Аннотация

Tom Soyyerin macəraları – Mark Tvenin 1876-cı ildə çıxan romanıdır. Kitabda Tom Soyyer və ən yaxın dostu Heklberri Finn'in Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir. Uşaqlar işin üstünü açmaqla nahaq yerə dar ağacına sürüklənən günahsız insanı xilas edirlər. Bu isə sonradan onların təqib olunmasıyla nəticələnir. Uşaqları izləyən qatil sonda özü qurbana çevrilir. Qatili güdən dostlar qorxunc cinayətlərin qarşısını alırlar. Romana aid bir neçə dəfə film və cizgi filmləri çəkilib.

Аннотация

""Kitabda Misir nümunə göstərilərək, geri qalmış ölkələrdə qadınların çətin həyatı ilə ilgili bilgi verilməkdədir. Qızların kənddən tutmuş şəhərə qədər həyatları üzərində mövcud olan kabus təsvir edilmiş. Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanmış, müsəlman ölkələrində qadın olmanın necə bir bədbəxtlik olduğu anladılmışdır.""

Аннотация

XIX əsrdə Bibliyadan sonra ən çox satılmış əsər “Tom dayının daxması” romanıdır. Kitab 1852-ci ildə çap edilən kimi ABŞ-da geniş əks-səda doğurub. Əsər bir günə 3000, bir ilə 350 000 nüsxə satılmışdı. Bundan sonra Şimal ştatları ilə Cənub ştatları arasındakı uçurum daha da dərinləşdi. Quldarlıq əleyhdarları-abolisionistlər daha mütəşəkkil şəkildə çıxış etməyə başladılar. “Tom dayının daxması”, qəhrəmanı qaradərili olan ilk Amerikan əsəri idi. Əsərdə Amerikanın Cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, qaradərililərin ağır həyatı, onlara edilən zülmlər, məhrumiyyətlər, ayrılıqlar aydın şəkildə təsvir olunur. Viktor Hüqonun “Büq Jarqal” əsərindəki üsyançı zənci qəhrəmandan fərqli olaraq Biçer-Stounun qəhrəmanı pasifistdir, qatı dindardır. O quldar Leqriyə qarşı belə mərhəmətlidir. Onun davranışları bizə Mahatma Qandinin pasifist hərəkatını, Martin Lüter Kinqi xatırladır. Biçer Stou sanki 100 il əvvəl 1964-cü ildə Nobel Sülh Mükafatı almış, ABŞ-da qaradərililərə qarşı diskriminasiya, seqreqasiya ilə, irqçiliklə sivil mübarizə yolu seçmiş baptist Lüter Kinqin prototipini yaratmışdı. Onu da qeyd edək ki, Lüter Kinq 1968-ci ildə qətlə yetirildi. Romanın sonunda Tomu da ağası Leqri döyüb öldürür.

Аннотация

""Xosrov və Şirin"" (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir. Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış «„Xosrov və Şirin“» əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır. Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. «„Xosrov və Şirin“» poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.

Аннотация

Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların “demokratik” və ya ”avtoritar“ hakimiyyətə nə dərəcədə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq ”Avtoritar Şəxsiyyətin Öyrənilməsi“ (1950) əsəri meydana gəlmişdir. Bu əsər insan təbiətinin və davranışlarının öyrənilməsində əvəzsiz mənbədir və açıq-aşkar görünür ki, o zamanın nasist Almaniyasında baş verən dəhşətlərin təsirilə yazılmışdır. Lakin ”Avtoritar Şəxsiyyətin Öyrənilməsi“ kitabında diqqət mərkəzinə gətirilən məsələlər təkcə Adof Hitlerin şəxsiyyəti və Üçüncü Reyxin varlığıyla məhdudlaşmır, burada ümumən insan şəxsiyyətinin avtoritar təbiəti araşdırılır. Əsər özünün əhatə dairəsi və tarixi dəyər daşımasıyla unkaldır və Adornonun gəldiyi nəticələr bu günə qədər öz qüvvəsini itirməyib, bu nəticələrdən narahatlıq hissi keçirənlər də az deyil.

Аннотация

Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaqüstdə durub «Hamı kimi olmayacağam? yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz, necə olsam da, özüm olacağım, başqa kimsə olmayacağım məsələsidir.» -deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.

Аннотация

Yazar bu əsərində insanın varlıq və yoxluq arasındakı tərəddüdünün dərinliyinə enərək ortaya çıxan vəsvəsənin fəlsəfi və psixoloji prinsiplərini incələyir. Xoşbəxtlik və bədbəxtlik arasında dillemada ilişib qalan insanoğlunun nə edirsə etsin tragediyadan qaça bilməyəcəyinə deyinir. Köçəri həyat yaşayanların hekayələrindən bəhs edən yazar nostalgiyanın niyə və necə müasir xəstəlik formasına çevrildiyindən danışır. Gəlir ədalətsizliyi, işsizlik, yadlaşma, narkotik və seks distopiyasının içində boğulan müasir gəncliyin iztirablarını elmi və ədəbi nöqteyi nəzərdən ələ alan yazar hadisələrə təkamülün gözü ilə baxaraq insanın niyə genetik və coğrafi determinizmin qurbanı olduğunu aydınlaşdırmağa çalışır.

Аннотация

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi: – Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim. Padşah dedi: – Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən? – Sən de, padşah, mən çarə edərəm. Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi: – Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver! Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi. Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görcək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki....

Аннотация

Tarixi romanlar müəllifi, tanınmış türkoloq Yunus Oğuzun sayca onuncu olan “Əmir Teymur zirvəyə doğru” kitabı sərkərdə, dövlət başçısı, ictimai xadim, dövrünün dünyaya səs salan hökmdarı Əmir Teymur haqqında iki cildliyin birincisidir. Mütaliə boyu sizi hadisələrin gedişinə uyğun həyəcanlı saatlar gözləyir. Tarixi romanda böyük cahangirin hakimiyyətə gəlməsi, igid türk qəbilələrini birləşdirməsi və Hindistana yürüşü əks olunur. Yazıçı Əmir Teymuru türk dünyasının birləşməsi, türk sərhədlərinin genişlənməsi üçün fəaliyyət göstərən bacarıqlı sərkərdə, təcrübəli diplomat və dövlət xadimi kimi xarakterizə edir…

Аннотация

Tarixi romanlar müəllifi, tanınmış türkoloq alim Yunus Oğuzun “Əmir Teymur-Dünyanın hakimi” kitabında sərkərdə, dövlət başçısı, ictimai xadim, dövrünün dünyaya səs salan hökmdarı Əmir Teymur haqqında iki cildliyin ikincisidir. Mütaliə boyu sizi hadisələrin gedişinə uyğun həyəcanlı saatlar gözləyir. Yunus Oğuz əsər üzərindəki işi, 33 illik hakimiyyəti dövründə bir yürüşü belə uduzmayan Əmir Teymurun şücaəti və qəhrəmanlığı haqqında söhbət açıb: «„Mənə Əmir Teymuru psixoloji nöqteyi-nəzərdən göstərmək daha maraqlı idi. Belə ki, onun şəxsiyyəti hələ tam öyrənilməyib. Mən istədim ki, oxucular Əmir Teymuru təkcə böyük sərkərdə və „„dünyanın hakimi““ deyil, eyni zamanda, dərin ağıla, böyük iradəyə, ziddiyyətli xarakterə, güclü sevgi və nifrət hissinə malik şəxsiyyət kimi görsünlər“».