evlərin açıq divarından içərisi görünür, bəzəkli taxçalar, süfrə, qundaq seçilir… Orada ,evlərindəcə görüb-götürdüklərini yamsılayır, iyirmi il bundan sonrakı yaşayışı çəkib gətirir, öz istədikləri təki qurub quraşdırırlar.
Başqa oyunlar da var. Böyüklərin oyunu daha çəlpəşik-dolaşıq olur. Oyun uşaqlardan ötürü böyüklərin itaətindən qopmaq, böyüklərdən ötürü uşaq olub qayğıdan qurtulmaq. Dünyanın işi oyundur, deyiblər. Bəlkə varlığın yüz cür oyununa qarşı insan da təqlidə uyur, gülüb- əylənir. Ola bilsin, oyun aləmi anlamağın, dünyanın başa düşməyin ayrıca üsuludur.
Daş dövrü mağaralarda çal-çalpaz qoyulmuş, yan-yana düzülmüş sümüklər tapılır. Bunlar ilk insanların ovladığı heyvanlar, yedikləri qidanın qalığıdır. Onlar da bu sayaq, əti yeyib sümüklə oynayırmışlar.
Bir körpə uşaq oyunlarını xatırlarkən, yadıma bir vaqeə düşdü. Bu, yuxutək bir işdi, büsbütün yadımdan çıxdı. Sonralar bir də xatırladım ,bu dəfə qırx silsilə oyun parça-parça göz qabağında canlandı.
Bunu mən nə görmüş, nə eşitmişdim. Haradan, necə gəlib yadıma düşmüşdü, indi də baş aça bilmirəm. Amma ürəyimə damdı ki, onu otuzuncu illərdə oynamışdılar.
Hər yerdə olduğu təki bizim ellərdə də maraqlı oyunlar var.
SSRİ Pedaqoji Elmlər Akademiyasında milli oyunları öyrənən bölmə yaradılmışdı. Ölkəmizdəki bütün xalqların oyunlarını toplayır, araşdırır, nəşrə hazırlayırlar.
İstəkli oxucu! Bu yazıda yazılanlar zarafatdır, oyundur. Əgər onu oxuyanda sizə bir oyunca zövq verə bilsəm, sevinərəm.
Bəzi səhnələr qəribə görünə bilər. əslində sürətlərin davranışı, onların düşdüyü gülməli hallar qədim xalq oyunlarımızdan, qaravəllilərdən, zamanın ruhundan doğur…