Аннотация

Аннотация

Аннотация

Аннотация

Müdrik fikirlər, incə kəlamlar, obrazlı ifadələr və aforizmlər məlumdur ki, zehnimizi bilik və həyati təcrübə ilə zənginləşdirir, bizi fikirləşməyə, axtarışlar etməyə, düzgün nəticələr çıxartmağa sövq edir. Bu kitabda dünyanın görkəmli alim və filosoflarının, şair və yazıçılarının hikmətli sözləri, ayrı-ayrı xalqların və millətlərin min illərdən bəri işlədib saflaşdırdığı atalar sözləri və canlı xalq hikməti toplanmışıdr.

Аннотация

Аннотация

Аннотация

Аннотация

Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin gеniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Оnun “Hоphоpnamə”si başdan-ayağa zülmə, ətalətə еtiraz, insan haqqına və hеysiyyətinə qarşı çеvrilmiş hər şеyə üsyan və ittihamnamədir. Fitrətən milli və xəlqi şair оlan Sabir xalqın ictimai-sоsial və psixоlоji dərdlərini sоn dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla dеyən, fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair оxucusunu da bütün bu dərdlərin alоvuna bürüməyi, оnu da özü qədər alоvlandırmağı bacarmışdır. Bəzən satiranı bеlə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müasirdir. Sabir əsərlərinin tam külliyyatı оlan bu ikicildliyin birinci cildinə şairin 1906-1910-cu illərdə yazmış оlduğu satirik şеirlər tоplanmışdır. Cild xrоnоlоji prinsip əsasında hazırlanmışdır.

Аннотация

Аннотация

Mirmehdi Ağaoğlu: “Mən çalışmışam ki, oxucularıma dəyərli və maraqlı bir kitab hədiyyə edim. Bu kitab iki il müddətinə ərsəyə gəlib və üzərində dəfələrlə çalışıb, yaxşı bir əsər ərsəyə gətirmək istəmişəm. Arzum oxucularımın bu əsəri bəyənməsidir. Ümid edirəm ki, belə də olacaq”. Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. Mirmehdi Ağaoğlu: “Bu gün səbr elə” oxucu ilə oyundur. Səfərovlar ailəsinin sonrakı taleyi isə oxucuların ixtiyarına buraxılıb. Əsərin vahid sonluğu yoxdur. Qoy hər kəs öz sonluğunu seçsin. Bəziləri elə fikirləşsin ki, Səfərovlar ailəsi əsərdə gördüyümüz kimi dağılıb. Digərləri isə fikirləşsin ki, Səfərovlar ailəsi dağılmayıb, nə Dilbər ərinə belə təklif edib, nə də Nəsimi ailəsini atıb Amerikaya gedib. Onlar bizimlə birlikdə Bakıda yaşayır, bizimlə birlikdə eyni şəhərin havasını udurlar və özlərinin yoxsul, acınacaqlı həyatlarına davam edirlər”.