ТОП просматриваемых книг сайта:
Alatoran yayınları
Все книги издательства Alatoran yayınlarıАннотация
Əsərdə bir müstəntiq, ana qatili olan oğlanı və şahid qızı sorğu- sual edərək kitab boyu onların başlarına gələnləri, düşüncələrini dinləyir. Bütün əsər oglanla qızın dilindən danışılsa da arabir yazar özü “ zəruri müdaxilə”lər edərək mütəntiq haqqında da məlumat verir. Tipik bir azərbaycanlı müstəntiq ( hansı ki həyat yoldaşı sayəsində bu mərtəbəyə çatıb, özü də həyatda yarımçıq qalmış biridir), tipik bir azərbaycanlı oğlan ( hansı ki xəyallarında özünə romantik bir aləm qurmuş, ətraf mühitdən özünü təcrid etmiş biri) və tipik br azərbaycanlı qız ( Hansı ki o da özünə əvvəllər romantik bir dünya qurmuş, sonradan” oyanmış” və həyatda öz yerini tutmaqçün mümkün olan hər variantdan istifadə etməyi qərara almış biri ) öz dilləri ilə özlərini də, özlərinin timsalında cəmiyyətimizi də ifşa edirlər. Bu povestlə yazar əməlli başlı oxucularla oynayır, hərləyib- fırlayıb tələyə salır, onlara gülür. Gəlin düşündüyümü açıq deyim: yazar bu povestlə bütün ömrünü romantik kitablarla keçirən, həyatın gerçəkliklərinə aydın baxa bilməyərək hər şeyi filmlərdəki və kitablardakı kimi sanan, bir sözlə yüngül ədəbiyyat oxuyan az intellektli oxucuları öz ironiyasının hədəfinə çevirib. Əsərdə bəzən “ Min bir gecə nağılları”ndakı kimi təsvirlərə, 60- cı illərin bəzi bayağı sevgi ronalarındakı kimi bənzətmələrə, bəzən klassik poeziyamızdakı kimi uzun- uzadı və şişirdilmiş təşbihlərə rast gələcəksiz. Gənclərin cəmiyyətdə özlərinə yer tapa bilməməsi, mənasız sevgi yolunda oğlanın özünü fəda etməyə çalışması, bəzən intihar düşünməsi, bəzən pulsuzluğa dözməyib öz yoldaşlarını satması, qızın radioda işə düzəldikdən sonra tamam dəyişməsi, özündən “ təcrübəli “ radio işçisi olan qadından eşitdiyi məsləhət ( hansı ki bir neçə gün öncə o qadın bir müsahibəsində mətbuata tamam başqa sözlər demiş və qızın içini tirətmişdi ), özünü oğlandan yüksək tutması, onu alçaltması, hamısı cəmiyyətimizin güzgüsüdür. Siz, əziz oxucular, bu povesti oxuyun. Bəzən özünüzü də görəcək, özünüzə də gülündüyünün də şahidi olacaqsız. Düz fikirləşdiz əlbəttə, mən özüm də özümü gördüm bəzən, hətta qıcıqlandım da. Amma sonra anladım ki doğru deyilib, haqq olaraq gülünüb.
Аннотация
Kitabda «ailə biznesinə» dəstək vermək üçün cinayət törətmək məcburiyyətində qalan dahi gənc Artemis Foula haqqında danışılır.
Аннотация
Yann Martel, 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatına layiq görülüb. Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb. Roman əsasında çəkilmiş eyni adlı film keçən ilin sentyabr ayının 28-də Nyu-York kinofestivalında nümayiş etdirilib, bu kitab çapa hazırlandığı günlərdə 11 nominasiya üzrə Oskar mükafatına təqdim olunub. Hal-hazırda Yann Martel Kanadanın Saskaut şəhərində yaşayır.
Аннотация
Tanınmış şair Rasim Qaracanın bu şeirlər kitabı ikinci dəfə müəyyən dəyişikliklərlə çap edilib. 200 səhifədən ibarət olan bu kitabda şeirlər “əşyalar”, “inkar”, “erotik”, “aranjmanlar”, “birlər” başlığı altında toplanıb. Kitab “Başla” hərəkatının təşəbbüsü ilə nəşr edilib.
Аннотация
Bu kitabda müəllifin minatür şeirləri toplanmışdır.
Аннотация
Bu dörd gürcü generalının- Dimitri Şalikaşvilinin, Georgi Kvinitadzenin, Şalva Mağlakelidzenin və George Maznişvilinin xatirələrini bir-birinə çox şey bağlayır. Bu memuarlarda Gürcüstanın müstəqillik dövrü, 1917-1921-ci illərin dramatik hadisələri, azad ölkənin işğalına səbəb olan daxili çəkişmələr, kənar qarşıdurmalar haqqında düzgün məlumat almağa kömək edir. Bu kitabda həm də digər tarixi mənbələrdə rast gəlinməyən, yaxud da çox zəif şəkildə təqdim olunmuş tarixi həqiqətlər çox əhatəli şəkildə öz əksini tapmışdır.
Аннотация
“Wittgensteinin qardaşı oğlu” – avstriyalı yazıçı Thomas Bernhardın (1931-1989) avtobioqrafik romanıdır, ilk dəfə 1982-ci ildə nəşr olunub. Əsər müəllifin məşhur avstriyalı filosof Ludwig Wittgenstein’in bacısı oğlu Paul Wittgenstein’lə dostluğundan bəhs edir. Paul naməlum psixi xəstəlikdən əziyyət çəkir, paralel olaraq Bernhard’ın da ağ ciyərlərində problem var. Əsərin adında D.Didronun “Ramonun bacısı oğlu” əsərinə göndərmə var. Hər iki əsərdə bacıoğluların həyata yararsız olmaq dərəcəsində həssas təbiətləri var. Hadisələri təsvir etdikcə Thomas Bernhard eyni zamanda Avstriya cəmiyyətindəki boşluğun sirrini açır. Xarici ölkələrdə yüksək dəyər görən yazıçını tənqidi baxışlarına görə öz vətənində Nestbeschmutzer (öz yuvasını kirlədən) adlandırıblar, onu Avstriyanın şöhrətinə kölgə salmaqda günahlandırıblar. “Wittgensteinin qardaşı oğlu” romanı Thomas Bernhard’ın Azərbaycan oxucusu ilə ilk görüşüdür.
Аннотация
Müəllifin seksual həyatla bağlı fikirləri ilə inqilab etməsi hamıya məlumdur. Bu kitabda isə o, seksual hadisələri bioloji araşdırma müstəvisindən ayıraraq psixoloji anlayışlar kontekstində araşdırıb. Elmdə ilk dəfə uşaq seksuallığını, seksual sapmaları, homoseksuallığı hərtərəfli öyrənməyə çalışıb. Böyük alim bütün bu mövzuları özünəqədərki tədqiqatçıların uğur, təcrübə və metodlarına əsaslanaraq şərh edir. Gəldiyi nəticələri anlaşıqlı bir dildə oxucularına çatdırır. Kitab təkcə bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmayıb, mövzu ilə maraqlanan bütün diqqətli oxucular ondan faydalana bilər.
Аннотация
Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur. Get-gedə Katyanın bacısı Netoçka üçün ana rolunu oynayır. Əsər bu iki qız yenidən görüşmədən gözlənilmədən sona çatır.
Аннотация
Düşüncə, vicdan və ifadə azadlığının mənşəyini faydaçı baxış bucağı ilə ələ alan və bu azadlığın dairəsini müəyyən edən 19-cu əsrin başlıca filosoflarından, fikir tarixinin ən önəmli simalarından olan Con Stüart Millin «Azadlıq haqqında» kitabıdır.