Аннотация

Müəllif Azərbaycan mədəniyyətinin o dövrdə inkişafının bütün parametrlərini dolğun şəkildə verə bilmək üçün həm həmin dövrün mədəni simasını yaradan şəxsiyyətlərin bioqrafiyasını, həm də ən səciyyəvi əsərlərini təhlil edir.

Аннотация

Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır.

Аннотация

Kitaba görkəmli füzulişünas-alim, qəzəlxan-şair, ustad Hacı Mailin yaradıcılığının müxtəlif illərində qələmə aldığı qəzəllər daxil edilmişdir.

Аннотация

On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində öyrəşdiyi hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək. Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

Аннотация

F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir. Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir. Kitaba romandan əlavə ədibin povest və hekayələri daxil edilmişdir.

Аннотация

Fərman Kərimzadənin «Qarlı aşırım» əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.

Аннотация

Kitabda beynəlxlaq mükafatlar laureatı, ötən əsrin müqtədir satirik ədibi Əziz Nesinin müxtəlif illərdə yaratdığı mətbu əsərləri toplanmışdır. “Bir sürgün xatirələri” silsiləsi müəllifin şəxsən başına gələn müsibətlərin və məşəqqətlərin bədii-yumoristik ifadəsidir. Oxucular bu kitabda böyük yazıçının çoxşaxəli yeni yaradıcılıq məziyyətləri ilə tanış olacaqlar.

Аннотация

Oxucuların diqqətinə çatdırılan “Fəlsəfə” dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Dərs vəsaitində fəlsəfə tarixinin əsas mərhələləri, varlıq, idrak kimi fundamental fəlsəfi problemlər ətraflı izah edilmişdir. Eyni zamanda insan və cəmiyyət, elm, mədəniyyət və sivilizasiya, müasir dövrün qlobal problemlərinin fəlsəfi təhlilinə geniş yer verilmişdir. Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrdə geniş dünyagörüşünün, həmçinin onlarda tənqidi təfəkkür tərzinin formalaşmasına kömək edəcək. Vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistr və fəlsəfəni müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.

Аннотация

Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin tərcümeyi-halı və onların siyasi fəaliyyətindən bəhs edir. ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və demokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu prinsiplərin pozulması bəzi prezidentlərin impiçmentinə gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmişdir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci şəxslərinin fəaliyyətinə həsr olunmuş, maraqlı faktlar və məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Аннотация

Kitab böyük mütəfəkkir, dahi Azərbaycan şairi və tarixi-mizin önəmli şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır.