ТОП просматриваемых книг сайта:
Сулейман Сани Ахундов
Список книг автора Сулейман Сани АхундовАннотация
Süleyman Sani Axundovun zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun “Qorxulu nağıllar”ı və “Uşaqlıq xatirələri”toplanıb. Tərəqqipərvər maarifçilərlə birlikdə xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var qüvvəsi ilə çalışmış, ədəbi-ictimai, pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmiş ədibin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Süleyman Sani Axundovun bu mirasının qədrini bilin!
Аннотация
Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Görkəmli yazıçının «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Yaşının az olmasına baxmayaraq, Qaraca qız çox zirəkdir. Bu qız kiçik yaşlarından bərkə-boşa düşmüş, həyatın hər çətinliyinə dözmüşdür. Valideynlərini itirən Qaraca qız bir qaraçı ailəsinin himayəsində qalır. Burada onun həyatı heç də xoş keçmir, döyülür, incidilir. O, əzab-əziyyətə qatlaşaraq pul qazanır. Sonradan bir təsadüf Qaraca qızı varlı-hallı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Düşünmək olardı ki, bundan sonra tale bu məsum qızın üzünə güləcək, o daha heç bir çətinliklə üzləşməyəcək. Lakin belə olmur. Kübar cəmiyyətin təmsilçiləri ilə sadə insanların həyat tərzi, mənəvi dünyası arasındakı fərq Qaraca qızın sonrakı həyatında öz əksini tapır, onun faciəsinə səbəb olur. Qaraca qız Hüseynqulu ağanın evinə gəldiyi ilk gündəcə onun qızı Ağca ilə tanış olur. Onun həmyaşıdı, «xanım» deyə çağrılan Ağcanın həyatı bambaşqadır – uşaqlıqdan naz-nemət içində böyümüş, hər cür qayğı ilə əhatə olunmuşdur. Qızların həyat şəraiti kəskin fərqlənsə də, onlar bir-birinə mehribanlıq göstərir, bir yerdə olmağa çalışırlar. Lakin Ağcanın anası Pəricahan xanım Qaraca qıza həqarətlə baxır və qızının onunla dostluq etməsini ailəsinə rəva bilmir. Beləliklə, Qaraca qızı Ağcadan ayırırlar. O vaxtdan Qaraca qız bağban Piri babanın yanında yaşayır. Piri baba kasıb olsa da, cəsarətlidir, heç kimdən qorxmur. O, Qaraca qızı səmimiyyətlə qəbul edir və ona mehribanlıq göstərir. Əsərdə təsvir olunan qara köpək də Piri baba ilə Qaraca qızın dostluğunu tamamlayır. Ağıllı heyvan Piri babadan sonra yalnız Qaraca qızın sözünə itaət edir. Əsərdə Qaraca qız dostluğuna sadiq qalır. O, mehribanlıq göstərdiyi Ağcanı ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Dostu Ağcanın qanından zəhəri soraraq onu ölümdən qaytaran Qaraca qızın özü həyata gözlərini əbədilik yumur. Qaraca qızın həyatdan erkən getməsi Piri babaya çox ağır gəlir və o, bunu daxmasının səadət quşunun uçmasına bənzədir.
Аннотация
Müəllif 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlığın təntənəsini əks etdirirdi”.
Аннотация
Тема ненависти к угнетателям и призыв к защите угнетенных присутствуют в каждом из этих рассказов, написанных для детей и получивших большую известность под общим названием «Страшные рассказы» (1912-1913).
Аннотация
Ədibin kitabda verilmiş əsərləri zəmanəsinin əyani təsviri və sətiraltı mənalarıyla müasir oxucu üçün maraqlı olacaqdır.
Аннотация
Bu kitaba orijinal nasir kimi tanınan dramaturq Süleyman Sani Axundovun Azərbaycan uşaq ədəbiyyatını forma, məzmun və üslub baxımından zənginləşdirən ən yaxşı hekayələri toplanıb.