ТОП просматриваемых книг сайта:
Salam Qədirzadə
Список книг автора Salam QədirzadəАннотация
Salam Qədirzadənin “Sevdasız aylar” lirik povesti yarandığı illərdə – sovet dönəmində belə, gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri diqqətinizi cəlb edəcək, sizi öz tələbəliyinizə, öz gəncliyinizə səyahətə çıxaracaqdır.
Аннотация
Mərhum yazıçımız Salam Qədirzadənin “Qış gecəsi” romanı əsrimizin əllinci illərində yazılmışdır. Müəllifin oxunaqlı dillə təqdim etdiyi bədii personajların prototiplərinə indinin özündə daha çox rast gəlmək olar. Çünki onlar həmişəyaşar mövzuların qəhrəmanlarıdır. Maraqlı süjet xətti, təhkiyə rəvanlığı bir-birilə bağlı hadisələrin maraqla izlənməsinə kömək edir. Bu günün özündə də valideyn-övlad borcu, nakam məhəbbət, xeyirxahlığın gözəlliyi, hərislik və onun acı nəticələri, həyata əşya gözü ilə baxmaq kimi söhbətlərə biganə qalmaq mümkün deyil. Ananı əvəz etmiş pozğun qadının oğulluğunu evdən uzaqlaşdırmasına, atanın onu taleyin çətin, enişli-yoxuşlu yollarında başsız buraxmasına acımaya bilmirsən. Həyatımızın azacıq əvvəl çevrilən səhifəsi, böyük nəslin şirin arzularının boy verdiyi 50 – 60-cı illərdə bu kitab sevinclə, rəğbətlə qarşılanıb. Əminik ki, indi bir qədər başqa rakursdan baxılsa, başqa aspektdən yanaşılsa da romanda yenə nə isə maraqlı, cəlbedici və nəhayət, hardasa əhəmiyyətli bir şey tapacaqsınız.
Аннотация
Sovet-Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var. Bir gün Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb
Аннотация
Salam Qədirzadə əsərləri gənclər arasında ən çox oxunan müəlliflərdən biridir. Onun “Sevdasız aylar” povesti yüksək tirajla dərc olunan kitablar sırasındadır. “Şlyapalı Mauqli” adlı bu kitaba isə, yazıçının “Ər-arvad təhlükəsizliyi ongünlüyü”, “Bığ”, “Evlənəndə tələsməyin”, “Gözbağlıca”, “Telefon” kimi hekayələri daxil edilib. Onları oxuduqdan sonra romantik ruhlu bu müəllifi həm də gözəl yumor ustası kimi kəşf edəcəksiniz. Qarışmış telefon xətti vasitəsilə maraqlı xəbərlər toplayıb ərinə danışan və bu işə aludə olduğu üçün telefon ustasına rüşvət verib geri qaytaran Şəfiqə də, nadanlığı ucbatından qonşusu tərəfindən ələ salınaraq “Şlyapalı Mauqli” adlandırılan Canəli müəllim də, arvadının qorxusundan bığını qırxan ustadan şikayət edən Əzim də öz baməzə xarakterləri və düşdükləri gözlənilməz əhvalatlarla marağınıza səbəb olacaq.
Аннотация
Sovet-Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var. Bir gün Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb. Beləliklə, böyük fransız yazıçısı və filosofu Alber Kamünün “… Var olmaq, yaşamaq, ölümə doğru getmək deməkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyərlər, ölüm cəzasına məһkum olunmuş, ancaq һökmü nə vaxt və һarada yerinə yetiriləcəyini bilməyən, yoldaşlarının isə hər gün edam edildiyini görən kimsəsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər “46 bənövşə” adı ilə oxuculara təqdim olunur.
Аннотация
Salam Qədirzadənin sonuncu əsəri olan “Hər gün ömürdən gedir” kitabı ilk dəfə 1987-ci ildə – yazıçının ölümündən sonra nəşr olunub. Yazıçının bir çox əsərləri kimi bu kitab da ailə-məişət mövzusuna həsr olunub, amma əvvəlkilərdən fərqli olaraq insan taleyinə fəlsəfi baxış da öz əksini tapıb.
Keçmiş taksi sürücüsü olan Seyfəl indi qocalıb, oğlunu evləndirib və həyat yoldaşını götürərək bağ evinə istirahətə gedib. Orada həyatın məğzinə dalmağa başlayan baş obraz olub-keçənləri də tərkinə götürüb, dirçəltdiyi faytonda gəzdirməyə qalxır.
Аннотация
Tanınmış Azərbaycan yazıçısı Salam Qədirzadənin “Kəndimizdə bir gözəl var” romanı sovet dönəmində belə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub və üzərindən illər keçsə də, yenə də maraqla qarşılanır. Hələ doğum evində ikən səhv salınmış Leylanın başına gələnlər, onun bu sirrdən xəbər tutacağının qorxusu ilə yaşayan ata-ananın həyəcanı, Leyla və Göydəniz arasındakı məhəbbət, bu eşq uğrunda etdikləri fədakarlıqlar əsərin əsas mövzusudur. Bu roman öz maraqlı süjet xətti və səmimi təsviri ilə oxucunun diqqətini çəkəcəkdir.
Аннотация
Salam Qədirzadənin “Sevdasız aylar” romanı yarandığı illərdə – sovet dönəmində belə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi” – yəni “çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri oxucunun diqqətini cəlb edəcək, onu öz tələbəliyinə, öz gəncliyinə səyahətə çıxaracaqdır.
Аннотация
Ötən əsrin 50-ci illərində yaradıcılığa başlayan Salam Qədirzadə “Sevdasız aylar, “46 bənövşə” kimi məşhur əsərlərlə oxuculara tanışdır. Onun “Qış gecəsi” romanı da sevgi romanı adlandırıla bilər. Əsərdə Böyük Vətən Müharibəsindən sonra yaşayan gənclərin həyatından, sevgisindən, çətinliklərindən danışılır. Roman “Tarçalan oğlan”la Ceyran adlı bir qızın nakam məhəbbəti, yaşadığı hislər haqqındadır.