ТОП просматриваемых книг сайта:
JekaPrint
Все книги издательства JekaPrintАннотация
Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur. Lamiə isə həyatın bütün zərbələrinə baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə qovuşur. ""Dodaqdan qəlbə"" romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə də biganə qalmamışdır. Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlərlə verilmişdir.
Аннотация
Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyasının inkişa-fında, ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişa-fında müstəsna rolu vardır. Kitaba dramaturqun pyesləri, hekayələri, məqalələri və kiçik mütəfərriqələri daxil edilmişdir.
Аннотация
Oxuculara təqdim olunan bu kitabda müasir türk nasir-lərinin əsərlərindən nümunələr toplanmışdır. Əsasən «Varlıq» jurnalından alınmış bu hekayələrdə türk cəmiyyətindəki insanların ağır güzəranından bəhs olunur. Kitabı tərtib edərkən əsərlərin düzülüşündəki ardıcıllıq müəlliflərin anadan olma tarixinə görə müəyyən edilmişdir.
Аннотация
Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından tərcümələri daxil edilmişdir. Müəllif Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəx-siyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhini verməyə çalışmışdır. Kitab şərqşünaslar, filoloqlar, ali məktəblərin müəllim və tələbələri, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraq-lanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Аннотация
Kitabda görkəmli mütəfəkkir, maarifçi şair və pedaqoq Məhəmməd Tağı Sidqinin ədəbi, pedaqoji, elmi əsərləri və məktubları çap olunur.
Аннотация
Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft maqnatlarının həyat tərzi, Sura-xanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət-ənənələri, Azərbaycanda yaşayan almanların bu ölkədəki tarixi, daşnak-bolşevik cütünün 1918-ci ilin 30 mart 1 aprel tarixlərində azərbaycanlıra qarşı törətdiyi soyqırımı, Bakı komissarlarının rejimindən İrana və Türküstana qaçmış milli burjuaziyanın məşəqqətləri, 26 Bakı komissarlarının Türküstanda güllələnməsi, Türküstan və İran həyatı gənc yazıçının göz şahidliyi ilə oxunaqlı bir dildə təsvir olunur. Roman 1920-ci ildə Bakıdan ayrılandan cəmi doqquz il sonra çap olunur.
Аннотация
Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir. Əsərin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir. «Kapital» – müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrədən bir kitabdır. Əsərin əsası sayılan birinci cildini sizə təqdim edirik.
Аннотация
Həyatı ərzində Van Qoq cəmi bir rəsmini (“Arlda qırmızı üzümlüklər”) sata bilmisdi. Bundan düz yüz il sonra isə onun “Doktor Qasenin portreti” əsəri Nyu-Yorkda, Kristi Hərracında rəsm əsərləri arasında rekord qiymətə – 82,5 milyon dollar alınmısdı. Van Qoq 37 il ömür sürmüs və onun yalnız son yeddi ilini təsviri incəsənətə həsr etmisdir. Bu müddətdə o, min rəsm və bir o qədər də səkil çəkmisdir. Öz məqsədinə çatmaq üçün mümkün olmayanı belə etmis bu səxsin kitabda təsvir edilmis ömrü bu gün də həyatda yerini tapmaq istəyənlər üçün bir örnəkdir.
Аннотация
“Dağlar arxasında üç dost” əsəri (1963) İlyas Əfəndiyevin ən güclü romanlarından biri hesab olunur. Romanı oxumağa başlarkən artıq onun klişe sovet romanlarından fərqləndiyini sezmək olur. Hətta sovet beynəlmiləlçiliyi (erməni-azərbaycanlı dostluğu) mövzusunu da dramaturq peşəkarlıqla elə qələmə almışdır ki, indiki baxışla belə o cür münasibətlər absurd görünmür. Müəllifin digər roman və dram əsərlərində olduğu kimi bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu əsasən məhəbbət və ailə dramından ibarətdir. Qəhrəmanların – Şahlar və Səlimənin bir-birinə sevgisi nə qədər qırılmaz və səmimi olsa da, əksinə oğlanın anası Gülnisənin gənclərin məhəbbətinə qarşı etdiyi hərəkətlər də bir o qədər təsirlidir… və tezliklə hadisələr məcrasından çıxır… Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı cürbəcür insan xarakterlərindən, düşmənçiliyə gətirib çıxaran kəskin insan komplekslərindən də söhbət açılır. Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.
Аннотация
“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin «„Tarixlər toplusu“» («„Came ət-təvarix“») əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.