Скачать книгу

“palfreniers” adlandırırsınız, amma yox sizdə – Avropada bu oğlanların necə biri olduğunu başa düşmək üçün oxşar heç nə yoxdur. Əllərində nazik, qısa açarlar, dörd atın yanı ilə qaçır, təsvirəgəlməz səslər çıxardırdılar və atları həvəsləndirmək üçün onların qarnının altına ilişdirirdilər. O zamana kimi ki, zəhlətökən an yenidən yetişirdi və fayton palçığa batırdı. Bu zaman kömək fəryadı yenilənirdi. Sən kömək təklif edilənə kimi gözləyirdin, sonra asta-asta səfərinə davam edirdin. Tez-tez mən həmin yoldan keçəndə keçən əsrdə palçığa batıb qalan, ona görə də unudulan səyahətçilər olan faytonlar görürdüm. Amma bu mənim başıma gəlməmişdi. Bu səbəbdən də güman edirəm ki, həmin yolla gedən hər kəs sonda öz təyinat nöqtəsinə yetişir. Əgər Yavadakı bütün yolların belə pis durumda olduğunu düşünürsənsə, yanılırsan. Marşal Dindelsin xeyli insan ölümü nəticəsində tikdirdiyi çoxşaxəli hərbi yol doğrudan da şah əsəridir. Və evdəki paxıl rəqiblərin çoxsaylı maneələrinə, əhalinin narahatlığına, müdirlərin narazılığına baxmayaraq, cəsarətlə, enerji ilə işi sona çatdırmağı bacaran adamın işinə heyran qalırsan. Hətta indi bu yol hər bir ziyarətçinin keçərkən faydalandığı, həyacanlandığı bir yoldur. Avropada poçtalyon atlar yoxdur. Hətta İngiltərə, Rusiya və Macarıstanda olanlar da Yavadakılarla müqayisə edilə bilməz. Yüksək dağlıq ərazilərdə, bədəni əsdirən uçurumlar kənarında yüklənmiş səyahət faytonları tam sürətlə hərəkət edir. Faytonçu sanki mismarlanmış kimi kabinada oturur, saatlarla, bəzən dalbadal günlərlə yerindən durmur və dəmir əli ilə ağır şallağı sağa-sola hərləyir. O, dağ yamacı ilə üzüaşağı dördnala çapan atları nə qədər sağa, nə qədər sola, harada və nə qədər meyilləndirməli olduğunu hesablayır ki, istədiyi yerə yetişə bilsin.

      – Aman Allah! (təcrübəsiz səyahətçi qışqırır) Biz indi aşağı yuvarlanıb parça-parça olacağıq, orada yol yoxdur. Bura uçurumdur! Bəli, görüntü budur. Yol burulur və adam dördnala çapan atların sərnişinləri uçuruma atacağını düşündüyü anda atlar çevrilir və fayton küncdən burulur. Tam sürətlə dördnala çapan atlar bir an öncə görünməz olan dağ döşünə qalxır və uçurum artıq geridə qalır.

      Bəzən faytona dönərkən yalnız arxa təkərlərin iç tərəfi dayaq olur, bu anlarda faytonun bütün ağırlıq mərkəzi yalnız arxa təkərlərin üzərinə düşür. Gözlərini yummamaq adama böyük cəsarət bahasına başa gəlir və Yavaya ilk dəfə səfər edən biri adətən Avropadakı ailəsinə yazır ki, o, həyatının ən böyük təhlükəsi ilə üzləşmişdir. Amma evi Yavada olan isə buna gülür.

      Oxucu, xüsusən də bu tarixçəni yazmağa başlayanda niyyətim heç də yerləri, səhnələri yaxud binaları təsvir etməklə vaxt hədər etmək deyildi. Boşboğazlığa oxşayan tövrlə səni məyus etməkdən çox qorxuram. Bu səbəbdən də sənin diqqətinə sahib olduğumu düşünənə kimi, baxışlarında, xarici görünüşündə dördüncü mərtəbədən tullanan qəhrəmanın taleyi ilə maraqlandığını hiss edənə qədər mən onu bütün cazibə qüvvəsi qanununa rəğmən havadan asılı qoymayacağam. Nə qədər ki, gözəl landşaftın yaxud binanın dəqiq təsvirinə ehtiyac var bunu edəcəyəm, amma onda adama elə gəlir orta əsrlər arxitekturası haqqında cildlərlə esselər yazıram. O qəsrlərin hamısı bir-birinə bənzəyir. Onlar dəyişməz olaraq hetrogen arxitektura nümunələridir. Əsas bina ona sonradan bu və ya digər kralın yürüşü zamanı birləşdirilən qanadlardan hər zaman daha qədim olur. Qüllələr bərbad, sökük durumdadır. Oxucu, ümumiyyətlə qüllə yoxdur. Qüllə bir düşüncədir, xəyaldır. Onlar “yarımqüllələr”, qülləciklərdir. Bu və ya digər müqəddəsin şərəfinə tikilən tikililərdə qüllə ucaltmaq fanatizmi onlar tikib bitirməyə yetəcək qədər davam etməmişdir və göyləri inanclı insanlara işarə etmək üçün qoyulan dirək nəhəng səthdə iki yaxud üç döyüşçü tərəfindən saxlanılır, bu isə sənə havadan asılı qalan, budu olmayan insanı xatırladır. Yalnız kənd kilsəsinin qüllələri dirəkləri ilə birlikdə tikilib yekunlaşmışdır.

      Geniş miqyaslı iş üçün olan coşqunun çox nadir hallarda işi bitirmək üçün lazım olan qədər davam etməsi qərb sivilizasiyası üçün çox da qürurverici deyil. Mən indi bitirilməsi üçün məsrəfləri qarşılamağın zəruri olduğu təşəbbüslərdən danışmıram.: mənim dəqiq nəyi nəzərdə tutduğumu bilmək istəyən şəxs gedib Köln şəhərindəki kasedralı görməlidir. Qoy o, həmin tikilinin arxitekturanın qəlbində olan nəhəng konsepsiyasını və onu öz işini başlamaq və davam etmək üçün lazımi vasitələrlə təmin edən insanların qəlbindəki inamı görsün. Görünməyən dini hisslərin görünən nümayəndəsi kimi xidmət etmək üçün gərək olan belə böyük ideyaların təsirini öz gözləri ilə görmək yaxşı olardı. Və yaxşı olardı ki, həmin adam bir neçə əsr sonra əməyi saxlayan coşqunu həmin ideyalar qatarı ilə müqayisə edərdi.

      Ervin von Staynbax ilə bizim arxitekturalar arasında dərin uçurum var.

      Bilirəm ki, onlar uzun illər ərzində həmin uçurumu dol-durmaqla məşğul olublar: Kölndə də həmçinin onlar yenidən həmin kasedralla işləyirlər.

      Amma onlar qırılmış telləri birləşdirə biləcəklərmi? İndi, bu günlərdə yenidən baş rahibin və tikənlərin gücünə nəyin güc qatdığını aşkar etmək iqtidarında olacaqlarmı? Mən belə düşünmürəm. Ola bilsin, pulla kömək ediblər, ola bilsin, daş və əhəng gətiriblər, ola bilər, eskiz çəkənə ödəniş ediblər ki, plan çəksin, bənnaya pul veriblər ki, daşı daş üstə qoysun. Amma bu binada bir şeir görən itirilmiş, amma eyni zamanda hörmətli etiqadlı insanlarla xeyli ucadan danışan qranit şeiri – daimi, yerini dəyişməz, davam edən, hər zaman orada olan mərmər şeiri kimi bir nəsnəni pul verib almaq olmaz.

      Bir gün səhər Lebak və Pandaqlanqın sərhədində qeyri-adi çaxnaşma gözə dəyirdi. Yolda yüzlərlə süvari vardı və ən azından min kişi – bu yerlər üçün bu rəqəm çox böyükdür – fəal gözlənti içində ora-bura qaçırdılar. Lebakın ərazi rəhbərləri, kənd böyükləri də öz adamları ilə orada idi. Və haşəsi başında, gözəl ərəb atına görə mühakimə etməli olsaq, deyə bilərik ki, hansısa önəmli bir məmur, haranınsa böyüyü də orada idi. Məsələ belə idi: Lebakın naibi RADEEN ADHİPATTİ, KARTA NATTA NEGARA Rankas-Betonu bir neçə adamın müşayiəti ilə tərk edib və yaşına rəğmən onun malikanəsini Pandaqlanqdan ayıran 12 ya 13 km. məsafəni qət edərək bura gəlib. Yeni asistent gəlirdi. Və adət hindlilərdə heç yerdə olmadığı qədər qanun gücünə sahib olduğundan burada səlahiyyətdə olan məmur onu toy-bayramla qarşılamalı idi. Nəzarətçi də həmçinin orada idi. O, orta yaşlı kişi idi və axırıncı asistentin ölümündən sonra vəzifəcə növbəti adam olduğundan bir neçə ay müddətində idarəetməni həyata keçirtdi.

      Yeni komendantın gəlişi haqda xəbər yayılan kimi tez tələsik pendoppo qaldırıldı. Yüngül qəlyanaltılar, bir neçə stul gətirildi və naib nəzarətçi ilə birgə keçib yeni rəhbərin gəlişini gözləməyə başladı. Geniş kənarlı şlyapanın, çətirin, yaxud oyuq ağacının ardından “pendoppo” əlbəttə ki, “dam” anlayışının ən sadə təcəssümü idi.

      4 yaxud 6 yerə basdırılmış başları bir- biri ilə bambuklarla bağlanmış, üstdən bu yerlərdə “atap” adlanan nəhəng palma yarpaqları düzülmüş bambuk çubuğu düşün, düşünə bildinsə, deməli “pendoppo”

Скачать книгу