Аннотация

Аннотация

Gülhüseyn Hüseynoğlu «Yana-yana», «Adam istəsə», «Xəzərin qoynunda» adlı üç povestin də müəllifidir. Hekayələrindəki incə müşahidə qabiliyyəti, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini aça bilmək səriştəsi, süceti maraqlı, düşündürücü hadisələr əsasında inkişaf etdirməsi onun povestlərində daha aydın nəzərə çarpır.

Аннотация

Kandid və ya optimizm Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir. Povestin 1758-ci ildə yazıldığı ehtimal olunur və bir il sonra birdən-birə beş ölkədə alman dilindən tərcümə ilə nəşr olunur. Dərhal bestsellerə çevrilir və uzun illər ədəbsiz olması bəhanəsilə qadağan olunur. Volter özü bu əsəri bekarçılıqdan yazdığını söyləyib və bəzi hallarda müəllifliyindən boyun qaçırıb.

Аннотация

Böyük Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin qələmindən çıxan bütün əsərlər oxucu qəlbinin dərinliklərinə asanlıqla yol tapır. Markes söz sehirbazıdır, hamını bildiyi, danışdığı kəlmələrlə əsrarəngiz duyğular oyatmağı, sözün qüdrətinə inandırmağı bacarır. Kitabdakı povest və hekayələr də böyük söz ustasının yaradıcılığının daha bir yönünü açmağa yardım göstərir.

Аннотация

Xaqani Şirvani – klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Həmçinin o qədim dövr ədəbiyyatının yaradıcılarından biridir. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, «Töhfətul-İraqeyn» poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə «„Şiniyyə“» və «Mədain xərabələri» qəsidələri, «Həbsiyyə» şeirləri və «Töhfətul-İraqeyn» poeması daxildir. Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Layihənin rəhbəri Səlim Babullaoğlu kitabla bağlı deyir: "Klassiklərə yeni və təkrar-təkrar müraciətlər çağdaş sənət mühitləri üçün əvəzolunmaz xidmət göstərir, olduqca əhəmiyyətlidir. Xaqani kimi olduqca ciddi, "Ümumşərq ədəbi-mədəni hadisəsi”ndən söz gedəndə isə bu əhəmiyyət birə beş artır. Çünki təkcə estetik planda deyil, bəlkə də, daha çox etik planda biz öz keçmişimizlə görüşür, ona baxmaq və keçmişin o cür ""qənirsiz güzgüsü”ndə bu günümüzü qiymətləndirmək imkanı qazanırıq, unudulmuş mənəvi xəzinələrə yenidən qovuşuruq…”

Аннотация

Аннотация

Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi… Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir… Bu kitabda XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan qəzəllərindən seçmələr yer almışdır. Füzulinin bu qəzəlləri fəlsəfi-irfani səciyyə daşıyır. İlahi bir ənginlik duyulan bu qəzəllərdə əhli-həqqin Tanrıya məhəbbəti də zaman-zaman öz əksini tapır. Bütövlükdə isə ümumi ruhu ilə Füzuli şerində məhəbbət insanları bir-birinə yaxınlaşdıran, dostluq, mehribanlıq, fədakarlıq, səmimiyyət yaradan müqəddəs bir qüvvədir. O, insana gözəlliyi duymaq, dərk etməyi öyrədir, daxilən təmizliyə, şəxsi varlığından belə keçməyə, qorxmazlığa sövq edir. Bu cəhət Füzuli qəzəllərində o qədər bədii, səmimi və aydın ifadə olunmuşdur ki, xalq hikməti və xalq zəkasının qüdrəti ilə aşılanmış bu könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs qəlbində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana və onun maddi və mənəvi gözəlliyinə hörmət duyğularının qüvvətləndiyini hiss edir…

Аннотация

Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) – XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış «„Şan qızı dastanı“» təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda – Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.

Аннотация

R.Rzanın yaradıcılığında «Qızılgül olmayaydı» poeması xüsusi yer tutur. Poema Azərbaycanın digər görkəmli şairi, repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunmuşdur. Əsər həyatdan vaxtsız getmiş şairə böyük məhəbbətlə qələmə alınmışdır. Müəllif vaxtilə dostluq etdiyi və yaxından tanıdığı M.Müşfiqin həyatının ayn-ayn məqamlarını təsvir edərək onun dolğun obrazını yaratmışdır. Əsərdə baş qəhrəman M.Müşfiqin adı az çəkilsə de, onun portreti əwəldən axıradək poemanı mütaliə edən oxucunun gözləri önündə qalır. Poema bütünlüklə təhkiyə formasında qələmə alınıb. M.Müşfıqin sevimli həyat yoldaşı Dilbərlə söhbətdə müəllif dərin nisgil və kədərlə keçmişini yada salır. Xatirələr, yaşanmış illər kinolenti kimi onun gözləri önündən gəlib keçir. Xatirələrin mərkəzində M.Müşfıq dayanır. Müəllif onunla «Gənc işçi»də tanış olduğunu söyləyir. Onlann «könüllərinin gözü də, qəlblərinin içi də bir-birinə tez məhrəm olur». Beləcə, iki söz adamın dostluğunun təməli qoyulur və sonralar bu dostluq «şeirin səsi, şeirin nəfəsi, şeirin duzu ilə» bərkiyir. Poeziyaya olan böyük məhəbbət onlann mənəvi ehtiyacını ödəyir.

Аннотация

Şairin ilk əsərləri 1951-ci ildən mətbuat səhifələrində görünməyə başlamışdır. Onun ilk böyük həcmli əsəri olan “İlk simfoniya” poeması VI Ümumdünya Festifalında mükafata layiq görülmüşdür.