Аннотация

Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin gеniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Оnun “Hоphоpnamə”si başdan-ayağa zülmə, ətalətə еtiraz, insan haqqına və hеysiyyətinə qarşı çеvrilmiş hər şеyə üsyan və ittihamnamədir. Fitrətən milli və xəlqi şair оlan Sabir xalqın ictimai-sоsial və psixоlоji dərdlərini sоn dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla dеyən, fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair оxucusunu da bütün bu dərdlərin alоvuna bürüməyi, оnu da özü qədər alоvlandırmağı bacarmışdır. Bəzən satiranı bеlə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müasirdir. Sabir əsərlərinin tam külliyyatı оlan bu ikicildliyin birinci cildinə şairin 1906-1910-cu illərdə yazmış оlduğu satirik şеirlər tоplanmışdır. Cild xrоnоlоji prinsip əsasında hazırlanmışdır.

Аннотация

Mir Cəlalın «Dirilən adam» romanı Azərbaycan zəhmətkeşlərinin Sovet hakimiyyəti uğrunda qəhrəman mübarizəsinə həsr olunmuşdur. Yoxsul kəndli Qədirin şəxsi həyatı və ailəsinin taleyi əsərdə görkəmli yer tutur. Onun ictimai haqsızlığı tədricən dərk etməsi, şəhərdə mənəvi cəhətdən yetkinləşməsi, daha sonra «kəndin harayına» gəlməsi – belə bir həyat və mübarizə yolu təsvir olunmuşdur. Bir parça çörək üçün öz evindən, ailəsindən didərgin düşən Qədirin faciəsini göstərmək üçün yazıçı onu kənd yüzbaşısı Bəbirbəylə üz-üzə gətirir, şəhər həyatı içərisində, zülmdən, əsarətdən cana doymuş yoxsullar arasında təsvir edir, bununla da müsavat özbaşınalığı dövründə kəndlinin narazılılığını, məhrumiyyətini, qüssə və peşimançılığını, arzu və xəyallarını göstərməyə çalışır. Bəbirbəy Qumruya təsəlli verərkən Qədirin qətlini «millət yolunda ölən şəhid» kimi qələmə verir, möhtəkir Hacı Hüseyn evi müzayidəyə qoyulan Qumruya verdiyi neçə günlük möhləti özünün «millətə olan ehtiramı» adlandırır. Avazlı Qənbər kişi evdən didərgin düşən arvadını vəhşicəsinə öldürən «müsəlman qardaşına» razılığını bildirir, onun hərəkətini «millətin namusunu qorumaq» kimi qiymətləndirir. Əslində xalqın, millətin həyati ehtiyacları ilə heç bir əlaqəsi olmayan bu sözlər ancaq gözlərdən pərdə asmaq, istismarçıların qara niyyətlərini pərdələmək üçün idi.

Аннотация

Şəhriyar «„Heydərbabaya salam“» əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qоvuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sоnra qələmə alınmışdır. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Pоema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Əsərin birinci hissəsi 1952-ci ildə tamamlanmışdır. Şəhriyarın həyatından göründüyü kimi 1952-ci ildə anasının ölümündən sоnra о, Tehranı tərk edərək Təbrizə yоla düşür. Düzdür, mənbələrdə Şəhriyarın İranın digər şəhərlərinə, xüsusilə Şiraza getmək fikrində оlduğunu qeyd edirlər. Lakin, ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, «„Heydərbabaya salam“» kimi bir poema yazan, daim təəssübkeşlik mövqeyindən çıxış edən Şəhriyar məhz Təbrizə üz tuta bilərdi. M.Rövşənzəmir bu haqda yazırdı: «„Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır“». 1954-cü ildə «„Heydərbabaya salam“» əsərinin Təbrizdə nəşr оlunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng оlmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dоstlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çоx kitabların müəllifidir. Ə.Karəng poemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də poemanın xüsusi məziyyətlərindən söhbət açır. Kitabda maraq dоğuran cəhətlərdən biri də «„Heydərbabaya salam“» poemasında işlədilmiş şəxs və yer adı göstəricilərinin izahatı ilə əlaqədardır. Həmin izahlar say etibarilə 74 izahat şəklində qruplaşdırılmışdır və demək оlar ki, poemanın birinci hissəsində bütün adlar izah оlunaraq оxucunun poema bоyu heç bir çətinlik çəkmədən göstərilən şəxs və yer haqqında tam məlumatlanmasına imkan yaradır. Bu izahatlar Şəhriyarın dili ilə verilir. Lakin kitabda həmin izahlar Mirzə Tahir Xоşnevisin xətti ilə yazılmışdır. Pоemadakı şəxs və məkan adlarının izahını ustad Şəhriyar demiş, Mirzə Tahir isə qələmə almışdır.

Аннотация

Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) – Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə «Macmillan Publishers» nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. Süjet Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir. Alisa Ağ Dovşanı izləyərək «Möcüzələr ölkəsi» nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır. Göbələyin hissələrini yedikdən sonra yenidən öz boyuna qayıdır. Çeşir pişiyindən öyrənir ki, «Ürəklər Kraliçası» kroket oyunu hazırlayıb. Qaydalar isə qəribədir: balaca topun yerinə kirpi, topu vuran taxta isə Flaminqodan olur. Bu müddətdə Valet, konfet oğurluğunda günahkar sayılır. Məhkəmə zamanı Alisa məhkəmə qarşısına çıxarılır. Məhkəmənin kritik vəziyyətində hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayırlar. Alisa yuxudan duraraq, bunun bir yuxu olduğunu başa düşür.

Аннотация

Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.

Аннотация

İsveçrə filosofu Jan-Jak Russonun (1712–1778) əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir. Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabı-nın (1917) intellektual atası hesab etmək olar. Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir. O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur. Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir; onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır. 1742-ci ildə Russo Parisə – o vaxtkı dünyanın intellektual mərkəzinə köçür. O burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur. 1750-ci ildə Russonun İncəsənət və elm haqqında düşüncələr essesi Dijon şəhəri akademi-yasının keçirdiyi müsabiqədə qalib gəlir. Onun sonrakı əsərləri, xüsusilə də İctimai müqavilə haqqında şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur. Russo-nun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir.

Аннотация

Xalq yazıçısı İsmayıl Şıxlının «„Ölən dünyam“» əsəri yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır. Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının «„Namus qaçağı“», «„Namərd gülləsi“» və «„Ölüləri qəbristanda basdırın“» hekayələri də daxil edilmişdir.

Аннотация

Аннотация

İsa Hüseynov (Muğanna) zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının «altmışıncılar» adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. İsa Hüseynovun (Muğannanın) povestlərində həyat roman miqyasında dərin və əhatəli şəkildə göstərilmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. «Doğma və yad adamlar» romanında və digər povestlərində İsa Hüseynovun (Muğannanın) oxucunu (dinləyicini) oxumağa vadar edən başlıca məziyyətlərdən biri də onun bədii dilidir. Demək olar ki, bütün əsərlərin mövzusu kənd həyatından, sadə adamların məişətindən gəldiyindən dili də o həyatın sadəliyi ilə uzlaşır. Ancaq bu sadəlik heç də bəsitlik demək deyil. Çünki nasirin təhkiyə dili bədii təsvir və ifadə vasitələri ilə o qədər zəngindir ki, bunlar əsərin dilinin canlı, axıcı olmasını təmin edir, oxucu hekayənin, povestin, hətta irihəcmli romanın belə bir cümləsini ötürmək istəmir. Sanki əsər oxucunun dilində su kimi axıb gedir. Bu dil zənginliyi ilə yanaşı, dinamikliyi, oynaqlığı ilə insanı cəlb edir. Sanki yazıçı özü sözlə oynayır, onu əlində «xəmir kimi yoğurub» öz istədiyi formaya sala bilir. Maraqlıdır ki, bunun özü belə heç bir yerdə sünilik, qeyri-təbiilik yaratmır. “Doğma və yad adamlar” romanında yazıçı povestlərində müəyyən cəhətləri ilə təsvir edilmiş obrazlarını tam, bütöv halda təqdim etmişdir. “Doğma və yad adamlar”la yanaşı digər əsərlərində də İsa Hüseynov povest həcmində və roman qavrayışında düşünmək və əks etdirmək imkanlarını ümumiləşmiş şəkildə nəzərə çarpdırır.

Аннотация

Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.