Аннотация

Аннотация

Аннотация

Аннотация

Hər şey günlərin bir günü İsmayıl kişinin evinin üstünə atılan bir daşla başlayır. Bu qəribə daşatma vaxtaşırı hər şər qarışandan sonra təkrar olunur. Ailə üzvlərinin hamısının dincliyini pozur

Аннотация

“Tələ” romanı çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapmışdır. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.

Аннотация

“Qisas fikri hadisənin özü kimi qəfil, gözlənilmədən doğulmadı. Tədricən, hətta sonrakı hadisələrin, kənar amillərin təsiri ilə formalaşıb möhkəmləndi…” – Eyvaz Zeynalovun “Qisas” romanındandı bu fikirlər… Bu romanda cavan, istedadlı alim Sabir müəllimin cəmiyyətdə öz yerini tapa bilməməsindən, sevdiyi elm sahəsindən ayrı düşməsindən və onu təhqir edən polis rəisindən qisas almağa çalışmasından danışılır.

Аннотация

“Bələdçi” romanının əsas qəhrəmanı Rüstəm çox gəncdir. Əsgərlikdən təzə qayıdıb. Yaxşı oxusa da arzuladığı instituta qəbul olunmayıb. Elə buna görə də, kənd arasına çıxmağa utanır, hamıdan qaçır. Gözlənilmədən yük vaqonu bələdçisi işləyən qohumu Nuruşdan ona qoşulmaq təklifi alır. Hüquqşünas olmaq istədiyi halda yük vaqonu bələdçisi olur. Rusiyaya çaxır, konyak daşıyır. Yollarda və Rusiyanın şəhərlərində rus qızları ilə təkrarsız sevgi macəraları yaşayır… “Qisas” romanının qəhrəmanı isə orta yaşlarında istedadlı bir alimdir. Lakin əyriliklərin baş alıb getdiyi bir cəmiyyətdə özünü təsdiqləyə bilmir. Təsadüfən polis rəisi tərəfindən təhqirə məruz qalır. Onu öldürmək, qisas almaq istəyir. Məqsədinə çatmaq üçün cürbəcür vəsaitlərə əl atır. Başına maraqlı, həm də qeyri-adi hadisələr gəlir. Müəllifdən.

Аннотация

Yazıçı Eyvaz Zeynalov yaşadığı 65 ildə nadir rast gəlinən macəralı həyat yaşayıb, həyatdakı missiyasını yaradıcılıqda, yazaçılıq sənətində görməsinə baxmayaraq, talenin tərs oyunları onu keşməkeşli yollardan keçirib, yaşamaq, ayağa durmaq, ləyaqətini qorumaq uğrunda hər zaman mübarizə aparıb. Gənc yaşlarında arzu etdiyi əsərləri yazmaq fürsəti olmasa da, əvəzində onlarca romana bəs edəcək zəngin həyat təcrübəsi qazanıb. Oxuculara təqdim olunan “Alın Yazısı” romanı əsla bir fantaziya məhsulu olmayıb, müəllifin şəxsən iştirakçısı olduğu hadisələrin xronikasıdır. “Alın yazısı”nın baş qəhrəmanı olan Edik yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır. Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir.

Аннотация

Selected stories.