ТОП просматриваемых книг сайта:
Чеслав Милош
Список книг автора Чеслав МилошАннотация
İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır. Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…
Аннотация
Аннотация
…Действительность требует облечь ее в имена и слова, но она невыносима, и, если мы ее касаемся, когда она рядом, из уст поэта не исторгнется даже жалоба Иова: всякое искусство оказывается ничем в сравнении с действием. А объять действительность так, чтобы сохранить ее во всем извечном переплетении добра и зла, отчаяния и надежды, можно лишь благодаря дистанции, лишь возносясь над ней – но это, в свою очередь, представляется нравственной изменой (Лекция по поводу вручения Нобелевской премии 8 декабря 1980).