Аннотация

Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin «„Qöts fon Berlihinqen“» dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da «„Fırtına və gərginlik“» cərəyanına aid edilir. «„Gənc Verterin iztirabları“» müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə – Maksimilane fon Laroşa məxsusdur. Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi. O, qısa zamanda ən çox oxunan kitaba çevrilir. Kitabın ikinci nəşri 1787-ci ilə çıxır. Roman Höteyə bütün Almaniyada şöhrət gətirir. Ona qədər Hötenin heç bir əsəri bu qədər oxucu qazanmamışdır. Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxarmışdı. Buna sonralar Verter effekti adı verilmişdi. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə kitabın nəşri qadağan edilmişdi.

Аннотация

Аннотация

Roman klassik romanlara məxsus ikililər, dilemmalar üzərində qurulub. Annotasiyanın sözləri ilə danışsaq “yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur”. Əsərin adı “Vicdan susanda” adlansa da əsərin baş qəhrəmanları professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə vicdanı susmayanlardır. Vicdanı susanlar isə Bəşir Bədirbəyli, Ziya Lələyev, aspirant İsmətdir. Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin-ekoloji cəhətdən təmiz yanacağın bir addımlığındadır. Lakin əks cəbhə bu kəşfə mane olur. Roman da bu konfliktin üstündə qurulub. Hadisələr də Kimya İnstitutunda baş verir. “Vicdan susanda” romanında sevgi-məhəbbət, məişət məsələlərinə də geniş yer ayrılıb.

Аннотация

Müəllif 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlığın təntənəsini əks etdirirdi”.

Аннотация

Qüdsdə yaşayan bir ailənin beş nəslinin təxminən yüz illik tarixi. Bu ailənin xüsusiyyəti qadınlardan ibarət olması və lənətlənmiş olmasıdır. Bu ailədə həmişə qız uşaqları doğulur və eyni zamanda da ərlərini itirirlər. Bu lənət nəsillər boyu davam edir. Ta ki, hekayəni nəql edən Amal oğlan övladı dünyaya gətirənə qədər. Fərqli şəxsiyyətləri olan qadınların hamısı ümumi bir cəhətə sahibdirlər: Yanlarında ərləri olmadan, yaşadıqları bütün çətinliklərə rəğmən təslim olmadan həyatın bütün çətinliklərinə dözmək və uşaqları böyütmək…

Аннотация

Аннотация

Hər şey istənilmədən atılan bir daşla başladı. Səməd Şıxının ilk nəşr olunan kitabı “Atılan bir daş” talehsiz bir bacı ilə onun gözlərinin itirilməsinə səbəb olan qardaşdan bəhs olunur. Əsərdə, Nərgizin başına gələn fəlakətlərə baxmayaraq həyatla mübarizə aparması, ayaq üstə durmağa çalışmasından və bacısının başına açdığı fəlakəti unudaraq yeni həyat qurmağa çalışan Rövşənin həyatı təsvir olunmuşdur. Hadisədən illər keçməsinə baxmayaraq olanlar öz istiliyini qoruyur və həm bacını, həm də qardaşı addım – addım izləyir. Hər günə bir ümidlə göz açan Nərgizin, görməyən gözləri ilə həyatla nə qədər mübarizə apara biləcək? Elədiklərindən peşmanlıq çəkən Rövşən isə bacısının başına açdığı fəlakəti necə təmizləyəcək?

Аннотация

Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasında yeni və müstəqil bir sosial-əxlaqi məsələ – “yalan” problemi öz əksini tapır. Bu isə Sabit Rəhmanın, həm də dövrün komediyaya marağında, tamamilə, təbii bir mərhələ idi: uzun bir müddət həqiqətə yox, illüziyaya xidmət edən satiranı bir mövzu kimi yalan maraqlandırmaya bilməzdi. “Əliqulu evlənir”də yalan, bir problem kimi, yenə də hələ vəzifə ehtirasının materiallarında təhlil edilir. Komediyada vəzifə xəstəliyi, kabinet, telefon, kağız, protokol azarı: bürokratiya ilə ehkam, eqoizm və yaltaqlıq arasında daxili vəhdət klassik realist səviyyədə tapıla və həll oluna bilər. Əliqulu sanki yuxudan ayılır və birdən xəbər tutur ki, vəzifə əldən gedir, stol əldən gedir. Klassik faciənin “nə etməli?”, “necə etməli?” sualı onun qarşısında “stolu necə saxlamalı?” şəklində durur. O, “ya stol, ya da heç nə” qətiyyəti ilə hərəkət etməyə qərar verir. Xilas üçün yüksək rütbəli bir şəxslə qohum olmaqdan başqa ayrı çarə tapmır. Komik sujetin əsasında da əldən gedən stolu zorla saxlamaq üçün Əliqulunun göstərdiyi səylər durur. Əliqulunun komizmi həmişə telefon və stol dalında rahat yuva tapan tüfeylinin və nadanın komizmidir. Məhz vəzifə təşnəliyi komediyada Əliqulunun şakəri, vərdişi, azarı kimi klassik səviyyədə işlənmişdir.

Аннотация

Arktika çöllərinin yorulmaz norveç araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen öz kitabında necə qütb araşdırmaçısı olması barədə ətraflı danışır. Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir. Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir. “Mənim həyatım“ kitabının oxucusu görəcək ki, gözəl təşkilatçı və tədbirli olması onun hər ekspedisiyasını fərqləndirir, ona ən çətin vəziyyətlərdən üzüağ çıxmağa kömək edər. Mühəndis diplomu alan kimi Amundsen ilk müstəqil ekspedisiyaya hazırlaşmağa başlayır. O, qərara alır ki, Şimali Amerika sahilləri boyunca hərəkət edərək Atlantik okeanından Sakit okeana şimal-qərbdən dəniz yolu tapsın. Amundsenin ilk ekspedisiyasında az adam iştirak edirdi, onların xərci də bir o qədər çıxmamışdı. Buna baxmayaraq, Amundsen borc içində idi. Onun yelkənli gəmisi «„Yoa“» az qala müsadirə olunacaqdı. Odur ki, gənc səyyah çox təhlükəli bir qərar qəbul edir: o, altı dostu ilə birlikdə yağışlı qaranlıq bir gecədə öz gəmisinə minir və açıq dənizə çıxır. Onlar Qrenlandiyaya tərəf üzürlər. 1903-cü ildə başlayan bu ekspedisiya üç il çəkir. Bütün çətinliklərə baxmayaraq, səyahətçilər 1906-cı ildə sağ-salamat Kaliforniya sahillərinə yan aldılar. Onlar külli miqdarda məlumat toplamış, hətta maqnit qütbünün dəqiq yerini müəyyən etmişdilər. 400 il müddətində heç bir tədqiqatcı buna nail olmamışdı. 1911-ci il dekabrın 14-ü Amundsen dünyada ilk dəfə olaraq Cənub qütbünə çatdı.

Аннотация

Azərbaycanın xalq şairi Ramiz Rövşənin bu kitabında şairin nəsr yaradıcılığı – povestləri, hekayələri və esseləri yer almışdır. Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı”, “Yağışlı bir günün günortasında” və s hekayələrində şairin həm də bir yazıçı kimi özünəməxsus bədiiliyi oxucunu (dinləyicini) özünə cəlb edir. “Belə-belə işlər” hekayəsində müharibə illərindən danışılır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə. O, atından məktub gələcəyini ümidlə gözləyir. “Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. “Hamı oğul böyütmüşdü” hekayəsi də elə o illərdəndi. Burada da kənd camaatı döyüşə oğul yola salır, oğul yolu gözləyir. Lakin bu hekayədə bir fərqli tərəf var; “Belə-belə işlər” hekayəsində Həsən kişi döyüşə atını yola salır, “Hamı oğul böyütmüşdü”də isə kimi-kimsəsi olmayan Yetim Qulu döyüşdən oğul məktubu gözləyir: “Yetim Qulu bütün kəndin gözünün qabağında həsrətlə oğlunun yolunu gözləyirdi və bu boyda kənddə bir adamın da ağlına gəlmirdi ki, yaxşı, bu Qulu hansı oğlunun yolunu gözləyir?.. Bu Qulunun oğlu nə gəzir?!” “Ağrı” hekayəsi də əslində o illəri qamçılayan bir əsərdi. Burada yaralanandan sonra döyüşdən geri qaytarılan bir nəfərin fiziki ağrıları bir yana, mənəvi ağrılarından söz açılır. İsgəndər döyüşdə canını qoydu, illərlə övlad həsrəti çəkdiyi halda, geri dönəndə övladını bağrına basmağa cürəti çatmadı. Həmkəndliləri onun fərari olduğunu düşünərək raykoma (rayon icra nümayəndəliyinə) zəng etdilər. Əslində isə, o, fərari deyil, sadəcə başından zərbə alan əsgər həkimlərin verdiyi xəstəlik sənədini itirmişdi… “Yağışlı bir günün günortasında” hekayəsi ilə müəllif müharibəyə, siyasətə olan nifrəti və insanlığa olan sevgisini göstərir. “Daş” povestinin mövzusu da həyatın özündən götürülüb. Burada da oxucu qəhrəmanları tanımağa çox da çətinlik çəkmir. Povest qəhrəmanları ilə sanki hekayələrin davamıdır…