Аннотация

Roman İncəsənət Universitetində təhsil alan tələbələrin xaotik həyat tərzi və bu həyat dönəmində başlarına gələn hadisələrdən bəhs edir.

Аннотация

Əsər, fiziki qüsurlu insanların bu həyatda qarşılaşdıqları çətinliklərdən, əzab-əziyyətlərdən, onların həyat tərzindən, dünyagörüşlərindən, nələrə qadir olmalarından, istək və arzularından, sağlam insanların əlillərə qarşı olan münasibətlərindən və onlara yanaşma tərzindən bəhs edir. Əngəlli insaların sosial yaşamlarının qabarıq şəkildə göstərildiyi əsərin baş qəhramanı olan Samir, qəza nəticəsində bütün ailə üzvlərini itirməsinə və əlil olmasına baxmayaraq özündə güc taparaq həyat üzərində qələbə çalır. Belə ki o, əlillərdə olan özünəinamsızlığı aradan qaldıraraq onlarda həyat eşqini artırmaq və cəmiyyətə daha yaxşı inteqrasiya etmələri üçün sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq məqsədi ilə böyük bir mərkəzin yaradılmasına nail olur.

Аннотация

İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır. Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…

Аннотация

Korlaşma, ideya ilə reallıq arasındakı davamlı mübarizənin bir rəmzidir; Dünya qarşıdurmasındakı insanın yüksəlişini və tənəzzülünü dilə gətirən bir anıt-romandır. Dövrümüzün ədəbiyyatının ağırlıq nöqtələrini təşkil edən elə bir mövzu yoxdur ki, bu romanda işlənmiş olmasın. Korlaşma, həqiqətdə böyük bir dəhşətin romanıdır; Görüşdəki fərdi ölçülər içərisində, korlaşmış düşüncə və korlaşmış cəmiyyət kimi əsas təməllərdən qaynaqlanan, bunun qorxunc nəticələrini nümayiş etdirən bir müasir dastanıdır.

Аннотация

Korlaşma, ideya ilə reallıq arasındakı davamlı mübarizənin bir rəmzidir; Dünya qarşıdurmasındakı insanın yüksəlişini və tənəzzülünü dilə gətirən bir anıt-romandır. Dövrümüzün ədəbiyyatının ağırlıq nöqtələrini təşkil edən elə bir mövzu yoxdur ki, bu romanda işlənmiş olmasın. Korlaşma, həqiqətdə böyük bir dəhşətin romanıdır; Görüşdəki fərdi ölçülər içərisində, korlaşmış düşüncə və korlaşmış cəmiyyət kimi əsas təməllərdən qaynaqlanan, bunun qorxunc nəticələrini nümayiş etdirən bir müasir dastanıdır.

Аннотация

Amerika yazıçısı Henri Miller “Cənnətdə bir iblis”əsərini 40-cı illərin əvvəllərində yazıb. Onun “Böyük Sur və Hİronimus Boşun portağalları” adlı 3 hissədən ibarət kitabı nəşr edilir. Kitabın üçüncü hissəsi olan “İtirilmiş cənnət” daha sonra “Cənnətdə bir iblis” adı ilə ayrıca kitab şəklində nəşr olunur. Digər əsərlərinə münasibətdə fərqli bir üslubda yazılmış “Cənnətdə bir iblis” insan xarakterinin təsvir edilməsi baxımından yazıçının ən yaxşı əsəri hesab olunur.

Аннотация

Аннотация

«Min yol mənə söylər…» romanında Sovetlər Birliyinin süquta uğradığı vaxtlarda Moskvada oxuyan azərbaycanlı tələbənin həyat hekəyəti nəql olunur. Romanda həyati daosizm motivləri bədii işarə sisteminin elementləri qismində çıxış edir və qəhrəmanın özü dao-yol arxetipinin relikt cizgilərini daşıyır. Bu, dövrün epik mənzərəisini tamamilə fərqli bir baxış bucağından təsbit etməyə imkan verir.

Аннотация

Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı. Yazmış olduğu “Norveç dəftəri – Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? – bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir… Rasim Qaraca.

Аннотация

"Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. «Unwomen» adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Təkcə komandirlərin arvadları istisna olaraq koloniyalara göndərilmir və Offred kimi, uşaq doğmaq qabiliyyətini itirməmiş qadınların yalnız bir vəzifəsi var, onlar komandirlərin arvadları üçün uşaq doğmalıdır… «Damazlıq Qızın Hekayəsi» romanı oxuyarkən düzxətli bir əsər deyil, romanda keçmişə qayıdışlara və gələcəyə gedib yenidən geri dönmələrə hazır olmalısınız. Əsərdə İncil süjetləri ilə çoxlu səsləşmələr var. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə «Damazlıq Qızın Hekayəsi» mənəvi qatlarla zəngin olan bir əsərdir.