Аннотация

Bu Almanaxa Kult.Az Mədəniyyət Portalında davamlı dərc olunan 14 müəllifin əsərləri toplanıb. Portal, Almanaxı seriya şəkilində çap etməyi və saytda dərc olunan bütün müəllifləri əhatə etməyi

Аннотация

Ülfət Cavad 1975-ci ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İxtisasca hüquqşünasdır. 1997-ci ildən dövri mətbuatda jurnalist kimi fəaliyyət göstərir.

Аннотация

Uzaq, qarlı-şaxtalı Şərqi Sibirin Norilski şəhərində yaşayan, əslən Masallı rayonunun Dəmbəlov kəndindən olan, qəlbi in-sana, Vətənə, torpağa sevgi ilə dolu olan Ələkbər Dağlaroğlu-nun poeziyası rəngarəngdir, özünəməxsus gözəlliyə malikdir. Vətən həsrəti ilə yaşayan, doğulub boya-başa çatdığı Ma-sallını öz qibləgahı hesab edən şair sözə İlahi kəlam kimi baxır, sözün çırağının əbədi yanmasına çalışır. Kitabda şairin Vətən nisgilli şeirləri ilə yanaşı, ana babası Ağa Rəşidə həsr olunmuş çox dərin məzmunlu «Ağa Rəşid» poeması da yer almışdır. Vətənini sevən, daim onun həsrəti ilə yaşayan, Vətənin daşı olmağı ən böyük arzusu sayan Ələkbər Dağlaroğlunun «Yaxşım, yamanım…» şeirlər kitabı şairin oxucularla onuncu görüşüdür. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Аннотация

Müəllifin xaricdə işlədiyi illərdə uzaq ekzotik diyarlarda yaşanan maraqlı hadisələri qələmə aldığı yarıbioqrafik bu kitab həcmcə kiçik olsa da əslində ciddi sosial yaralara toxunur. Cəmiyyətin özəyi ailə və bu ailənin qeyri-sağlam atmosferdə yetişdirdiyi problemli uşaqların böyüdükcə daha dərin ruhi çöküşlərə girdiyi düzgün ailə mühitində böyüməyən hər insanın ömrünün sonuna qədər xətalı axtarışlar içində olaraq daha təhlükəli tənhalıqlara atıldığı və nəhayətdə həyatın axarına buraxılmış bir gənc qızın nə qədər güclü olursa-olsun, qarşılaşdığı ciddi təhlükələrin əlində aciz və çarəsiz qalaraq param-parça bir həyatdan əsla qurtula bilməyəcəyi haqqında bir hekayədir bu. Göz yaşlarını gülərək gizləyən insanlar güclü insanlar deyil. Yaralarını gizləyərək xəstə olduqlarını örtbasdır edənlər cəmiyyət üçün vəba və taun qədər qorxuncdurlar…

Аннотация

Nidşenin Fəzilət kafedrasının qoca professoru şirin yuxu yatmaq üçün mütləq on-on nə isə etməlisən, əsası on həqiqəti öyrənməlisən deyirdi. Düzgün seçim etsən ədəbiyyat on həqiqəti sənə bir kitabda, bəzən bir abzasda, hətta bir cümlədə öyrədə bilər

Аннотация

Yazıçının “Keşiş qızı” romanı onun ədəbi aləmdəki mövqelərini daha da möhkəmləndirib. Bu əsərdə yazıçı insan inamının iflasını əks etdirməyə çalışıb. Roman bizi psixoloji realizmin əsl bilicisi olan tamamilə başqa bir Corc Oruellə tanış edir. Müəyyən şəraitdə Allaha etiqadın itməsi əsərin baş qəhrəmanı olan keşiş qızı Doroti Heyrin düşüncələrində bəzi ciddi təbəddülatlar yaratsa da, son nəticədə o, əqidəsinə biryolluq xəyanət eləmir və itmiş yaddaşı bərpa olunandan sonra özünün əvvəlki puritan həyat tərzinə qayıdır. Həyat Dorotini çətin sınaqlara çəkir. Evi, kilsəni tərk etməli olan inanclı qız avaralar dəstəsinə qoşulur, dilənçilik və hətta xırda oğurluq edir. Özünün keçmiş həyatını və inamını, bütün xristian ideallarını tamamilə unudan qızı həmin vaxt yalnız sırf həyat uğrunda mübarizə məşğul edir. Nəhayət, qohumu tərəfindən tapılan Dorotinin yaddaşı tədricən özünə qayıdır. Lakin indi onunçün dindar həyatı yalnız vərdiş kimi davam edir. Çünki qayıdış bir növ olsa-olsa aldadıcı mahiyyət daşıyır, balaca şəhərcikdə camaatdan pis mənada seçilməmək naminə gerçəkləşir.

Аннотация

Bu yerlərdə gecənin zülmətini çoxdandır ki, nə ay işığı, nə də sayrışan ulduzların parıltısı deyil, aya, ulduzlara acıq verirmiş kimi, atəşfəşanlığa bənzər, amma daha parlaq, daha haylı-küylü və əlbəttə ki, daha qorxunc görüntü yaradan mərmilər aydınladırdı.

Аннотация

Bu kitabı bütün qızlarıma həsr edirəm. Yaxşı biri olaraq dünyanı xilas etməyə çalışan qızlarım bu kitabı sona kimi oxuduqdan sonra öncə özlərini xilas etməyi öyrənəcək və ilk növbədə özləri haqda yaxşı düşünəcəklər.

Аннотация

Dünyanın bütün sakinlərinin ortaq bir xüsusiyyəti var- hamı həyatının ən azı bir sahəsini yaxşılaşdırmağa cəhd edir. Mücadilə ömrümüzün sonuna qədər davam edir. Bu savaşda ilk və ən əsas rəqibimiz özümüzük. Bəzən səbəbkarı və günahkarı çox uzaqda axtarırıq, amma o bizə nəfəs qədər yaxındır. Əlində tutduğun bu kitabla sən özünü dərketməyi, bu yolda “mən”ini tərbiyələndirməyi, məqsədlərinə çatmaq üçün daxilində gizlənən düşmənə necə YOX deməyi öyrənəcəksən. Özünün yaradanı ol. Özünü yenidən, qüsursuz şəkildə inşa et. Bunun üçün heç vaxt gec deyil. “Məndən keçdi” demə, özünə qayıt, özünə yenidən bax, “mən”ini yenidən qur.

Аннотация

Kitabda psixoloqun çətin uşaqlarla işinin təşkili üçün material təqdim olunub. Müəlliflər şagirdlərin emosional gərginliyini, narahatlığını, aqressiyasını aradan qaldırmağa, yaradıcılıq fəaliyyətlərini inkişaf etdirməyə, ünsiyyət bacarıqlarını artırmağa və s. yönəlmiş məşqlər, tapşırıqlar, nağıllar, rəsmlər təqdim edən proqramlar hazırlayaraq sınaqdan keçirmişlər. Kitab məktəb psixoloqlarına, çətin uşaqlar və yeniyetmələrlə diaqnostik, korreksiya və profilaktik işlər təşkil edən müəllimlər üçün nəzərdə tutulub..