Аннотация

XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə «Qanlı Sənələr» adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun «Tazə həyat» qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.

Аннотация

Ülfət Cavad 1975-ci ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İxtisasca hüquqşünasdır. 1997-ci ildən dövri mətbuatda jurnalist kimi fəaliyyət göstərir.

Аннотация

Ədib «„Dumanlı Təbriz“»əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilк gözəl nümünəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna gеydirilmiş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən «„Dumanlı Təbriz“» romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas movzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı 20-ci yüzildə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların «„pioneri“» adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır. Romanın obrazlar qalereyası əlvan və zəngindir: milli azadlıq hərəkatının rəhbərləri Səttar xan və Bağır xan, Əmir Heşmət Nisari, Hacı Əli Davafuruş, mücahidlər Tütünçüoğlu, Həsən ağa, Cavad ağa, maraqlı cizgiləri ilə seçilən azərbaycanlı qadınlar Mahru xanım, Nabat, Təhminə xanım, Zeynəb, Rusiya və ABŞ səfirliklərinin əməkdaşları Nina və Miss Hanna, inandırıcı və yaddaqalan xüsusiyyətləri ilə verilmiş Hacı Səməd xan, Sərdar Rəşid, Şümşad xanım, Məşədi Kazım ağa, rus zabiti Smirnov, Şeyx Əbdüləzəl və b. Obrazlar bitkindir və müəllif onları yalnız ayrı-ayrı epizodların iştirakçısına çevirməklə kifayətlənməyərək talelərini axıra qədər izləyir. Qədim Azərbaycan şəhəri Təbriz əsərdə bütün çalarları, koloriti ilə, daxili həyatı və beynəlxalq aləmdə yeri ilə görünür. Sizi bu şeirlərlə baş-başa buraxırıq..

Аннотация

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi yeddinci kitab Məmməd Səid Ordubadinin xatirələrini əhatə edir. “Həyatım və mühitim”də Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Xatiratı oxuduqca çar hökumətinin məhbəslərində yaşanan faciələri, qadınların başına gətirilən əxlaqsız hərəkətləri, I Dünya müharibəsinin yaşatdığı acıları əhatəli şəkildə görmək olar.

Аннотация

Məmməd Səid Ordubadinin tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib: bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Roman iki hissədən ibarətdir. Bu kitabda hər iki hissə öz əksini tapıb.