Аннотация

Dünyanın ən prestijli ədəbiyyat jurnallarından sayılan “The Paris Review” yarım əsrdən artıqdır ki, sənət dünyasının gizli qalmış tərəflərinə işıq tutur. Dünya ədəbiyyata yön vermiş sənətçilər bu müsahibələrdə ədəbi baxışlarını, həyat kredolarını, yazı vərdişlərini, ədəbi mühitlərini, dünyaya və ədəbiyyata aid fikirlərini oxucularla bölüşür. “The Paris Review” müsahibələri jurnalistlər üçün də əvəzsiz mənbə hesab edilir. Belə ki, burdakı müsahibələr janrın ən yetkin, ən sanballı nümunələri kimi dünyanın ən prestijli təhsil ocaqlarında tədris olunur

Аннотация

Nasirəddin şah Orta Şərqin sonuncu türk dövləti olan Qacarlar sülaləsinin (1795-1925) dördüncü hökmdarı olmuşdur. Yarım əsrə yaxın (1848-1896) hakimiyyətdə olmuş Nasirəddin şah ölkədaxili səfərlərlə yanaşı, Avropaya da üç dəfə səyahət etmişdir. Hər üç səfər o zaman Çar Rusiyasının tərkibində olan Cənubi Qafqazdan keçdiyindən şahın öz əli ilə qələmə aldığı və bu gün İran dövlət arxivlərində saxlanan yol qeydlərinin-səyahətnamələrinin müvafiq bölmələri bizim üçün zəngin faktları təqdim edən dəyərli tarixi mənbələrdir.

Аннотация

Hadisələrlə zəngin, maraqlı, əyləncəli dünyaya xoş gəldiniz. Xoş təəssüratlar arzu edirik! Bu mükəmməl ensiklopediyada 5000-dən çox ən maraqlı faktlar və hadisələr toplanmışdır. Çox sadə və anlaqlı bir dildədir. Ən kiçik canlıdan başlayaraq ən böyük yırtıcı heyvanların dünyasını öyrənəcəksən. Çoxlu sayda dövlətlər, tarixi yerlərlə tanış olacaqsan, bənzəri olmayan təbiət mənzərələrindən zövq alacaqsan. Dəyişkən hava şəraitindən və inanılmaz, qeyri-adi hadisələr haqqında oxuyacaqsan. Uzaq keçmişə səyahət edəcəksən. Xalq qəhrəmanları və qəddar sərkərdələrlə qarşılaşacaqsan. Müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmiş heyrətamiz hekayətlər oxuyacaqsan.

Аннотация

Müasir ədəbiyyatımızda təmsil janrında yazılmış ədəbi əsərlərə,demək olar ki, rast gəlinmir.Yəqin ki, bu hal, bu janrın özünəməxsus mürəkkəbliyi ilə səciyyələnir. Əlbəttə, xüsusi müşahidə qabiliyyəti,qeyri-adi istedad tələb edir.Çox əminliklə deyə bilərik ki,ixtiyarınızda olan bu kitabın müəllifi Məzahir Məzhər (Qarayev) belə istedad sahiblərindəndir. həqiqətən,bu kitabda toplanmış təmsillər insanda həm təbəssüm yaradır,həmdə onu düşündürür. Məzahir Məzhər (Qarayev) həm də uşaq şairidir,uşaq bilicisidir.Uşaqlar üçün qələmə aldığı şeirləri səmimiliyi ilə oxucunun könlünə həzinlik və həlimlik gətirir, sanki ona layla deyir.

Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация

Аннотация