Аннотация

Mədəniyyətin sancıları (Das Unbehagen in der Kultur) Sigmund Freud un ölümündən on il öncə yazdığı ən məşhur və ən çox müzakirə olunan, ən parlaq əsəridir. Eyni zamanda böyük alimin ən çox tənqid olunan, yalnış anlaşılan və analiz edilən əsəridir. İlk dəfə 1930-cu illərdə çağp edilən kitab insan cəmiyyəti və onun nizamlanması, təşkil edilməsi üçün təməl sayılan məsələlərə, sivilizasiyanın meydana gəlməsinə səbəb olan faktorlara aydınlıq gətirmək məqsədi daşıyırdı. Hər şey nə üçün və necə baş verdi? Mədəniyyətin yol xəritəsini müəyyən edən nələrdir? Freud un bu çalışmasında biliyin insanın var olmasındakı rolu və incəsənətin meydana gəlməsi daha çox diqqət mərkəzindədir.

Аннотация

Fin yazıçı Tove Yanssonun yazdığı Mummi seriyasının növbəti kitabı. İlk dəfə 1965-ci ildə yayınlanıb.

Аннотация

Heykəlin olduğu otaqdan çıxan kimi gənc qız muzey gəzintisini yarımçıq qoyub tez tələsik muzeyi tərk edərək dayanacağa tərəf üz tutdu. Heykəldən çox təsirlənən gənc qız evə gedib tez bu kitabın vərəqləri arasında itmək və o rəssamın bu heykəli düzəldərkən yaşadıqlarını, duyduqlarını hiss etmək istəyirdi. Onun hövsələsi çatmadı və yavaş addımlarla irərliləyə-irəliləyə kitabın ilk səhifəsini açdı. Orda belə yazılmışdı.

Аннотация

"Qızlar Oxumasın" adlı bu psixoloji roman ailə və qadın problemlərindən, əsasən də qızların təhsildən yayınmasından və bunun acı nəticələrindən bəhs edir. Bu roman, Lənkəran rayonu Boladi kendi 1 saylı orta məktəbin müəllimi olan Eldar ilqaroğlunin sayca 3cu kitabıdır. O, həmçinin «Boladi şəhidləri» və «Hamı təkdir bu dünyada» adlı kitabların müəllifidir.

Аннотация

Selected stories.

Аннотация

İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.

Аннотация

"Mənim mübarizəm – 9" kitabında müəllifin məqalələri, müsahibələri və hekayələri yer alıb.

Аннотация

Kitabda müəllifin son on ildə yazdığı on iki hekayə yer alıb. Əslən Cəbrayıl rayonundan olan müəllif İkinci Qarabağ müharibəsindən əvvəl və sonra qələmə aldığı hekayələrdə köçkünlüyün ağır yükü və azad Vətən torpağında keçirdiyi hissləri müqayisəli şəkildə ifadə etməyə çalışıb.

Аннотация

Zümrüd Anka yeni nəsil Azərbaycan yazarları içərisində ən parlaq simalardan biridir. Onun “Özsüzlük” romanı yeni ailə quran gənc insanların mənəvi-psixoloji sarsıntılarını əks elətdirir.Romanı oxuduqca kəskin emosiyalar türbülansına düşdüyünüzü hiss edəcəksiniz. Fəlsəfi ümumiləşdirmələr və qadın azadlığı siyasi çalarlarıyla zəngin olan bu kitab dözrün nəbzini tutmaqda oxuyanlara yardım edəcək.

Аннотация

Evald Flisar (1945) Sloveniyalı yazar, dramaturq və publisistdir. 16 roman, 2 hekayə və pyes kitablarının müəllifidir. 1995-2002-ci illərdə Sloveniya Yazarlar Assosiasiyasının prezidenti olub. 1998-ci ildən Sodobnost ədəbiyyat jurnalının redaktorudur. Atamın yuxuları romanı ona dünya şöhrəti qazandırıb. Əsərləri çeşidli dünya dillərinə tərcümə olunub. Oxuculara təqdim etdiyimiz Sehirbazın şagirdi romanını qlobal dünyada yolunu azmış müasir insanın həqiqət axtarışları adlandırmaq olar. Mənsub olduğu sivilizasiyanın qurbanı olmaqdan qaçan gənc oğlanın Ladakh dağlarındakı tibetli qızla nəfəskəsən macəraları ilə bu romanda tanış olacaqsınız.