Аннотация

Türkiyənin 20-ci əsr ən güclü romançılarından biri olan Güntəkin bu əsərini 1924-cü ildə yazıb. Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür… Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəlinən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisədən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib… Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdən sonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir… Roman isə heç kimin gözləmədiyi sonluqla bitir…

Аннотация

«Çalıquşu», «Bir qadın düşməni», «Yaşıl gecə», «Acımaq», «Yarpaq tökümü», «Qızılcıq dalları», «Göy üzü», «Əski хəstəlik», «Atəş gecəsi», «Dəyirman», «Miskinlər təkkəsi», «Хarabaların çiçəyi», «Qovaq yelləri» kimi 19 roman və bir çox müxtəlif əsərlərin müəllifi olan, qələmi ilə Türk ədəbiyyatına rəng və ahəngdarlıq gətirən Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbul şəhərində anadan olub. Əsərləri dünyanın bir çox xalqlarının dillərinə çevrilərək geniş oxucu auditoriyası qazanıb. Yazıçının əsərlərinin ssenarisi əsasında çəkilmiş filmlər isə həm Türkiyədə, həmçinin göstərildiyi bütün ölkələrdə tamaşaçıların rəğbətini qazanıb, ən böyük reytinqli filmlərə çevrilib. İlk dəfə 1922-ci ildə nəşr olunan «Çalıquşu» romanında müəllif əsərin qəhrəmanı Fəridənin – Çalıquşunun simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqətini qoruyub saxlayan əsl türk qadınının obrazını ustalıqla qələmə almışdır. Romanda çoxlu tarixi məqamlar da var…

Аннотация

Amerikada və Amerika jurnallarında onu “Ceday ustası” adlandırırlar: Tərəqqi Ustası. Bu insan, adi qabyuyandan bugünkü multimilyonerə qədər mürəkkəb bir həyat yolu keçmişdir… Kitab, biznes seminarlardan yığılmış seçmələr əsasında tərtib edilmişdir.

Аннотация

Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin (bu, Məhəmməd Əsəd Bəyin ikinci təxəllüsüdür) «Altunsaç» romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır.

Аннотация

Əlinizdə tutduğunuz bu unikal kitab, müəllifin uzun illər boyu topladığı – dünyaca məşhur insanların – şair-yazıçı, padşah-rəiyyət, alim-ruhani, aktyor-musiqiçi və başqa məslək sahiblərinin məşhur kəlam-ları toplusudur. Bu, adi hikmətli sözlər toplusu deyil, Kitabda məhz elə kəlamlar toplanıb ki, onlar hikmət və müdriklikdən çox, yerində işlədilmiş atmaca xarakterlidir. Burada elə atmaca vardır ki, oxuduqda gülməkdən qəşş edəcəksiniz, elələri də var ki, hikmətindən doymayacaqsınız… Kitabda ensiklopedik xarakter daşıyır, atmaca sahiblərinin adları əlifba sırası ilə verildiyindən onları asan tapmaq olur.

Аннотация

Azərbaycan xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında çox maraqlı məlumatlar əldə edəcəksiniz. Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən yazıçımızın bu əsəri Sizi boş buraxmayacaq. Oxunaqlı dillə qələmə alınmış bu əsəri yaşı çox olan fotolar bəzəyir. Sizi bu maraqlı kitabla baş-başa buraxırıq.

Аннотация

Görkəmli şərqşünas, dilçi alim Qəzənfər Paşayevin adı çəkiləndə istər-istəməz keşməkeşli tarixi olan, indiyə kimi də çalxalanıb durulan İraq yada düşür. Bu da onunla bağlıdır ki, Q. Paşayev 1960-70-ci illərdə Yaxın Şərqin ən qədim dövləti olan İraqda 6 il tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ”Dəclə və Fərat sahillərində” yaşayan xalqların, ictimai həyatını, tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyat və incəsənətini mükəmməl şəkildə qələmə alaraq yığcam şəkildə elmi-bədii-sosioloji salnamə yarada bilmişdir. Bu kitab bu gün də oxunaqlıdır. Ən azından İraqın dünəni və bu gününü müqayisə etmək baxımından. Bundan başqa soyumuz-kökümüz bir olan türkmanların maddi-mənəvi varidatını öyrənmək, o dövrün türkman yazarlarının yaradıcılığı ilə tanış olmaq üçün burada kifayət qədər məlumat əldə etmək olar.

Аннотация

Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı üç sənədli romanı salınıb. Hər biri özünün müxtəlif illərdəki məhbəs həyatından bəhs edir. Oxucuları bəri başdan xəbərdar edirik: «HƏBSXANA» trilogiyasını içərisində çoxlu açıq-saçıq və qəddarlıq səhnələri olduğuna görə yaşı 18-dən aşağı olanların, həmçinin əsəbləri zəif olan şəxslərin oxuması məsləhət deyil! Kitabda ilk dəfə müəllifin çox tez-tez işlətdiyi, əksəri rusca olan 500-dək türmə jarqonlarının azərbaycanca açması verilib.

Аннотация

Oqtay Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti» kitabı Osman-lıların «Möhtəşəm yüz il» adlandırdıqları XVI əsri (1500-1600-cü illəri) əhatə edir. Müəllif xronoloji qaydada addımbaaddım tarixi hadisələri təqib edərək o zamanın tarixini indiki oxucu üçün asan dildə xarakterizə etməyə çalışıb. Kitabda I Şah İsmayıl Xətayinin yaratdığı Səfəvilər (Qızılbaşlar) dövlətinin zəfər və eniş illəri ardıcıl əks etdirilib. Kitab fəsillərə, başlıqlar və yarımbaşlıqlara bölündüyündən asan qavranır. Müəllif həm fars həm də Avropa mənbələrindən məharətlə istifadə edərək Səfəvilər (Azərbaycan) dövlətinin təşəkkülü, etnik, ictimai-siyasi quruluşu, idarəetmə sistemi, ordu quruculuğu və hətta vergi sistemi kimi məsələləri şərh etmiş, Səfəvilərin dünya tarixində rolunu açıb göstərmişdi. Kitab tək tarixçilər deyil, həm də geniş oxucu kütləsi üçün faydalıdır.

Аннотация

Kitab mənəviyyatın, özünü tərbiyənin və ticarətin qızıl qaydalarını sadə və anlaşıqlı bir dillə oxucuya çatdırır. Həyat burulğanında batmayıb, öz yerini tapmaq istəyən hər bir şəxs üçün faydalı olacaqdır.