ТОП просматриваемых книг сайта:
Qanun nəşriyyat
Все книги издательства Qanun nəşriyyatАннотация
Bu kitabda Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin mühacirətdə yaşadığı illərdə yazdığı İran haqqında məqalələri toplanıb. Bu yazılardan İranda aparılan ictimai-siyasi proseslərlə bağlı geniş bilgilər əldə etmək mümkündür. Kitabda M.Ə.Rəsulzadənin İranda baş vermiş Məşrutə hərəkatı haqqında və böyük şair Şəhriyarın “Heydərbabaya salam” əsəri haqqındakı “Ədəbi bir hadisə” yazıları da oxuculara təqdim edilib.
Аннотация
Şəhriyar həbsxanaya düşüb azadlığını itirəndə də, həyata düşüb anasını itirəndə də onu ədəbiyyat qazanıb. O, sözün bütün mənalarında tək olmağı bacaran şairdir. Mənim qədər tənhalığı sevən bir adam onun darıxmağına qibtə edirəm. Ən əsası isə o, tənhalığını və darıxmağını ədəbiyyata çevirməyi bacarır… Vaqif Səmədoğlu
Аннотация
Biz kimik? Haradan gəlmişik, hara gedirik? Niyə varıq, məqsədimiz, məramımız adiliyə nə qədər yaxın, mücərrədlikdən nə qədər uzaqdır? Həyatın ən sadə sualları qarşısında özümüzü başqa haralardasa axtarır, haralardasa tapırıqmı? Adama elə gəlir, bu suallar heç vaxt “Uzaq adamlar”ın qəhrəmanlarından heç birini ciddi şəkildə maraqlandırmayıb. Oxucu da şaxələnmiş tale variantlardan hansının ardınca düşüb getməli olduğunu bilmir və bilməsi də vacib deyil. İnsan həyatı boyu ancaq bir tale yaşayır, amma digər tərəfdən hərəsi öz taleyini yaşayan adamlar özümüzüksə necə? Hər şey çox xaotik, çox mürəkkəb görünür. Lakin narahat olmağa dəyməz, roman oxucusunu bütün paralellərin ya başlanğıcda, ya sonda – reallıqla qeyri-reallığın bir-birinə qarışdığı dünyada birləşdiyi nöqtəyə aparıb çıxardacaq…
Аннотация
Kitab oxucuları ümumbəşəri mədəniyyətin çox vacib elementi, bir növ dünya mədəniyyətinin sonrakı inkişafının əsasını qoymuş qədim yunan mifologiyası ilə tanış edir. Heç kəsə sirr deyil ki, dünya ədəbiyyatının, mədəniyyətinin bütün inkişaf mərhələlərində mifologiya, mifoloji motivlər və süjetlər aparıcı mövqelərdə olub. Biz antik mifologiya ilə də məhz qədim ədəbiyyat nümunələri əsasında tanış olmuşuq. Hind mifləri – “Vedalar”ın və “Mahabharata”nın, german mifləri – “Eddalar”ın, fin mifləri – “Kalevala”nın, bizim miflər “Dədə Qorqud”un və başqa oğuznamələrin mayasına hoparaq günümüzə qədər gəlib çıxmışlar və bizi təəccübləndirməkdə davam edirlər.
Аннотация
Lüis Kerollun “Alisa Güzgüarxasında” kitabının, çətin ki, təqdimata ehtiyacı olsun. Onun haqqında eşitməyən kimisə təsəvvür etmək mümkün deyil, çünki bu nağıl uzun illərdir öz populyarlığını qoruyub saxlamışdır. Alisanın macəraları haqqında hekayələr həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunur. Uşaq ədəbiyyatı janrına aid olmasına baxmayaraq, bu kitabda onu vərəqləyən hər yaşda oxucu üçün müdrik fikirlər tapılacaqdır. “Alisa Güzgüarxasında” azyaşlılar üçün aydın və maraqlı, böyüklər üçünsə onları düşünməyə vadar edəcək tərzdə yazılmışdır. Müəllif çox böyük məharətlə sözlərlə oynayır, qəribə obrazlar yaradaraq, onların köməyi ilə gizli fikirlərini oxucuya çatdırırdı. Hekayədəki qısa poetik frazalar özündə gizli fəlsəfi məqamları ifadə edir, ona görə də kitab oxucunun düşüncə tərzinə güclü təsir edə bilər. Bu dəfə Alisa güzgünün içindən keçib inanılmaz bir ölkəyə – Güzgüarxasına düşmüşdü. Alisanın düşdüyü dünya şahmat lövhəsinə, sakinləri isə ağ və qara rəngli şahmat fiqurlarına bənzəyirdi. Alisa bir xanadan digərinə səyahət edərkən qeyri-adi sehrli varlıqlarla tanış olur. Onun yolu çox həyəcanlandırıcı və son dərəcə maraqlıdır.
Аннотация
Bu kitabınn qələmə alınmasının səbəbi ABŞ dəniz piyadaları generalının müəllifə dediyi və ilk baxışda olduqca sadə görünən “liderlər ən sonda yeməlidir” – qənaətidir. Bu davranışın söykəndiyi əsas prinsip başqalarının mənafeyini daim şəxsi marağından yuxarı tutmağı bacarmaqdır. Məhz belə olan təqdirdə həmin şirkət, müəssisə, yaxud idarə uğur qazanacaq. Şirkətlərin, dövlətlərin, cəmiyyətlərin və ən sonda dünyanın daha yaxşı bir yer olması üçün liderliyin mütləq şərt olmasını müdafiə edən yazıçı, kitabda eyni zamanda maraqlı məlumatlar, misallar, izahlar və təkliflər irəli sürür.
Аннотация
"4 saatlıq iş həftəsi" kitabında müəllif öz oxucularına izah etməyə çalışır ki, insanın qarşısına qoyduğu məqsəd onun bu məqsədə doğru necə irəliləməsindən daha önəmlidir. Bu səbəbdən biz görülən işin kəmiyyəti haqda deyil, keyfiyyəti haqda düşünməliyik. Bu kitabda müəllif öz oxucularına zamanın idarə olunmasının yeni modelini təqdim edir. Ən əsası isə, bütün bu modeli məhz həyatdan götürülmüş, real faktlar əsasında izah edir.
Аннотация
Körpəliyindən başlayaraq böyüyüb boya-başa çatanadək uşaqlar valideynlərin qarşısında böyük məsuliyyət hissidir. Mustafa Bakın bu kitabı valideynlərin qarşısında duran çətinlikləri aşmaq üçün ən universal bələdçidir. Uşaqları başa düşmək, onların daxili aləmini görə bilmək üsulları bu kitabda ətraflı şəkildə öz əksini tapmışdır. Müəllif bu kitabı yazanadək 40 ilini araşdırma və xəstəxanalardakı fəaliyyətinə həsr etmişdir.
Аннотация
Alicənab soyğunçu Arsen Lupen bizi nəfəsimizi kəsəcək macəraları ilə qarşılayır. Hər hekayədə onun kimliyini tanımaq və nə etdiyini başa düşmək üçün zəkamızın sərhədlərini zorlayacağıq. Bəzən Paris küçələrində, bəzən də möhtəşəm qalalarda Lupenin ardınca ağılasığmaz macəralara atılacağıq. Hər macəranın sonunda onun bacarığına və qabiliyyətinə heyranlığımız daha da artacaq. Oxucu olaraq özümüzü Arsen Lupenin sərgüzəştlərində nəfəs kəsən səyahətə çıxmış kimi hiss edəcəyik. Sirləri, müəmmaları, oyunları, maskaları, topları, gizli keçidləri ilə Arsen Lupen bizi təxəyyülümüzü genişləndirəcək macəralarına dəvət edir. “Arsen Lupen – alicənab soyğunçu” – fransız yazıçısı Moris Leblana dünya şöhrəti qazandırmış detektivlər seriyasından ilk kitabdır.
Аннотация
Müəllim, yazıçı-publisist, tərcüməçi, rəssam-heykəltəraş Zahir Məliklinin imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır. Əsərləri xalqına, vətəninə və doğma el-obasına məhəbbətdən yoğurulmuş müəllifin bu kitabı da onun həyat kredosuna sadiqliyini sübut edir. Kitabda hər qarışında tarix yatan o taylı-bu taylı Azərbaycanın dünəni və bu günü öz əksini tapır.