Аннотация

Roman, İngiltərənin bir ucqar kəndində “Astanın oğlu” kimi çağırılan bir 13 yaşlı yeniyetmənin təhkiyəsi üzərində qələmə alınıb. Roman, tarixi-macəra janrındadır. 13 yaşlı yeniyetmə, vəfat etmiş anasının dəfnindən qayıdarkən kəndxuda Ayklifin həmişəki məzəmmətilə rastlaşır. Bu dəfə kəndxuda ondan öküzünü istəyir, bu, anasının ölümünə görə ölüm vergisi olacaqdı. Lakin Astanın oğlu öküzünü versəydi, torpağını əkib becərə bilməyəcək və nəticədə acından öləcəkdi. Bu isə Ayklifin vecinə deyildi. Həyatın ümumi gedişatından bezən bu yeniyetmə tək qalmaq üçün meşəyə qaçır və yıxılaraq huşunu itirir. Gecə özünə gələrkən meşədəki açıq talada kəndxuda ilə naməlum bir şəxsin anlaşılmayan söhbətini eşidir. Kəndxudanın hücumundan sağ çıxan Astanın oğlu kənd üçün arzuolunmaz şəxs və ya “Qurd başı” elan olunaraq axtarışa verilir. Bütün rəngarəng hadisələr də bundan sonra başlayır. İndi Astanın oğlunu tapıb öldürən adam yüksək mükafata sahib olacaqdı. Ayklif onu “Qurd başı” elan etmək üçün onun üzərinə oğurluq da yıxır. Kəndin keşişi ilə söhbətdən Astanın oğlu anlayır ki, onun xaç suyuna salınarkən adı Krispin olmuşdu. Həm də atası onun anasının dediyi kimi Böyük Azar zamanı ölməmişdir. Krispinin həyatı ilə bağlı hələ çox müəmmalı məsələlərə aydınlıq gətirəcək keşiş də öldürülür və yalnız bundan sonra Krispinin kənddə qalması həqiqi təhlükəyə çevrilir. O, kənddən min bir əzabla da olsa çıxıb qaçmağa müvəffəq olur. Gedərkən də anası Astandan ona miras qalan yeganə əşya – üzərinə nəsə yazılmış qurğuşun xaçı da özüylə götürür. Keşiş hələ ölməmişdən bu xaçın üzərindəki yazını Astanın şəxsən yazdığını söyləmişdi, hansı ki Krispin anasının yazıb-oxumasından bixəbər böyümüşdü. Bu xaçın üzərindəki sözlər Krispinin sonrakı həyatına hansı dəyişiklikləri gətirəcəkdi? Krispin öz kəndindən uzaqlaşdıqca dünyanın nə qədər geniş olduğu qənaətinə gəlməyə başlayır. O, Taundan tamamilə məhv olmuş bir kənddə yemək axtarmaq məqsədilə vurnuxduqda bir yekəpər təlxəyə rast gəlir. “Ayı” ləqəbli bu insan onu öz qulu olmağa məcbur razı salır. Lakin hər şey göründüyü kimi deyil. Bu Ayı ləqəbli təlxək əslində kimdir və insanlarını əyləndirdiyi bütün mahalı gəzib-dolnmaqda məqsədi nədən ibarətdir? Həyatı sirlərlə zəngin olan Krispinlə “Hələ sağ ikən Cənnəti axtaran” Ayının bu görüşü orta əsrlər tarixinə nə verəcəkdir? Bütün bunlar getdikcə maraqlı yeniliklərilə nəfəs kəsməyə başlayan “Krispin. Qurğuşun xaç” romanının oxucularına məlum olacaqdır. Roman müasir romançılıq ənənələri üzərində qələmə alındığına görə, müxtəlif tarixi nüansların anlaşılması üçün sadə metodlardan istifadə edilmişdir. Orta əsrlərdə dinin bir həyat tərzi olaraq seçilməsi də uğurlu alınmışdır. Əslində, bir uşaq ədəbiyyatı yazarı olan Avi həm də böyükləri maraqlandırmağı bacarır. Eyni zamanda, uşaq ədəbiyyatı üçün zəruri və arzuolunan mövzu olan tarix mövzusu hələ yeniyetmə yaşlardan tarixin asan tərzdə anlaşılması üçün əvəzolunmaz seçimdir. Bu, bir yazar üçün gözəl və tədqirəlayiq bir missiyadır.

Аннотация

Hadisələr fərqli xarakterə malik iki bacının ətrafında cərəyan edir. Varlı bir ailənin qızı olan İris bacısı Lauranın qeyri-adi, nizamsız həyat tərzini xırda detallarına qədər təsvir edir. İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Onların atası da babalarından miras qalmış düymə fabrikinin sahibidir. Ailə biznesi fonunda ictimai-sosial münasibətlər, müharibənin doğurduğu fəsadlar dinamik təhkiyə tərzilə oxucuya çatdırılır. “Kor qatil” bir az da kollaj tipli romandır. Müharibədən bir gözünü itirmiş halda qayıdan ata fabrikləri işə salır, lakin zaman gəlir bu fabrikləri bağlamaq məcburiyyətində qalır. Ailənin çətin günləri başlayır. Uşaqlar kasıb uşaqların məktəbinə getmirlər, evdə qalıb qarımış bir qız onlara dərs keçir. Lauranın qəribəlikləri ailədə problemlər yaradır. Anaları gənc ikən dünyasını dəyişir, Laura anasının itkisini də qəribə bir soyuqqanlılıqla qarşılayır.

Аннотация

Hər şey günlərin bir günü İsmayıl kişinin evinin üstünə atılan bir daşla başlayır. Bu qəribə daşatma vaxtaşırı hər şər qarışandan sonra təkrar olunur. Ailə üzvlərinin hamısının dincliyini pozur

Аннотация

Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır. Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir. Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Likarionun toyundakı sərxoşluqdan sonra süstlük keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir. Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür. Şəhərlilərin çoxusu özləri ilə xoruz aparır, çünki deyildiyi kimi yepiskopun ən çox sevdiyi xörək xoruz pipiyindən bişirilmiş şorbadır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır, və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun qardaşları, Pedro və Paolo da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir. Bundan sonra ötən gecə keçən toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela yeni evlərinə gedir, ancaq Bayardo Anxelanı bakirə olmadığını aşkar edib, onu valideyinlərinin evinə qaytarır. Pablo və Pedro ondan «„ismətinin“» kim tərəfindən pozulduğunu soruşur və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu bərpa etmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər. Onlar şəhəri gəzib, Santyaqonu öldürmək üçün axtardıqlarını hamıya deyirlər. Göründüyü kimi onlar gizlicə Santyaqonun hazırlanan qətl haqqında xəbər alıb qaçmasına ümid edir. Ancaq şəhər sakinlərinin heç biri qardaşların Santyaqonu öldürmək niyyətini ciddi qəbul etmir və beləliklə, Santyaqonu xəbərdar edən olmur. Polis Vikario qardaşlarının əlindən bıçaqları alıb, onları yatmağa göndərir. Ancaq onlar evdən başqa silah götürüb, saat 4:30-da Santyaqonun evinin qabağındakı dükanda oturub, onun yepiskopu qarşılamaq üçün çıxmasını gözləyirlər. Santyaqo arxa qapıdan çıxır və qardaşlar onu axtarmaq üçün limana yollanırlar. Bundan sonra Santyaqonun ölümündən sonrakı onun meyitinin yarılması təsvir edilir. Onun daxili orqanlarının Vikario qardaşlarının yetirdiyi çoxsaylı bıçaq zərbələrindən təmamilə məhv edildiyi bildirilir. Qardaşlar girov ödəmək üçün pulları olmadığından, istintaqın sürdüyü üç ili həbsdə keçirməli olur. Onlar Santyaqo öldürdüyünü boyunlarına alır, ancaq bunu namus üstündə etdiklərini irəli sürərək, özlərinin günahsız olduğunu bildirir. Məhkəmə onlara bəraət qazandırır. Santyaqonun ölümündən sonra Anxela anası ilə başqa şəhərə köçür. Anxela Bayyardo San Romanı sevdiyini aşkar edir və ona uzun illər boyu sevgi məktubları yazır, ancaq heç bir cavab almır. Nəhayət, illər sonra Bayyardo onun yanına qayıdır və Anxelanın iki minə yaxın açılmamış məktubunu göstərir. Roman Santyaqonun öldürülməsinin təsviri ilə bitir. Yepiskop gedəndən sonra, Santyaqonun qətlinin hazırlaşdığını bilən şəhər sakinləri onun evinin qabağındakı meydana yığışır. Santyaqo nişanlısı Flora Migelin evinə gəlir və burada Floranın atası Vikario qardaşlarının Santyaqonu öldürmək istədiyini ona deyir. Çaşmış Santyaqo buna tam olaraq inanmır və evinə yollanır. O meydana çatanda, dükanın sahibəsi Klotilde Armenta onu evə qaçmağa səsləyir, ancaq Plasida Linero səhvən oğlunun artıq içəridə olduğunu düşündüyündən, həyət qapısının cəftəsini bağlayır. Santyaqo içəri girə bilmir və Vikario qardaşları onu bıçaqlayıb öldürürlər

Аннотация

Sonuncu ölən ümidlərdir – Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.

Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация

Roman bir generalın ailəsindən, ailədaxili münaqişələrin, cəmiyyətdən bütünlüklə təcrid olunmuş bu ailənin generalın yeniyetmə qızının psixikasında yaratdığı pozuntulardan və nəticədə böyük faciələrə səbəb olmasından bəhs edir. Əsərin süjet xətti də həmin generalın qızı Çiçəyin taleyi üzərində qurulub. Bu qızın hər şeyi var, amma bircə azadlığı yoxdur. Ona adicə mobil telefon işlətməyə belə icazə verilmir, evdən çölə izacəsiz çıxa bilmir, beləcə, qızın yaşıdları ilə ünsiyyətində də ciddi problemlər yaranır, o, tədricən özünə qapanır, insanlarla ünsiyyətdən qaçır. Ailəyə yaxın olan Lala adlı bir qadın gizlicə ona pornoqrafik kasetlər verir və həmin kasetlərə çox vaxt birlikdə baxırlar. Təbii ki, öz yeniyetməlik dövrünü normal keçirə bilməyən, öz yaşıdlarından uzaq düşmüş, oğlanlarla münasibətin nə demək olduğunu anlamayan qız onda baş qaldırmaqda olan cinsi istəklərini heç cür ovuda bilmir. Nəticədə qızı universitetə aparıb gətirən sürücüyə özünü bilməyərəkdən təslim edir… Çiçəyin atası vaxtilə kənddəki fermada malotaran olmuşdu, sonra traktor sürməklə ailəsini dolandırırdı. Hər şey Nərağa müəllimin onların həyətinə gəlməsindən sonra başladı, yüksək vəzifə sahibi olan bu adam Çiçəyin atası Məhəri pillə-pillə irəli çəkdikcə bu ailənin qara günləri başlandı. Yazıçı insan münasibətlərinin mürəkkəb, ziddiyyətli, bəzən heç bir məntiqə sığmayan qatlarına enir, mühitin yetişdirdiyi, daha sonra isə məhv etdiyi insanların faciəsini cəmiyyətin fonunda təsvir edir. Başda Çiçək olmaqla onun qondarma əri Əlqəmə, Pərviz həkim, mebel mağazasında gözətçi işləyən Hüseyn, küçə fahişəsi Könül bu mühitin qurbanlarıdırlar. Romanda hadisələr sürətlə inkişaf edir. Zəhmindən hamının zağ-zağ əsdiyi generalın qızını gecə küçədən tutub aparan polis serjantları onu ucuz fahişələrdən hesab edib elə post patrul xidmətinin maşınındaca zorlayırlar və onu Qızıldaşdakı Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinə aparırlar. Burda qıza olmazın işgəncələr verilir, daha təhqiramiz formada zorlanır, döyülür… Bu köməksiz qızcığaz bir-birinin ardınca psixoloji travmalar alır və nəticədə qorxunc yuxularının əsirinə çevrilir. Mənəvi-psixi sarsıntının ən kritik anında bu çarəsiz qız atasını arzulayır. Atası isə ailəsindən, “madar balası”ndan tamamilə uzaq düşüb, o, qızının mənəvi iztirablarını duymaq, anlamaq iqtidarında deyil… Vəzifə hərisliyi onun gözlərinə, ağlına qalın bir tor çəkib. “Qoşulub qaçmayan qız” iri həcmli, çoxplanlı əsərdir. Əsərdə təsvir olunan mühitin ağır və ürək bulandıran havası adamı boğur, mənəvi ekoloji durum dözülməz dərəcədə ağırdır. Yazıçı hadisələrə zərrə qədər də müdaxilə etmir, qəhrəmanları boyasız-filansız, təxəyyülündə gördüyü kimi, yalnız və yalnız təsvir edir.