Аннотация

Bir roman ancaq bu qədər gözəl və qorxu dolu başlaya bilər. Budur, böyük bir maraqla çevirdiyiniz bu səhifələr artıq sizi quyucaqlı Yusufla tanış etməkdədir. Bu tanışlıq sizləri Edremitin ta Zeytunlu kəndinə qədər aparacaqdır. Kitabdakı bir hadisə belə sizi təəccübləndirməyəcək, əksinə hər an təsirləndirəcəkdir. Xüsusilə Səbahəddin Əlinin insanları və yaşadığı cəmiyyəti çox yaxşı tanımasına dair bəlli təsvirləri insanı heyran etməyə bilmir. Quyucaqlı Yusufun realist cərəyanın ən yetkin nümunələri sırasından olması onu çox uğurlu roman pilləsinə qaldırmışdır.

Аннотация

Səbahəddin Əli yaradıcılığı boyu Anadolu insanının həyat yaşantılarını, sosial və psixoloji problemlərini qələmə alıb. O özü ağrı-acı, nisgil dolu hekayələri haqqında belə deyirdi: – Nə üçün elə hey kədərli şeylərdən yazıram? Kövrək qəlbli dostlarım: “Nə vaxta qədər pis, nöqsanlı şeyləri görəcəksən?! – deyirlər. Həmişə aclardan, çılpaqlardan, dərdə mübtəlalardan bəhs edəcəksən? Gecələri qəzet satıb siqaret kötüyü yığan avara uşaqlardan, bir qarış torpaq, bir səhəng su üstündə bir-birinin canına qıyanlardan, həbsxanalarda çürüyənlərdən, həkim tapa bilməyənlərdən, haqqı tapdananlardan savayı yazası şeylər, yaxşı, gözəl mətləblər yoxdur?” Səbahəddin Əli düşüncələrinin təsirini artırmaq üçün bəzi hekayələrində satiranın gücündən istifadə edir. “Şüşə saray” kitabında təqdim olunan hekayələr daha çox yazıçının öz başına gələn gerçək olayları əks etdirir.

Аннотация