Аннотация

Bu hekayələrdə Qarabağ müharibəsində öldürülmüş, ya xud əlil olmuş, sağ qalsa da, ailəsini, yaxınlarını və gələcəyini itirmiş uşaqların faciəli taleyindən söz açılır. Ayrı-ayrı uşaqların həyatından bəhs etsə də, bunlar sanki bir ailənin uşaqlarının taleyidi. Oxşar talelər, oxşar kədər bütün uşaqların həyatını yaralayır. Həm azərbaycanlı, həm də erməni uşaqları üçün bu tale eynidir. Kitabda müharibənin qəddarlaşdırdığı hərbçilərin qadınlar, qocalar və uşaqların başlarına açdıqları müsibətlər qabardılsa da, bu çətin məqamda insani keyfiyyətlərini itirməyənlərin də obrazı önə çəkilib. Kitab uşaqların həyatından bəhs etsə də, uşaqlar üçün deyil, kütləvi oxucular üçün nəzərdə tutulub. Müəllifin bir xahişi var: bu hekayələri uşaqlarınıza oxumayın! Lütfən, uşaqlarınıza oxumayın!

Аннотация

Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaqüstdə durub Hamı kimi olmayacağam? yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz, necə olsam da, özüm olacağım, başqa kimsə olmayacağım məsələsidir. -deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.

Аннотация

Sərbəst kompozisiya. Mənim üçün cilalı almazdı bunlar. Olubmu ki, nəyəsə böyük tələbat duymusuz, həyata gətirmisiz onu, reallaşdırıb yaşatmısız.., sözlərmi, musiqimi, rənglərmi dünyasının sakininə çevirmisiz və o da öz müqabilində sizi, öz yaradanını ovudub.. Amma sonra arxanıza baxmadan qaçmaq istəmisiz ondan.., həm sevinciniz, həm kədəriniz olub., həm udub, həm uduzduğunuz bir nəsnə. Mənəvi qida və uçurum. Tuluz-Lotrek üçün Mulen Ruj nə idisə, sizin üçün də bu doğurduğunuz eyni bir şey.

Аннотация

Kitabda Şirvan şəhərinin şəhidləri haqqında məlumat toplanmışdır.

Аннотация

Əsərdə müasir dövrümüzdə, nəinki Azərbaycanı, hətta bütün dünyanı əhatə edən bir çox problemlərə toxunulub. Qurandan çəkilən nümunələr və onların şərhi, alın yazısının fəlsəfi anlamı, əsl ədalətin qanunlarda deyil, insanın vicdanında təcəlli etdiyi, sevgi, dostluq, övlad-valideyn münasibətləri, şəxsiyyət azadlığı və s. kimi mövzulardan bəhs edən əsər, eyni zamanda şəxsiyyət azadlığı, səhiyyə və təhsil problemi, habelə qız-oğul övladları arasında ayrı-seçkilik, din pərdəsi altında gizlədilən şəxsi mənfəət, cəmiyyətdəki gərginlik və onların səbəbləri, narkotikanın gətirdiyi bəlalar haqqında danışır.

Аннотация

Saqaların sehrli, möhtəşəm dünyasına girən adamın bir daha sehrdən çıxa bilməyəcəyini deyirlər. İslendingasögur (Ailə Saqaları) külliyatı içərisindən Egillin Saqası ən çox önə çıxanlardan biridir. Saqanın mərkəzində, təxminən 910-990-cu illər arasında yaşamış tarixi bir şəxsiyyət olan Egill Skallagrimsson vardır. O yaxşı lider olmaqla bərabər macərapərəst biridir, döyüşçülüyü, dostlarına sədaqəti, fövqəladə öfkəli xarakteri ilə də fərqli birisidir. Egillin Saqası eyni zamanda bir neçə nəslin və güclü iradəli qurucuların da yarı əfsanəvi, yan tarixi hekayəsidir. Beləcə bu qədim mətn XIX əsrin ikinci yarısı boyunca mütəxəssislərin diqqət mərkəzində olan ədəbi xüsusiyyətləri ilə yanaşı olaraq, dərin ictimai və tarixi mənzərə açar. İctimai yaddaşı mühafizə edən bu keyfiyyəti ilə, keçmişə bağlı ədəbi bir əsərdən daha çox, onun sənədli olaraq yenidən xatırlanmasıdır. Egillin mətndə yad olunan ataları da özü kimi tarixi şəxsiyyətlərdir və anadan olduğu 31-ci bölümə qədər, yəni Saqanın təxminən dörddə biri qismində sadəcə onların macəralarından (Norveçdən məcburi köç və İslandiyada məskunlaşma) danışılır.

Аннотация

Vətəni uğrunda döyüşən zaman, Düşmənə güc gəldi Musayev Mərdan, Zəhmətkeş olubdu Vəli Qəhrəman, Geroyun,vəkilin adı söylənir.

Аннотация

İnsan maddi varlıq olduğu üçün mücərrəd aləmdəki gələcəyi görə bilmir. Onda bu qənaətə gəlirik ki, ya insan maddi aləmdən mücərrəd aləmə keçsin, ya gələcək mücərrəd aləmdən maddi aləməkeçsin, ya da ki, maddi varlıq olan insan mücərrəd ruhundan istifadə eləsin. Fikrimcə, insanın maddi aləmdən mücərrəd aləmə keçməsi ölməkdir. Gələcəyin maddi aləmə keçməsi indiki zamandır, yəni artıq gələcək sayılmır. Maddi cismdəki mücərrəd ruhdan istifadə etmək də 6-cı hissin oyanması, bəsirət gözünün açılmasıdır.

Аннотация

Postmodern fəlsəfi-tənqidi baxış dünyada çox yayğın olsa da ölkəmizdə bu termin o qədər də ciddiyə alınmamaqda, əsasən neqativ mənalandırılmaqdadır. Postmodern tənqidi baxışın nə qədər önəmli, ciddiyə alınmalı və həqiqət payının yüksək olduğu bu kitabda öz əksini tapmışdır. Kitabda postmodernizmin əsasları peşəkar səviyyədə təsvir edilməklə yanaşı, bu tənqidi baxışın əsas fikir daşıyıcıları və onların düşüncələri haqqında da ətraflı məlumat verilib. Professor Gencay Şaylan 1940-cı ildə İzmirdə anadan olub. Ankara Universitetini Siyasi Elmlər fakültəsini bitirdikdən sonra Amerika Birləşmiş Ştatlarında təhsilini davam etdirib, Türkiyənin məşhur Orta Doğu Teknik Universitetində dərs deyib. 1982-ci ildə Sülh Dərnəyi davası səbəbilə 3 il 2 ay həbsxana həyatı yaşayıb və bəraət alıb. Uzun illər Cümhuriyyət qəzetində çalışıb. Başlıca əsərləri: “Türkiyədə kapitalizm, bürokratiya və siyasi ideologiya” (1972), “Siyasi sistemlər” (1981), “Dəyişmə, qloballaşma və dövlətin yeni funksiyası” (1995), “Demokratiya” (1998), “Postmodernizm” (1999, 2002, 2014).

Аннотация

Başqa gənc qızlar kimi, Maresi üçün də Qırmızı Abbatlıq qəddar kişilərin hakim olduğu dünyada yeganə sığınacaq idi. Lakin, illər keçib və gənc qadındır, artıq monastrdan getməlidir. Raahibə bacılarından öyrəndiklərini başqa qızlarla paylaşmaq üçün doğulduğu evə qayıtmalıdır. Öz kəndinə qayıdandan sonra Maresi başa düşür ki, hər şey heç də qaydasında deyil – insanlar əzazil qrafdan qurtulmaq üçün yaşamaq uğrunda mübarizə aparır və Maresinin öyrətmək istədiklərinin hayında deyil. Maresi öz xalqını qurtarmaqdan ötrü öyrəndiyi sehrdən istifadə etmək qərarına gəlir. İlk sevginin atəşiylə alovlanan qəlbi görəsən bunu bacara biləcəkmi?