Аннотация

“İblisin intiqamı” beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər müəyyən mənada dramaturqun “İblis” faciəsinin davamıdır. “İblis” faciəsində olan Iblis, Arif, Rəna obrazları “İblisin intiqamı”nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub.-Əsəri oxu. Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı “Telli saz” dramı itib. Dramaturqun qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun “Xəyyam” faciəsi ilə bir dövrdə yazdığı “Şəhla” pyesi də hələlik tapılmayıb.

Аннотация

Аннотация

Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə və romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçının «Zəmanət», «Xeybər əminin gülləri», «Ana və oğul», «Axşam şöbəsinin tələbəsi», «Çəmbərəkənd əhvalatı», «Vəzifə», Operasiya və hədiyyə əhvalatı», «Körpüdə bir qadın dayanmışdı», «Əminə», «Çəhrayı mürəkkəbqabı və yaşıl „Jiquli“, „Köhnə məhəllədə“, „Toy, od, teleqram“, „Qısa məzuniyyət“ və s. hekayələrində də bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı.

Аннотация

Məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin bütün dünyada şöhrət qazanmış ecaskar nağılları, sehrli rəvayətləri və hekayələri indi də uşaqlar tərəfindən çox maraqla oxunur. Andersenin təsvir etdiyi qəhrəmanlar sevilməyə və təqlid edilməyə bütünlüklə layiqdirlər. Oxucu bu surətlərdən çox şey öyrənə bilir. O, bütün əsərlərində qoçaqlığı, cəsarətliliyi, igidliyi təlqin edir, insana bədbəxtlik gətirən bütün şər qüvvələrə qarşı isə dərin nifrət hissi oyadır…

Аннотация

Аннотация

Mehr və Müştəri – 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi janrında formasında yazılmış romantik poemadır. Əssar Təbrizi “Mehr və Müştəri” poemasının mövzusunu “Mehru-mah” adlı xalq dastanından almışdır. Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən “Mitra”dır. O, yazır: “Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir."" Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir. Q.Cahani yazır ki, “Mehr əsatiri baxımdan günəşlə eyniyyət təşkil etdiyi üçün məhəbbət simvoluna çevrilmişdir.”

Аннотация

…Karmelə doğru dırmanan avtobus, yolun yarısında ilişdi, özünü topladı və bir təkanla irəli atıldı. Bir ot dənizinin ortasında üzə çıxmış adalar kimi görünən, başdan-ayağa çiçəklərə bürünmüş birmərtəbəli evlər, qıvrılaraq gedən yolun kənarını naxış kimi bəzəyirdi. Eynilə Bağdadda olanda baxdığım, üzərində İsrail təsvir olunmuş rəsmlərdəki kimi idi. Evlər seyrəldikcə, şam ağacları sıxlaşırdı. Hamısı yenicə boy atmış və yamyaşıl idilər, bəzən isə daha solğunu və qocaları rast gəlirdi. Ətrafda xəfif bir yaz küləyi, tərtəmiz hava, meşənin səssizliyi və möhtəşəm sirri hökm sürürdü. Motorun xırıltısı dayanmadan bu səssizliyi yarıb keçirdi. Günəş yolun eniş-yoxuşlarına uyğun olaraq gah görünür, gah gözdən itir, qızılı şüalardan yaranmış bir gül kimi, sanki şam ağacları ilə oynayırdı. Xeyli uzaqlarda üfüq və masmavi dəniz gözə çarpırdı. Tikanlı tellər arasında həbs olunmuş yüzlərlə yamaqlı və uçuq-sökük, torpaq rəngli çadırlardan ibarət “Youth Aliya” (Youth Aliya – 1933-cü ildə yaradılmış, yəhudi uşaqları və gəncləri Üçüncü Reyx nasistlərindən qorumağı qarşısına məqsəd qoyan sionist təşkilat – red.) qaçqın qəbulu düşərgəsi, həyatdan usanmış halda qumsala sərilmiş məğlub əsgərlər ordusuna bənzəyirdi… Əli Amirin «„Günah Keçisi“» adlı romanı dünyanın bir çox dillərinə tərcümə edilmiş və ekranlaşdırılmışdır. Son dərəcə maraqlı avtobioqrafik “Günah Keçisi” romanının qəhrəmanı Nurinin başına gələn hadisələr əslində müəllifin öz həyatının epizodlarıdır. Patriarxal, qatı dindar ailənin yetirməsi olan Nuri kibutzda yeni dünyanın insanlarıyla qarşılaşır, şərq və qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayır. Savaşlar, ölümlər ve köçlərlə parçalanmış ailələr… Vətənsiz qalmış insanlar… Ailələrini tərk edib kibutzlarda daha yaxşı bir həyat arayan qızlı, oğlanlı uşaqlar. Yəni bir həyat tərzi, yeni bir dil, yeni inanclar, yeni bir kültür arayanlar. Kibutzları quranların hər kəsə yuxarıdan aşağı baxan gözəl geyimli və təhsilli uşaqlarla qarşıdurmalar və uyğunsuzluqlar. Sosializmlə və Marksizmlə tanışlıq… Əli Amirin ustalıqla dilə gətirdiyi bu hekayənin qəhrəmanları, ailələrindən qopmaqda zorlanan uşaqlar. Demək olar ki, hamısı əlləri ilə onlara vəd edilən daha yaxşı bir həyatı dayandırır və sonu qəflət və yoxsulluq olsa belə, ailələrinə qayıtmaq istəyirlər.

Аннотация

Çoxəsrlik və zəngin ədəbi ənənəyə malik olan Azərbaycan xalqı dünya şöhrəti qazanmış bir çox söz ustadları yetirmişdir. Onların sırasında «„Divan“» və «„Külliyyat“» müəllifi Əfzələddin Xaqani Şirvaninin özünəməxsus yeri var. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, «„Töhfətul-İraqeyn“» poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbiidir ki, bunlar Xaqani irsinin hamısı deyildir. Özünün də dönə-dönə xatırladığı kimi, şairin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan Xaqaninin yaradıcılığının əsasını dərin və güclü hümanizm təşkil edir. Xaqaninin dərin humanizmlə aşılanmış, bir-birindən gözəl əsərləri Yaxın və Orta Şərq xalqlarının böyük marağına səbəb olmuş, onun son dərəcə poetik və fəlsəfi məzmunlu şeirlərinə şairlər çoxlu nəzirələr, bənzətmələr yazmışlar. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir. Oxuculara təqdim olunan bu kitabda qüdrətli şairin ölməz ədəbi irsinin bir hissəsi – ruhu oxşayan lirik qəzəlləri, fəxriyyə, mədhiyyə və fəlsəfi qəsidələri, zəmanə və zəmanə əhlindən şikayətləri, qitə və rübailəri, özü və əsil-nəsəbi haqda yazdığı şeirlər toplanmışdır.

Аннотация

Аннотация

Bəşər mədəniyyəti tarixində silinməz iz buraxan dahi sənətkarlardan biri Əbülqasim Firdovsi (934 – 1024) və dünya ədəbiyyatı xəzinəsində təravətini əbədi saxlayan şah əsərlərdən biri isə onun “Şahnamə”sidir. Fars-tacik klassik şeirinin fəxri olan Firdovsinin, “Şahnamə”si min ildən yuxarıdır ki, dünyaya səs salmış, bədii söz, hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş, sevilə-sevilə oxunmuş, bir çox ölməz sənətkarların istifadə mənbəyi olmuş, kimi onu təqlid etmiş, kimi ona nəzirə yazmış, kimi isə onun şərhi və tədqiqini özü üçün şərəf hesab etmişdir. “Şahnamə” ilkin Şərq ədəbiyyatının ən böyük diqqətəlayiq ədəbi abidəsidir. Bu abidədə əvvəldən axıra qədər qəhrəmanlıq və insanpərvərlik ideyası qızıl xətt ilə davam edir, insanın əzəmətini, onun vüqarı, nəcib hissləri və ülviyyətini pozan və ləkələyən nə varsa, hamısına qarşı dahi şairin kin və qəzəblə dolu ittihamnaməsi oxunur. “Şahnamə”də çoxlu müharibə səhnələri təsvir olunur. Şairin fikrincə, bəşəriyyətin ən böyük faciəsi, xalqların dözülməz fəlakəti müharibədir. Hər bir müharibənin təsvirindən sonra qələbənin kimin tərəfində olduğuna fərq qoymadan, böyük insanpərvər şair sanki oxucusuna (dinləyicisinə) müraciətlə fəlsəfi mühakiməyə başlayır. Yüz minlərlə insan atlı, pyada yurdunu, ailəsini, peşəsini tərk edib, silaha sarılır, çarpışır, öldürür, ölür, səhralar insan qanından al boyanır, leş leş üstə qalanır. Nə üçün? Şair bu suala cavab axtarır və tapır: Qılınc oynadan şah evlər yıxar, Mənəmlik edər, aləmi qırdırar.