ТОП просматриваемых книг сайта:
Qanun nəşriyyat
Все книги издательства Qanun nəşriyyatАннотация
Nasirəddin şah Orta Şərqin sonuncu türk dövləti olan Qacarlar sülaləsinin (1795-1925) dördüncü hökmdarı olmuşdur. Yarım əsrə yaxın (1848-1896) hakimiyyətdə olmuş Nasirəddin şah ölkədaxili səfərlərlə yanaşı, Avropaya da üç dəfə səyahət etmişdir. Hər üç səfər o zaman Çar Rusiyasının tərkibində olan Cənubi Qafqazdan keçdiyindən şahın öz əli ilə qələmə aldığı və bu gün İran dövlət arxivlərində saxlanan yol qeydlərinin-səyahətnamələrinin müvafiq bölmələri bizim üçün zəngin faktları təqdim edən dəyərli tarixi mənbələrdir.
Аннотация
Lev Tolstoyun “Sergi ata” povesti ikiləşmiş insan şəxsiyyəti, öz həyatını yaşamayan insanın faciəsi haqqında olan bir əsərdir. Əsərin qəhrəmanı Kasatski əxlaqına və davranışına görə onu əhatə edən cəmiyyətdə, insanlar arasında nümunəvi adam sayılırdı. Kasatskinin məqsədi hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etməkdi. Bu mənada Korotkova (Meri), Kasatskinin şöhrətpərəstliyinin cəzası idi. Kasatski bu cəzadan sonra da ayılmır, Sergi ata olmaq, paklanmaq yolunda “irəliləyir”. Əslində, Kasatskidə ad dəyişməsindən başqa heç nə baş vermir. Kasatski daxilən olduğu kimi qalır, zahirən isə Sergi ataya çevrilir. Sonda isə həqiqəti dərk edir.
Аннотация
Kitabda Martin Paj gənc yazıçı Darianın məktublarını cavablandırır. Ona yazıçılıqla bağlı məsləhət verməklə yanaşı, ədəbi mühitdə, eləcə də cəmiyyətdə mövqe tutmağın, həmçinin öz zəif tərəfləri və qorxuları ilə mübarizə aparmağın yollarını başa salır. İncəsənətin ən gənc sahəsi və müəyyən qədər geniş imkanları olan ədəbi yaradıcılığın incəliklərini təhlil edir. Təcrübəli yazıçı olaraq təxəyyül və təsəvvürü müqavimət üsulu və məhrəm yaradıcılığın əsası kimi gördüyündən ədəbiyyatı idmanın döyüş növlərindən birinə bənzədir. Martin Paj 1975-ci ildə Parisdə anadan olub. Bir çox kitabların, eləcə də “Bir sevgi hekayəsi”, “Samuel Bekketə görə arıçılıq”, “Mən necə idiot odum” və sair əsərlərin müəllifidir. Müəllif gənc nəslin maraq dairəsini əks etdirən kifayət qədər əsərilə oxucu sevgisi qazanıb
Аннотация
Bu kitab sazımızın-sözümüzün sonuncu mogikanlarından olan əməkdar mədəniyyət xadimi Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr edilmişdir.
Аннотация
Salam! Gözəl insan, sətirləri oxumazdan əvvəl bir həqiqəti bil ki, bu vərəqlədiyin kitab deyil; nə vaxtsa hardasa öldürülmüş ağacın insan əlinə keçmiş dərisidir ki, sa‐hibinin ölüm xəbərini çatdırır. Hər birimiz məzmunumuzda bir az adam, bir az bitki, bir az da heyvanıq. Bu cür çoxmilliyyətli, mü‐kəmməl halı ilə fəxr etməyi bacaran şüurlu məxluqla‐rıq ki, bədən halı bir dəfə, ruh halı “n” sayda, dəfələrlə ölüb‐dirilərək yaşayır. Bilmirəm bir bədən həyatında neçə ruh halı olur, amma bilirəm ki, bir ruh halında onlarla, yüzlərlə, minlərlə bədən halının, məxluqların xatirələri var.
Аннотация
Realist üslubda yazılmış bu roman cәmiyyәtdә yeri sәhv düşmüş bir insanın faciәsindәn bәhs edir. Onun necә yaşaya bilmәmәsi melodramatik situasiyalar yaradır. Özünün uydurduğu yalanın qurbanına çevrilmiş “şair” nә hәyatla ayaqlaşa bilir, nә dә hәyat onunla hesablaşır. O, mәşhurlaşmağın müxtәlif yollarından istifadә etsә dә hәr dәfә fiaskoya uğrayır, cәmiyyәt onu mәsxәrәyә qoyur, stula çıxardıb şeir oxudur. Әsәrdә onun hәyatının bütün qatları әhatә edilir vә onun simasında yeri sәhv düşmüş adamların faciәsi tәsvir olunur. Әsәr boyu qәhrәmanın genetik kodları da araşdırılır vә onun xarakterinin naqis cәhәtlәrinin hardan qaynaqlandığını anlatmaq üçün keçmişә qısa ekskurs edilir. “Yağ kimi” romanında öz taleyini yaxşıya doğru dәyişmәk vә ya yenidәn yazmaq istәyi son nәticәdә illüziyaya çevrilir. Bu tip öz sosial alәminә elә alışıb ki, bu mühitdәn qopmaq iqtidarında deyil. Onun istә- yinin cığırı heç yerә gedib çıxmayacaq, әksinә zaman burulğanında itib gedәcәk.
Аннотация
İnqilab İsaq Azərbaycan poeziyasında öz nəfəsi, öz deyim tərzi ilə seçilən şairlərdəndir. Onun sakit, duyğulu, kövrək şeirləri öz səmimiyyətilə oxucunun qəlbinə yol tapır. Bu kitab şairin oxucularla növbəti görüşüdür.
Аннотация
Mən onu ilk dəfə efir dalğalarında, bir şənbə günü, televiziyanın səhər proqramında gördüm. Onun cazibədar səsi, gülər üzü diqqətimi maqnit kimi özünə çəkdi. Danışıq tərzinə, səmimiyyətinə heyran qaldım. Kitablarını oxumağa, onunla ünsiyyət qurmağa məndə hədsiz maraq yarandı. Ona qulaq asdıqca elə bil qəlbimdə, beynimdə bir işıq şölələnməyə başladı; saf mənəviyyat, iti təfəkkür işığıydı bu işıq.
Аннотация
Mən, Rzayev Vüsal Elman oğlu, 1968-ci ildə, fevral ayının 2-də, həftənin cümə günü, saat 12:00-la 13:00 arasında Şahbuz rayonunun Şahbuz qəsəbəsində dünyaya göz açmışam (Bibimin dediyinə görə, mən doğulan vaxt məktəbin 2-ci növbəsində oxuyan şagirdlər dərsə gedirmişlər).
Аннотация
Tural İrfan sevilən, istedadlı gənj şairdir. Sevgi, ilahi eşq, dünyanın real gerçəklikləri, Vətən, ədalətə çağırış və s. Tural İrfanın şeirlərinin əsas mövzusudur. Onun şeirləri oxunan andan yadda qalır, səmimiyyəti və ruha doğmalığı ilə insanı jəzb edir. Sanki hər sözü hər kəsin ürəyindən deyir. “Səni ruhuma yazdım…” kitabı şairin Sizinlə ikinji görüşüdür. Bu kitabda Tural İrfanın ilk qələm örnəkləri, məhəbbət, qürbət, dini-irfani, habelə fəlsəfi və digər mövzulu şeirləri toplanmışdır.