Аннотация

Аннотация

Аннотация

“Gecikmiş Hekayələr""ə Seymur Baycanın son bir ildə yazdığı 44 hekayə daxil edilib. Hekayələr keçən əsrlərdən tutmuş müasir zamanlara qədər ki, dövrlərin hadisələrini əhatə edir. Rasim Qaraca: “Seymur Baycanın yeni çapdan çıxmış “Gecikmiş hekayələr” kitabını oxuyub tamamladım. Kitaba yeni başlayanda müəllif, hekayələri başdan sona doğru, ardıcıl oxumağımı tövsiyə etmişdi. Adətim üzrə, ortalardan, sonlardan bir neçə hekayə oxumağıma baxmayaraq vaxtında edilmiş bu xəbərdarlığa əməl etdim və toplam 44 hekayəni ardıcıllıqla oxumağa başladım. Oxuyub bitirənə yaxın mənzərə ortaya çıxdı, sanki 44 parçadan oluşan pazl vahid bir tablonu əks etdirirdi. Ayrı-ayrı zamanlarda və məkanlarda, tamamən ayrı-ayrı personajların iştirak etdiyi hekayələr birləşərək bir roman təsiri bağışladı, əslində isə “Gecikmiş Hekayələr”i ready-made (hazır mətn) üslubunda yazılmış gözəl bir roman da adlandırmaq olar. İlk baxışdan sadə, bəzən də bəsit görünən bu əhvalatları yazarın nə üçün qələmə aldığını anlaya bilmirsən, lakin get-gedə, hekayədən-hekayəyə boyalar tündləşir, uşaqcasına saf duyğularla və sadə dillə başlayan təsvirlər sonda xəstə bir qocanın söyüşlə dolu acı deyinmələrinə bənzəyir. Kitabı oxuduqca Azərbaycan ədəbiyyatında nadir rast gəlinən konseptual bir mətnlə qarşı-qarşıya olduğunu dərk edirsən – zahirən rabitəsiz görünən hekayələr ayrı-ayrılıqda maraqlı olmaqla bərabər, ümumən 100 ilə yaxın bir dövrü əhatə edir və bir mənada bugünkü Azərbaycan insanının təşəkkül prosesini canlandırır. Hadisələr Oktyabr inqilabından əvvəlin bəylik dönəmindən başlayaraq ta bu günümüzədək davam edir, inqilabın ilk illəri, sovet quruculuğu dönəmi, müharibə öncəsi və sonrası, 60, 70, 80-ci illər və s. – dolayısıyla yüzillik tarixin bütün mərhələlərini əks elətdirən hekayələr biri-birini izləyir. Əsərin qəhrəmanı ümumiləşdirilmiş azərbaycanlı obrazıdır, belə demək olarsa, hadisələr bir nəfərin – azərbaycanlı sovet insanının başına gəlir. Düzdür, bu insanın uşaqlığı sovetlərdən öncəyə, yaşlılıq dönəmi sovetlərdən sonraya təsadüf edir, lakin özəlliklə sovet insanının eybəcər portreti hekayələrin mərkəz mövzusudur. Bu coğrafiyadakı insanların cəmi yüz il ərzində necə simasızlaşdığı, mənəvi deqradsiyaya uğradığı, əxlaqi keyfiyyətlərini itirdiyi xronoloji ardıcıllıqla oxuculara təqdim olunmaqdadır. Hekayələrdə – romanda bədii dillə “biz kimik?” sualına dolayı yolla cavab verilir. Əsəri oxuyan insan bu günə qədər cavabsız və anlaşılmaz görünən bir çox sualların cavabını fəhm edəcəkdir. Əslində, bədii ədəbiyyatın vəzifəsi də, hansı janrda və üslubda yazılmasından asılı olmayaraq, içində olduğumuz zamanın anlaşılmaz kimi görünən suallarına cavab tapmaqdır və ya buna yardımçı olmaqdır.

Аннотация

Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox.. Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə Azərbaycan, Gürcüstan, Ermənistanda yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında (dinləyəcək) oxumalı olacaq . Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: «Yas yerindən reportaj», «Albalı bağı», «Qar», «Brest qalası» və s. Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: «Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur».

Аннотация

Əsərdə bir müstəntiq, ana qatili olan oğlanı və şahid qızı sorğu- sual edərək kitab boyu onların başlarına gələnləri, düşüncələrini dinləyir. Bütün əsər oglanla qızın dilindən danışılsa da arabir yazar özü “ zəruri müdaxilə”lər edərək mütəntiq haqqında da məlumat verir. Tipik bir azərbaycanlı müstəntiq ( hansı ki həyat yoldaşı sayəsində bu mərtəbəyə çatıb, özü də həyatda yarımçıq qalmış biridir), tipik bir azərbaycanlı oğlan ( hansı ki xəyallarında özünə romantik bir aləm qurmuş, ətraf mühitdən özünü təcrid etmiş biri) və tipik br azərbaycanlı qız ( Hansı ki o da özünə əvvəllər romantik bir dünya qurmuş, sonradan” oyanmış” və həyatda öz yerini tutmaqçün mümkün olan hər variantdan istifadə etməyi qərara almış biri ) öz dilləri ilə özlərini də, özlərinin timsalında cəmiyyətimizi də ifşa edirlər. Bu povestlə yazar əməlli başlı oxucularla oynayır, hərləyib- fırlayıb tələyə salır, onlara gülür. Gəlin düşündüyümü açıq deyim: yazar bu povestlə bütün ömrünü romantik kitablarla keçirən, həyatın gerçəkliklərinə aydın baxa bilməyərək hər şeyi filmlərdəki və kitablardakı kimi sanan, bir sözlə yüngül ədəbiyyat oxuyan az intellektli oxucuları öz ironiyasının hədəfinə çevirib. Əsərdə bəzən “ Min bir gecə nağılları”ndakı kimi təsvirlərə, 60- cı illərin bəzi bayağı sevgi ronalarındakı kimi bənzətmələrə, bəzən klassik poeziyamızdakı kimi uzun- uzadı və şişirdilmiş təşbihlərə rast gələcəksiz. Gənclərin cəmiyyətdə özlərinə yer tapa bilməməsi, mənasız sevgi yolunda oğlanın özünü fəda etməyə çalışması, bəzən intihar düşünməsi, bəzən pulsuzluğa dözməyib öz yoldaşlarını satması, qızın radioda işə düzəldikdən sonra tamam dəyişməsi, özündən “ təcrübəli “ radio işçisi olan qadından eşitdiyi məsləhət ( hansı ki bir neçə gün öncə o qadın bir müsahibəsində mətbuata tamam başqa sözlər demiş və qızın içini tirətmişdi ), özünü oğlandan yüksək tutması, onu alçaltması, hamısı cəmiyyətimizin güzgüsüdür. Siz, əziz oxucular, bu povesti oxuyun. Bəzən özünüzü də görəcək, özünüzə də gülündüyünün də şahidi olacaqsız. Düz fikirləşdiz əlbəttə, mən özüm də özümü gördüm bəzən, hətta qıcıqlandım da. Amma sonra anladım ki doğru deyilib, haqq olaraq gülünüb.

Аннотация

Seymur Baycan (Seymur XXX), yazıçı, publisisit. 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Qafqaz Universitetini bitirmişdir. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. «„Ət və ət məhsulları“» romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir. Publisistik fəaliyyəti dönəmində «„Reytinq“», «„Xalq“», «„Milli yol“», «„Gündəlik Azərbaycan“» və digər qəzetlərlə əməkdaşlıq etmişdir.

Аннотация

"Kitabda irili-xırdalı 26 hekayə var, onların 20-i təzədir, heç yerdə çap olunmayıb. Hekayələr müxtəlif mövzulardadı, uşaqların başa düşəcəyi dillə yazmağa çalışmışam. Kitabda hekayələr sadədən mürəkkəbə doğru yerləşdirilib." "Adsız itin qayıdışı" nın əsas ideyası Sovet vaxtı ilə Sovetdən sonrakı dövrü birləşdirməkdən ibarətdir. Ona görə də hekayələrdə Sovet dövrü haqqında xatirələr yer alır: «O dövrün hadisələrinə öz münasibətimi bildirmişəm, təcrübəmdən çıxış etməyə çalışmışam. Çünki böyük bir imperiyanın çöküşünü görmək hər adam qismət olmur. Bir yazı adamı üçün bu bitməz-tükənməz mövzu xəzinəsidir. Mən bu hekayələrdə özümün daha çox hansı dövrə aid olduğumu müəyyənləşdirməyə cəhd etdim. Əlbəttə nəyi necə xatırlamaq bu gün tutduğum mövqedən, hansı peşənin sahibi olmağımdan çox asılıdır. Bu hekayələrdəki hadisələri bu günə söykənərək deyil, o vaxt necə olmuşamsa, necə düşünmüşəmsə eləcə də xatırlamışam.» Kitaba daxil olan hekayələr redaktə olunmayıb. Müəllif bunu qəsdən etdiyini bildirib: «Səhvlərimlə, nöqsanlarımla necə var elə görünmək istədim. Bütün səhvlər mənə məxsusdur.»

Аннотация

"Mənim mübarizəm – 8" kitabında müəllifin məqalələri, müsahibələri və hekayələri yer alıb.

Аннотация

"Mənim mübarizəm – 9" kitabında müəllifin məqalələri, müsahibələri və hekayələri yer alıb.

Аннотация