ТОП просматриваемых книг сайта:
JekaPrint
Все книги издательства JekaPrintАннотация
Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələ-rindən biri olan Xalq şairi Zəlimxan Yaqub yaradıcılığının poetik vüsəti, incə lirizmi və xüsusi pafosu, həmişə xalq yaradıcılığına, xüsusən aşıq şeirinə bağlılığı ilə seçilib. Əslində, onun şair ilhamı həmişə bu iki tükənməz çeşmənin qovşağında qərar tutub. Hər sözündə xalq ruhunu yaşatması, el ədəbiyyatını və klassik irsimizi dərindən bilməsi, yaxşı hafizəsi, iti yaddaşı, geniş bədii duyumu, bulaq kimi çağlayan parlaq və cazibədar nitqi, fərqli dil duyğusu bir şair kimi Zəlimxan Yaqubu fərqlən-dirən və onu sevdirən əsas əlamətlər idi. Oxucuların ixtiyarına verilən kitaba şairin sevilib-seçilən, az qala dillər əzbərinə çevrilən poetik nümunələri daxil etmişik.
Аннотация
İstеdadlı nasir, milli ədəbiyyatmızda tariхi rоman janrının qüdrətli yaradıcılarından biri, hеkayə ustası, dramaturq, publisist, alim, fоlklоr tədqiqatçısı, maraqlı хatirələr müəllifi, pеdaqоq, ictimai хadim və bütün bu müхtəlif cəhətlərin ümumi nəticəsi оlan yüksək ziyalı anlayışını ömrü bоyu şərəflə daşıyan Yusif Vəzir Çəmənzəminli zəngin və mürəkkəb bir həyat yоlu kеçmiş, gördüklərini, yaşadıqlarını, düşündüklərini parlaq bədii bоyalarla əks еtdirməklə ədəbiyyat tariхimizdə həmişə yaşayacaq qiymətli bir irs qоyub gеtmişdir. Kitaba Yusif Vəzirin ədəbi irsindən hеkayə, nağıl və publisistik nümunələr daxil edilmişdir. Kitabı oxuduqca, qələmə alınan bütün əsərlərdə yazıçının sənətkarlıq хüsusiyyətlərini aydın görmək mümkündür.
Аннотация
Polyak müәllifi Y.T.Kruşinskinin XVIII yüzilliyin birinci yarısında İranda vә Azәrbaycanda baş verәn bir sıra mühüm tarixi hadisәlәri әks etdirәn bu әsәri indiyәdәk ingilis, fransız, alman, türk, fars vә başqa dillәrә tәrcümә olunmuş, geniş tədqiqata cәlb edilmişdir. 1708-1726-cı illәrdә Azәrbaycan Sәfәvilər dövlәtinin paytaxtı İsfahanda yaşayıb fәaliyyәt göstәrәn müәllif hәmin әsәrdә Azərbaycanın İran, Rusiya, Zaqafqaziya, Dağıstan, Türkiyə ilә qarşılıqlı münasibətlәrinә, Sәfәvilәr dövlətinin süqutuna geniş yer vermişdir.
Аннотация
Kitabda Xalq şairi Xəlil Rza Ulutürkün müxtəlif səpgili şeirləri təqdim olunub. Şairin poeziyasını iki dövrə ayırmaq olar: 60-cı illərdən 80-ci illərin axırlarına qədər olan dövr, bir də milli-azadlıq hərəkatından sonrakı dövr. Hər iki mərhələdə Xəlil Rza mübarizdir, üsyankardır, haqsızlığa qarşı barışmazdır. Hətta gənclik yaradıcılığının mövzuları təbiət lövhələri, məhəbbət, sevgi seirləri olsa belə bu poeziyada da oxucu şairin milli duyğu və düşüncələrini çox aydın şəkildə görə bilir. Kitabda istiqlal şairinin azadlıq mübarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ilə bağlı şeirləri də yer alıb.
Аннотация
Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçılan və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. Kitabın təkrar çapında etdiyi dəstəyə görə Yüksəl Bağırova dərin təşəkkürümüzü bildiririk.
Аннотация
Bu gün Azərbaycanda kimdən Almaniya haqqında soruşsanız, o sizə bu ölkənin mədəniyyətinə, tarixinə yaxşı bələd olduğunu və hətta onu sevdiyini deyəcək. Azərbaycanlılar həm də əmindirlər ki, almanlar ən ağıllı, istedadlı və işgüzar insanlardır. Bütün dünyada ən nizam-intizamlı olanlar da, ən keyfiyyətli malları istehsal edən də onlardır. Bizim insanlar həm də deyirlər ki, Almaniya olduqca demokratik və ədalətli bir ölkədir. Bəs Almaniya əslində necədir?
Аннотация
Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir.
Аннотация
Məşhur fransız yazıcı Viktor Hüqo 1817-ci ildən ədıb əsl yaradıcılıq yoluna qədəm qoyur. Bu vaxta qədər ədəbi aləmdə şeirləri ilə tanınan Hüqo bir il sonra ilk böyük əsərinı – “Büq Jarqal” romanını yazır. Əsər ədəbiyyat aləminə nəhəng bir simanın gəldiyini xəbər verirdi. “Büq-Jarqal” (1826) romanında baş verən hadisələr fransızlara məxsus olan San-Dominqo müstəmləkəsində 1791-ci ildə baş qaldıran qaradərilərin üsyanı fonunda cərəyan edir. Üsyançıların başçısı Büq-Jarqal, rəhmli, müdrik və ədalətlidir.
Аннотация
Əsər iki dünyagörüşü, tarixə iki baxış və bir-birindən diametral surətdə fərqlənən müxtəlif dəyərlər sistemi arasında olan amansız mübarizədən bəhs edir. Markiz de Lantenak köhnə rejimin mücəssiməsidirsə, onun qardaşı oğlu özündə respublikaçıların inqilabi ideyalarını və yeni dövrü əks etdirir. Romanda, həmçinin Fransa İnqilabının üç əsas xadimi – Marat, Danton və Pobespyerin də fəaliyyəti barədə söhbət açılıb…
Аннотация
“Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir”, – bunu əsərin qəhrəmanı deyir. “Çöl Qala” öz dünyasını qurmağa can atanların kitabıdır, ömründə heç olmasa bircə dəfə buna cəhd eləyənlərin…