Аннотация

Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından biri olan Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” mükalimə tərzində yazılmış bir əsərdir. Əsərdə ata və oğul arasında gedən dialoqlar müxtəlif mövzuları əhatə edir. Hər cümləsində Füzuli zirvəsinin qüdsiyyətini, ucalığını əks etdirən bu mövzular insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadar edir. Zahir-batin, ağıl-qəlb, nəfs-ruh qarşıdurmasını Rind və Zahidin dili ilə canlandıran dahi Füzuli, bununla, əslində, insanı öz-özü ilə qarşılaşdırır.

Аннотация

""Toy"" və «„Xoşbəxtlər“» komediyasının uğurlu taleyi tezliklə müəllifin adının A.Korneyçuk, B.Romaşov, İ.İlf, V.Petrov, M.Zoşşenko kimi dövrün satirikləri ilə yanaşı çəkilməsinə səbəb olmuşdur. A.Qlebov onun «„Toy“» əsərini tərcümə etdikdən sonra belə bir qənaətə gəlmişdi: «„O, (Sabit Rəhman – B.Ə.) Sovet İttifaqının ən yaxşı komediyanəvisləri ilə bir sırada duran dramaturqdur. S.Rəhmanın komediyalarında gənc Şekspir komediyalarını xatırladan ruh, coşqun nikbinlik var“». Sabit Rəhman həm də XX əsr Azərbaycan komedioqrafiyasının və kinodramaturgiyasının görkəmli nümayəndəsidir. «„Molla Nəsrəddin“»in 25 illik fəaliyyətinə xitam verildiyi bir dönəmdə o, felyeton, hekayə və komediyaları ilə nəinki onu yaşatmağa nail oldu, hətta həyati riski bahasına «„Bizə məzhəkə jurnalı lazımdır“» («„Ədəbiyyat qəzeti“») – deyə satirik jurnalın vacibliyini irəli sürürdü. Elə həmin ərəfədə yazılan «„Toy“» satirik komediyası ilə yeni tipli komediya janrının əsası qoyulur.

Аннотация

"Şahzadə Dipendranın məhəbbəti" və «Ucaboy liliput» – bu ikicildliyə müəllifin ancaq «Ekstremal şeirlər» silsiləsi və ədəbi mətbuatda, bəlkə yarısından çoxu kirildə, dərc olunmuş, əvvəlki üç nəşr kitabına salınmış, bu ərəfədə hər birini yenidən, özü də dəfələrlə işlədiyi hekayələri toplanmışdır. R.Tağı zaman baxımından şaquli oxunmaq tərəfdarıdır. «Şaquli», yəni fasiləsiz-ardıcıl uzaq gələcəklərdə. O, üfüqi populyarlığı, yaxud çağdaş şöhrəti vacib saymır.

Аннотация

Sürgündən qayıtdıqdan sonra G.Hüseynoğlu bütün diqqətini ədəbi və pedaqoji fəaliyyətə yönəldir. Əllinci illərin sonlarında onun «Geoloq qız», «Xeyirxah», «Bir ömrün çıraqları», «Etiraf», «Qibtə» hekayələri, «Ata», «Müjdəçi», «Abdulla Şaiqin xatirəsinə» mənsur şeirləri, «Xəzərin qoynunda» sənədli povesti və bir sıra oçerkləri çap olunur. Daha sonra isə onun oxucular arasında böyük şöhrət qazanan «Nigarançılığın sonu» hekayəsi meydana gəlir. Bu hekayədə iki sevən gəncin tarixçəsini izləyir. Hekayə lirik axardadır, müəllif Mustafanın və Nazəninin sevgisini, onların könül çırpıntılarını elə təsvir edir ki, oxuyub qurtarandan sonra deyirsən: «Bax, əsl sevgi belə olar».

Аннотация

1896-cı ilin avqustunda bütün Norveç, bütün dünya elmi ictimaiyyəti Fridtjof Nansenin rəhbərliyi altında Şimal qütbü ekspedisiyasını üç illik ayrılıqdan sonra vətənə qayıtması münasibətilə təntənə ilə qarşıladı. Növbəti il Norveçdə “Fram” over Polhavet” (Kristianiya, 1897) kitabı nəşr olundu. Nansen orada bir çox dəyərli elmi məlumatların alındığı, bundan az əhəmiyyətli olmamaqla, ekipajın heç bir üzvünün həlak olmadığı və qarşıya qoyulmuş ilkin məqsədə çatıldığı bu tarixi səyahətin necə keçdiyini ətraflı nəql edirdi.

Аннотация

Rəcb Şükrü Güngörün «Yas ayini» hekayələr toplusu kitabı iki bölümdən ibarətdir. Birinci bölümdə «Kövrək», «Qorxu», «Boşluq», «Yaralı», «İxtiyar bir gün», «Hakimin yuxusu», «Rədd», ikinci bölümdə «Dəli», «Çox acam», «Siyah saçlı qız», «Yaşamaq provası», «Gilaslı küçə», «Müştəri», «Cökə çiçəyi çayının buxarı» hekayələri yer almışdır. Bu hekayələrdə həyatda baş vermiş əhvalatları yazıçı təxəyyülü ilə ustalıqcasına işləmiş, Allahla bəndə arasındakı münacatları bədii təsvirlə vermişdir.

Аннотация

Xaotik sistemdə qığılcım. İnsanın öz fantaziyalarında nə qədər uzağa gedə biləcəyini öyrənmək. Hər qələbədə bir məğlubiyyət, hər məğlubiyyətdə bir qələbə. Uçmaq, yüksəlməyin inikası – kəpənək, qu quşları, yapon mifologiyasındakı qanadlı əjdahalar. … Həyatı idarə edən proqramlardır. – Bilmək istərdin, nə qədər yaşayacaqsan? – Yox. Nəyə lazım bunu bilmək? Nə qədər ömrüm varsa, o qədər yaşayacam. – Ay qorxaq. Bilirəm, sən qorxursan sonunu bilməkdən. Ölümdən qorxursan. Boynuna al görək....yalan deyirəm bəyəm? – Lap elə də deyil. Sadəcə, yaşamaq istəyirəm. Səninçün yaşamaq istəyirəm. Qorxduğum səni tək qoyub getməkdir. Həmsöhbətini cavab deyəsən qane etdi və əl çəkdi ondan. Kişi dərindən nəfəs alıb bığaltı gülümsədi, plaşının yaxalığını dikəldib cibindən siqaret çıxartdı. Beləcə iki ahıl xiyaban cığırı ilə gedir, söhbətləşirdilər. Kişinin əlində şam ağacından əsa, qadının əlində “Wagasa” yapon çətiri vardı. Hər ikisi payız mövsümünə uyğun su keçirməyən nazik plaşda idilər. Kişinin papağı da üst geyimi kimi tünd göy, qadının başındakı dəbli fetr şlyapa əynindəkinin rənginə uyğun açıq boz idi. Qocanın çəkməsinin bağı açılıb yerlə sürünürdü, radikulit imkan vermirdi ki, əyilib bağlaya. O, tez-tez əlini papağına aparır, sanki küləyin onu uçuracağından qorxurdu. Külək papaq aparacaq qədər güclü olmadığından hiss olunurdu ki, bu sadəcə bir adətdir. Yorulanda dayanıb durur, alçaq, dəmir milli hasarla dövrələnmiş kiçik gölə tamaşa edirdilər…

Аннотация

Kitabda on iki hekayə toplanıb. Hekayələrdən ikisi detektiv, digərləri isə mənəvi – psixoloji formadadır.

Аннотация

"Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir və bu mənada oxucular üçün çox maraqlı olacaq. Kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub, gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir. Bu rakursdan müəllifin hekayələri özünəməxsusluğu ilə seçilir.

Аннотация

Əsərdə Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir. Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər. Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi. Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanm üstünə atılıb ""haff' eləyirdilər, gah katdanm üstünə tullanıb ""haff' eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: «„tişe“»; yəni «„yavaş“». Və sonra genə girirdi içəri. Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi: – Tez yarım girvənkə zəfəran tap. Qlava «„baş üstə“» deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu: – Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin. Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu: – Qlava, dörd-beş yüz yumurta lazımdır. Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi: – Nə danışırsan? Burada mindən artıq yumurta var. Birdən qaçaqaç düşdü; dedilər «„naçalnik gəlir“». Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.