ТОП просматриваемых книг сайта:
Alatoran yayınları
Все книги издательства Alatoran yayınlarıАннотация
İslandiya xalqının ürəyinə bənzərsiz hərarət və yumor bəxş etdiyi üçün doğulmazdan əvvəlki gecə anasının yuxusundan sona qədər Palın hekayəsi qədər çox az hekayə var. Kainatın mələkləri gənc və yaşlı oxucular arasında böyük populyarlıq qazanıb və bir çox dillərə tərcümə olunub. Onun üçün Einar Már Guðmundsson 1995-ci ildə Nordic Şurasının ədəbi mükafatını aldı.
Аннотация
Əsərləri 20-dən çox ölkədə nəşr olunan, müəllifi olduğu qədər tərcüməsini də bildiyimiz türk ədəbiyyatının ustadı Solmaz Kâmuran Almaqurdu yuxuları ilə 7 yaşından 70-ə qədər bütün uşaqları böyük bir fantaziya dünyasına dəvət edir.
Аннотация
“Kopenhagen trilogiyası” Danimarka yazıçısı və şairi Tove Ditlevsenin memuarlar toplusudur. Trilogiya üç kitabdan ibarətdir: “Uşaqlıq”, «Gənclik» və «Evlilik». Skandinaviya ədəbiyyatının önəmli fiqurlarından biri olan Ditlevsen bu əsərlərində həyatının üç dövrünü təsvir edir.
Аннотация
Hal-hazırda biotexnoloji və genetik tərəqqi, insan təbiətinin gələcəyi ilə bağlı bir çox mübahisəni özü ilə gündəmə gətirir. Bu biotexnoloji tərəqqinin fəlsəfi, etik və siyasi nəticələrini qələmə alan Habermasın isə verdiyi ən diqqətçəkici suallarının başında: İnsan yaradıcısının Tanrı və ya başqa uca varlıq deyil, yenə bir insan olmağının, insanın özünü tanıyıb bilməsi baxımından necə bir nəticəyə gələcəyidir. İnsanın bir növ varlığı olması həqiqətindən çıxış edən Habermas, yaxşı və düzgün həyat tərzi nə fokuslanmış fəlsəfi-metafizik ifadələrin tükəndiyi bir zamanda biotexnologiyanın və onun əsas təhrikedici gücü olan genetikanın təqdim etdiyi imkanların bir daha dəyər və etik problemlərini, həm də bu dəfə tamamilə başqa bir ölçüdə sorğu-sual etməli olduğunu müdafiə edir. Onu ən çox narahat edən vəziyyət isə, fəlsəfənin bu suallar qarşısında susqunluğudur. Praktik fəlsəfənin ədalət nəzəriyyələri mübahisələri içində tıxanmasını tənqid edib, əxlaqa növ etikası bir anlayışı içində baxılması lazım olduğunu müdafiə edən Habermas, təbii yollarla böyüyüb inkişaf edən və insan əlindən çıxmaq surətiylə mövcud olan insan təbiətlə bağlı son dərəcə diqqətçəkici olan arqumentləri dilə gətirməkdədir. Amma buna baxmayaraq, insan təbiətinin instrumentalizasiya edilməsinə qarşı çıxır. Biotexnoloji dizayna əsaslana n insan həyatı modelinin acizliyini göstərir və dövrümüzə uyğun bir özü olma imkanının hansı fəlsəfi və etik əsaslar üzərinə oturmalı olduğunu sorğu-sual edir. Habermas insanın həyat səviyyəsini artıran genetik və biotexnoloji tərəqqinin əleyhinə olmayıb, onlara daha çox fəlsəfi və etik cəhətdən diqqətlə yanaşmalı olduğunu vurğulayırdı. Bu son əsəri ilə elm-fəlsəfə əlaqəsinə yeni və dərin bir məna qatmaqda və insanı yaxın gələcəkdə gözləyən ən ciddi eksiztensial problemlərdən biri qarşısında ayıq olmağa çağırmaqdadır.
Аннотация
2014-cü ilin yanvar ayının 9-da bu kitabın yazarı Məlahət Həsənovaya ağır itki üz verdi. Qızı Nərmin 22 yaşında leykoz xəstəliyindən dünyasını dəyişdi. Nərmin BDU-nun kitabxanaçılıq fakultəsində oxuyurdu. Xoşbəxt bir ailənin qayğısız qızı idi. Amansız xəstəlik onun təhsilini və bütün arzularını yarıda kəsdi. Lakin istər Nərmin, istər ata və anası xəstəliyə asanlıqla təslim olmadılar, mübarizə apardılar. Bu kitabda bir ananın övladına olan sevgisinin və onu qorumaq yolunda göztərdiyi iradənin misilsiz nümunəsi ilə tanış olacaqsınız.
Аннотация
Seymur Baycan (Seymur XXX), yazıçı, publisisit. 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Qafqaz Universitetini bitirmişdir. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. «„Ət və ət məhsulları“» romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir. Publisistik fəaliyyəti dönəmində «„Reytinq“», «„Xalq“», «„Milli yol“», «„Gündəlik Azərbaycan“» və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Аннотация
Müəllif ölkədə gender və sosial problemlərini, xəyanət, ildən-ilə artan boşanmaları, ailələrdə olan anlaşılmazlıqları, nəhayət problemlərlə üzləşərək, onlara tab gətirə bilməyib ayrılan cütlükləri və bunların nəticəsində əziyyət çəkən uşaqları, pozulan körpə psixologiyasını və digər bu kimi mövzuları əsas götürərək, “Sızanaq” əsərini yazıb. Əsər romantik, mistik hadisələrdən ibarətdir. Müəllif romanında həmçinin satira, yumor, sarkazm kimi üslublardan istifadə edib. Qeyri-adi və dünya ədəbiyyatı praktikasında nadir hallarda istifadə olunan “roman daxilində roman” stili də “Sızanaq”-da yer alıb. Kitabda həmçinin eksklyuziv illyustrasiyalardan istifadə olunub.
Аннотация
"Kitabda irili-xırdalı 26 hekayə var, onların 20-i təzədir, heç yerdə çap olunmayıb. Hekayələr müxtəlif mövzulardadı, uşaqların başa düşəcəyi dillə yazmağa çalışmışam. Kitabda hekayələr sadədən mürəkkəbə doğru yerləşdirilib." "Adsız itin qayıdışı" nın əsas ideyası Sovet vaxtı ilə Sovetdən sonrakı dövrü birləşdirməkdən ibarətdir. Ona görə də hekayələrdə Sovet dövrü haqqında xatirələr yer alır: «O dövrün hadisələrinə öz münasibətimi bildirmişəm, təcrübəmdən çıxış etməyə çalışmışam. Çünki böyük bir imperiyanın çöküşünü görmək hər adam qismət olmur. Bir yazı adamı üçün bu bitməz-tükənməz mövzu xəzinəsidir. Mən bu hekayələrdə özümün daha çox hansı dövrə aid olduğumu müəyyənləşdirməyə cəhd etdim. Əlbəttə nəyi necə xatırlamaq bu gün tutduğum mövqedən, hansı peşənin sahibi olmağımdan çox asılıdır. Bu hekayələrdəki hadisələri bu günə söykənərək deyil, o vaxt necə olmuşamsa, necə düşünmüşəmsə eləcə də xatırlamışam.» Kitaba daxil olan hekayələr redaktə olunmayıb. Müəllif bunu qəsdən etdiyini bildirib: «Səhvlərimlə, nöqsanlarımla necə var elə görünmək istədim. Bütün səhvlər mənə məxsusdur.»
Аннотация
Ədəbiyyatsız dünya necə olardı? İlk baxışdan bu sualın cavabı aydındır, çoxluğun fikrincə ədəbiyyatsız da keçinmək olar və ədəbiyyat olmasa dünyada heç nə dəyişməz. Lakin Mario Varqas Lyosa, Orxan Pamuk, İtalo Kalvino, Marsel Prust, Jan Pol Sartr, Karlos Fuentes, Vladimir Nabokov və bu kitabda esselərini və müsahibələrini oxuyacağınız daha 15 tanınmış dünya yazarı bunun əksini düşünür və sübut edir. Ədəbiyyat həyatın daha yaxşı başa düşülməsi və daha yaxşı yaşanmasına yardım edir, həyatı bütöv yaşamaq, onu başqaları ilə birlikdə və paylaşaraq yaşamaq ədəbiyyatsız mümkün olmazdı. Oxuculara təqdim olunan bu kitabda, eyni zamanda, çağdaş dünyada gedən ədəbiyyat prosesləri haqqında bilgilər, yazı sənətinin özəlliklərinə dair ustad tövsiyələri və tanınmış yazarları məşğul edən düşüncələr öz əksini tapıb. Ədəbiyyatətrafı məsələlərlə bağlı tərcümə materiallarının ana dilimizdə çap olunması əlbəttə, ilk deyil, bu cür tənqidi-nəzəri materiallar qəzetlərdə və saytlarda hər zaman yayınlanır, bəzi kitablar da çap olunur, lakin çox zaman fraqmentar və sistemsiz olur. peşəkar söz adamı Qismət Rüstəmovun təqdimatında dünyanın ən tanınmış yazarlarının bilavasitə yazı sənətinin özəlliklərindən bəhs edən məqalə və müsahibələrinin seçilərək ana dilimizə çevrilməsi milli ədəbiyyat prosesimizin yeni bir yüksəklik qazanması baxımından çox böyük dəyər daşıyır.