Аннотация

“Arzularımın Səni” kitabı gənc və istedadlı xanım yazarımız Ramilə Qardaşxanqızının oxucularla ilk görüşüdür. Dünyaya göz açdığı Laçın torpağının, Qarabağın sevgisini qələmə sarılaraq yaşadan Ramilə xanım, doğma yurda, yaşadığı cəmiyyətə, ailə üzvlərinə ithaf etdiyi, həmçinin sevgi şeirləri oxunaqlı və düşündürücüdür. Əminliklə qeyd edə bilərəm ki, Ramilə Qardaşxanqızının “Arzularımın Səni” adlı bu kitabı hər birimizin arzuladığı və sevə-sevə oxuduğu kitab olacaq. Uğurlar.

Аннотация

XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə «Qanlı Sənələr» adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun «Tazə həyat» qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.

Аннотация

"Гугарк" первый из четырех романов Сеймура Байджана, переведенный на русский язык. Распад СССР, война, любовь пропущены через фильтр воспоминаний – картинок. Детство, обстрелы, до- роги, вокзалы, то, что было позавчера и двадцать лет назад, отрывочно, без хронологии, предстают перед читателем отдельными картинками, словно из перемешанной стопки почтовых открыток. И все это, приправлено главой сюжетной линией – интригующей и несуразной любовной историей студентки и писателя. «Гугарк» – лучший из романов о Карабахской войне читается легко, на одном дыхании, и запо- минается неповторимым стилем и смелостью ав- торских решений.

Аннотация

Sәni içimdәki son güllәm kimi hәrdәn öz başıma çaxmağım gәlir. Ölmәk istәyirәm – bir az da sәnә qapanmış gözlәrnәn baxmağım gәlir.

Аннотация

İmdat Avşar romanı türkiyəli oxuculara belə təqdim edir: “XIX əsrin ortalarından etibarən Qafqazları aşaraq məqsədli şəkildə cənuba doğru enən Çar Rusiyasının qarşısındakı ən ciddi maneə Cənubi Qafqazın açarı olan Gəncə xanlığı idi. Digər xanlıqlar təslim olsalar da, rus müstəmləkəçiliyinə qarşı duran və “azadlıq bayrağını” Gəncənin ən yüksək zirvələrinə doğru çəkir və ruslarla amansız mübarizə aparıb son nəfəsinə kimi vuruşur.

Аннотация

“Özümüzdən böyük sözümüz” kitabına Azərbaycanın xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının dil, ədəbiyyat və cəmiyyət haqqında düşüncələri, ədəbi-nəzəri məqalələri, eləcə də müxtəlif nəsilləri və müxtəlif xalqları təmsil edən tanınmış qələm sahibləri haqqında portret oçerkləri toplanmışdır. Kitab Sabir Rüstəmxanlını həm də ciddi, təkrarsız ədəbiyyatşünas-alim kimi təqdim edir.

Аннотация

Dünyanın ən prestijli ədəbiyyat jurnallarından sayılan “The Paris Review” yarım əsrdən artıqdır ki, sənət dünyasının gizli qalmış tərəflərinə işıq tutur. Dünya ədəbiyyata yön vermiş sənətçilər bu müsahibələrdə ədəbi baxışlarını, həyat kredolarını, yazı vərdişlərini, ədəbi mühitlərini, dünyaya və ədəbiyyata aid fikirlərini oxucularla bölüşür. “The Paris Review” müsahibələri jurnalistlər üçün də əvəzsiz mənbə hesab edilir. Belə ki, burdakı müsahibələr janrın ən yetkin, ən sanballı nümunələri kimi dünyanın ən prestijli təhsil ocaqlarında tədris olunur

Аннотация

Kitab Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fıkri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Аннотация

Səbahəddin Əli yaradıcılığı boyu Anadolu insanının həyat yaşantılarını, sosial və psixoloji problemlərini qələmə alıb. O özü ağrı-acı, nisgil dolu hekayələri haqqında belə deyirdi: – Nə üçün elə hey kədərli şeylərdən yazıram? Kövrək qəlbli dostlarım: “Nə vaxta qədər pis, nöqsanlı şeyləri görəcəksən?! – deyirlər. Həmişə aclardan, çılpaqlardan, dərdə mübtəlalardan bəhs edəcəksən? Gecələri qəzet satıb siqaret kötüyü yığan avara uşaqlardan, bir qarış torpaq, bir səhəng su üstündə bir-birinin canına qıyanlardan, həbsxanalarda çürüyənlərdən, həkim tapa bilməyənlərdən, haqqı tapdananlardan savayı yazası şeylər, yaxşı, gözəl mətləblər yoxdur?” Səbahəddin Əli düşüncələrinin təsirini artırmaq üçün bəzi hekayələrində satiranın gücündən istifadə edir. “Şüşə saray” kitabında təqdim olunan hekayələr daha çox yazıçının öz başına gələn gerçək olayları əks etdirir.

Аннотация

Həyatın oyununda xırda uduşlardan bezmisiniz? Hiss edirsiniz ki, nəsə daha artığına qadirsiniz? Diqqətəlayiq uğurlara nail olmağa, heyranedici nəticələrə çatmağa və öz daxili potensialınızı reallaşdırmağa hazırsınız? Onda bu gözəl kitab məhz sizin üçün yazılıb. Həyat eşqi, həvəs və ilham verən, çalışqanlığa sövq edən, yüksək ideyalar­la dolu olan bu kitab tezliklə ideal həyat haqqındakı arzuları­nı­zı reallaşdırmaqda sizə kö­mək edəcək. “Dahiliyə aparan yol” kitabı doğrudan da sizin daxili potensialınızı aşkar etmək və ən yaxşı şəxsi keyfiyyətlərinizi oyatmağa qadir olan nadir kitablardandır. Kitabdakı real həyata bağlı dolğun həqiqətlər, ruhlandırıcı məsləhətlər özünəməxsus “qələbə çalmaq elmi“nə yiyələnmək bu həyatda daha çox uğur qazanmaq istəyən hər kəsin karına gələcək. “Dahiliyə aparan yol” həyatımızın bütün vacib sferalarında əhəmiyyətli nailiyyətlərin dəqiq istiqamətini göstərir və oxucu onu bir daha unuda bilmir.