Аннотация

Kitaba Səməd Vurğunun seçilmiş şeirləri və “Vaqif” dramı daxil edilmişdir.

Аннотация

Görkəmli İran alimi Sədrəddin Bəlağinin «Quran qissələri” – “Quran hekayətləri» kitabı çağdaş oxucularda bu müqəddəs kitabdakı hekayətlər haqqında düzgün və dolğun təsəvvür ya-ratmaq məqsədilə qələmə alınmışdır.

Аннотация

Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələ-ri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlər-dəndir. Qədim mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib. Kitaba onun iki ən məşhur əsəri – «Gülüstan» və «Bustan» əsərləri salınıb. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.

Аннотация

"Dalanda" romanı Moskvada «Sovetski pisatel» jurnalında və onun əlavəsi «Roman-qazeta»da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış

Аннотация

Əsası 1890-cı ildə F.Pavlenkov tərəfindən qoyulmuş və 1933-cü ildən M.Qorki tərəfindən davam etdirilmişdir Kitab Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamın həyat və yaradıcılığından bəhs edir. Onun bir çox dillərə tərcümə olunmuş şeirləri dünya şöhrəti qazanmışdır. Ömər Xəyyam həm də bir riyaziyyatçı və filosof kimi məşhurdur. Müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar.

Аннотация

Lənətə gələnlər… Kimdir lənətə gələnlər..? Onlar niyə, nədən lənətlənmişlər..? Bu insanların bizdən fərqi çoxmu..? HİV qasırğası – bir cümlə ilə ifadə edilə bilməyəcək faciədir ki, tanrı heç kəsin başına gətirməsin. "Üzdəniraq ada", «Residivist»,"Qadın düşərgəsi", «Sel», «Günahsız qatil», «Həbsxana bənövşəsi» adlı əsərlərin müəllifidir.

Аннотация

Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır. Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.

Аннотация

Sovet quruluşu dağıldıqdan sonra bütün post-sovet məkanında olduğu kimi, Azərbaycanda da özəl şirkətlər fəaliyyətə başladı. Bu şirkətlər bir şəxsin idarəsində olub, ailə şirkəti olaraq idarə olunmuşdur. Zamanın süzgəcindən keçərək günümüzə bu şirkətlərin bəziləri çatmışdır. Amma hələ də bu şirkətlərin böyük bir qisminin idarəsi bir idarəçinin və ya ailənin əlində toplanmışdır. Bu idarə şəkli, baş verə biləcək hər hansı bir böhran qarşısında necə qeyri-stabil olduğunu dəfələrlə sübut etmişdir. Belə şirkətlərdə liderlər yetişmir. Bu səbəblə də şirkəti dünyaya açacaq, yeni səviyyəyə qaldıracaq sadiq insanlar iş başına gətirilmir. Nəticə, lokal qalmış, öz içində çarpışan əməkdaşlarının və idarəçilərin inanmadığı, yarıiflic quruluş halına gəlir. Bu kitabla dəyərli iş adamlarımızın və özünü lider kimi yetişdirmək istəyən gənc idarəçilərimizin inkişafında töhfəmizi vermək istədik. (Müşfiq Məmmədov)

Аннотация

Əksəriyyətimiz həyatımızın ən yaxşı günlərini ayaqüstü komada keçiririk. Anlamırıq ki, həyatda həqiqətən mühüm olan özünün liderinə çevrilib potensialını tam gerçəkləşdirməkdir. Sonra isə başqalarına potensiallarını tam gerçəkləşdirməyə yardımçı olmaq və dünyanı daha rahat etməkdir. Robin Şarmanın “Ferrarisini satmış rahib”inin əməli davamı olan bu yeni kitab, beş müəllimin diliylə bunları bizə öyrədəcək. Oxucu, bu kitabı sənə həsr edirəm. Daxili liderini oyatmaq istəyin məni ruhlandırır. Mən sənin tam gücünlə işləmək qətiyyətindən vəcdə gəlirəm. Rastına çıxan hər bir adamı səninlə tanışlığına qədər olandan daha yaxşı etmək istəyin isə məni, insanların titulsuz liderlərə çevrilməsinə yardım etmək üçün, daha artıq qüvvə sərf etməyə sövq edir.

Аннотация

Yarpaq tökümü romanında maddi durum üzündən pis yol-lara düşən bir ailədən bəhs edilir. Evin kişisi olan Əlirza bəy həmişə ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir. Əlirza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var. Onların 5 uşağı olur…