ТОП просматриваемых книг сайта:
JekaPrint
Все книги издательства JekaPrintАннотация
Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.
Аннотация
Dahi Nizaminin aforizmləri, onun ağıl və idrak haqqında dediyi sözlər orta əsr qaranlıqları içərisindən sönməz günəş kimi dünyaya işıq salır. Bu kitabı Nizami təliminin ancaq bir hissəsi kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, bu da öz məzmunu etibarilə həm gənclərimizin tərbiyəsi işində böyük əhəmiyyətə malikdir, həm də müxtəlif münasibətlərdə Nizami əsərlərinə isnad edən tədqiqatçılar üçün faydalıdır.
Аннотация
“Polad necə bərkidi” romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir.
Аннотация
Dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Xacə Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (1235) əsərini latın qrafikası ilə yenidən nəşr etməyi özümüzə şərəf duyuruq. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanıb. Hesab edirik bu kitabımız oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Аннотация
Xalq şairi Nəriman Həsənzadənin bu kitabına daxil edilmiş əsərlər – müxtəlif illərdə nəşr olunan şeir kitabları əsasında tərtib olunub. Məqsədimiz gənclərimizi gözəl şairimizin yaradıcılığı ilə yaxından tanış etmək, poeziya janrına olan marağı daha da artırmaqdır. Ümid edirik bu sahədə gördüyümüz işlər öz bəhrəsini verəcək. Sizi bu şeirlərlə baş-başa buraxırıq..
Аннотация
Nâzım Hikmet Ran (1902 –1963), qısaca Nazim Hikmət, Türk şair, dramaturq, romançı və xatirə yazarıdır. Siyasi düşüncələri üzündən dəfələrlə həbs edilmiş və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirmişdir. Şeirləri əllidən çox dilə çevrilmiş, əsərləri bir çox mükafatlara layiq görülmüşdür. Türkiyədə sərbəst nəzmin ilk tətbiqçisi ve çağdaş türk şeirinin ən önəmli simalarındandır. Adı 20-ci yüzilin ən sevilən şairləri arasında yer almaqdadır. Kitaba Nazim Hikmətin şeir və poemalarından seçmələr daxil edimişdir.
Аннотация
Məlum olduğu kimi, politologiya müasir humanitar elmlər sırasında son dərəcə ziddiyyətli dövrümüzün olduqca mürəkkəb problemlərinin tədqiqinə yönələn və bu istiqamətdə öz mövzu dairəsini durmadan genişləndirən ən universal elm sahəsidir. Bu səbəbdən də onun məzmununun və mahiyyətinin dərkində hələ də xeyli anlaşılmazlıqlar mövcuddur. Bu vəsaiti hazırlamaqda məqsədimiz-politologiyanın əsasını təşkil edən mövzuları konkretləşdirərək, onun cəmiyyət həyatındakı yerini, rolunu və funksiyasını daha aydın ifadə etməkdən ibarətdir.
Аннотация
Kitabda türkün tarixin dərinliyindəki xidmətlərindən, mədəniyyət tarixindən, tarixi coğrafiyasından, Asiya və Avropanın demoqrafik təşəkkülündəki rolundan danışılır. Attilanın yaratdığı Dəşti-Qıpçaq dövlətinin əzəməti, türk hərb sənətinin möhtəşəmliyi göstərilir. Türkün Böyük Köçü ilə qədim Sibir-türk mədəniyyətinin Avropaya nüfuzu, Avropanın xristianlaşmasında, onun bütpərəstlikdən çıxmasında türkün, bilavasitə Attilanın xidmətləri işıqlandırılır. Avropa və rus tarixçilərinin bu zəngin, humanist tarixin üstünə çəkdikləri qara örtük açılır, türkün obyektiv tarixindən geniş oxucu kütləsinə elmi-kütləvi üslubda məlumat verilir.
Аннотация
Kitabda türk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədə-niyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.
Аннотация
Kitaba ən məşhur təmsil yazıçılarından Ezop, İvan Krılov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq və başqalarının təmsillərini daxil etmişik.