Скачать книгу

yaşadığından onlar ailəvi dost idi. O, əl verib görüşdü, naiblə nəzakətli salamlaşdı və oturub xəbər aldı:

      – Nə var – nə yox buralarda?

      – Çay içirsən, Duklari?

      – Əlbəttə ki, yox! Mənə kifayət qədər istidir! Bəlkə kakos südün olar? O təravətləndiricidir.

      – Bunu içməyinə imkan verməyəcəyəm. Məncə islanmış biri üçün kakos südü çox yararsızdır. Bu həm səni qıc edər, həm də maddələr mübadiləsini pozub podaqra ağrısına səbəb olar. Dik dağlara ağır yüklər qaldıran hamballara bax! Onlar fəallıqlarını və enerjilərini ya isti su, ya da Koppi dahoen içməklə təmin edirlər. Zəncəfilli çay da yaxşıdır.

      – Nə? Koppi dahoen? Qəhvə yarpaqlarından hazırlanmış çay? Mən belə bir şey görməmişəm.

      – Çünki sən Sumatrada xidmət etməmisən. Orada bu geniş yayılıb.

      – O zaman icazə ver mən qəhvə yarpaqları, yaxud zəncəfil deyil, çay içim. Demək, sən Sumatrada olmusan, yeni komendant da orada olub, eləmi?

      Bütün bu söhbətlər holland dilində gedirdi və naib heç nə başa düşmürdü. Ya Duklari onu bu şəkildə söhbətdən çıxdaş etməyi nəzakətsiz hesab etdi, ya da nəsə başqa şey düşündü, çünki qəfildən Malaya dilinə keçib naibə ünvanlandı:

      – Adhipatti nəzarətçinin yeni komendantla tanış olduğunu bilirmi?

      – Yox. Mən belə demədim, onu tanımıram, – Verbruc Malay dilində dedi. Mən onu heç zaman görməmişəm. O məndən bir neçə il öncə Sumatrada xidmət edib. Mən sənə sadəcə demişəm ki, onun haqda çox şey eşitmişəm.

      – Nə fərqi var, eyni şeydir də. Bir insanı tanımaq üçün onu görməyə gərək yoxdur. Adhipatti bu barədə nə düşünür?

      Həmin anda Adhipatti xidmətçini çağırmaq istədi. Bir qədər keçdikdən sonra dedi: O komendantla razıdır, amma eyni zamanda ona görə bir insanı mühakimə etməzdən öncə çox zaman onu görmək zəruri olur.

      – Ümumi danışsaq, bəlkə də bu həqiqətdir, – ya həmin dili daha yaxşı bildiyindən və nəzakətli olmaq üçün kifayət qədər jest etdiyini düşündüyündən, ya da yalnız Verbruc tərəfindən başa düşülmək istədiyindən Duklari holland dilində davam etdi, – Ümumi götürsək, bu doğru ola bilər, ama Havelaara gəldikdə şəxsi tanışlığa ehtiyac yoxdur. O, axmaqdır.

      – Mən belə demədim, Duklari.

      – Yox, sən belə demədin, amma sənin bütün danışdıqlarından sonra mən bunu deyirəm. Mən iti köpək balığından xilas etmək üçün suya atılan hər kəsə axmaq deyirəm.

      – Hə, bu dəlilik idi, amma…

      – Və, General van Dammın epiqramı kimi təqdim etdiyin… o heç də münasib olmadı.

      – Bu hazırcavablıq idi.

      – Amma cavan biri Generalın hesabına hazırcavab olmaya da bilər.

      – Bəs onun oğurladığı hindquşu?

      – O, bunu Generalı əsəbləşdirmək üçün etmişdir. – Bu dəqiqliklə belədir. Cavab bir kişi Generalı əsəbləşdirə bilməz, xüsusən əgər həmin general sivil qubernatordursa, onun rəhbəridirsə – epiqrama gəldikdə, onun çox gülməli olduğunu düşünürəm. Amma yenə də bu duel…

      – O, bunu ümumiyyətlə başqasının əvəzindən edirdi, o, hər zaman zəiflərin çempionu olub.

      – Hmm. Əgər mütləq bir dava olmalıdırsa, o zaman qoy hər kəs özü üçün savaşsın. Mənim özümə gəldikdə isə mən düşünürəm ki, duel çox nadir hallarda zəruri olur, əgər nə zamansa zəruri olursa, bunu qəbul edə bilərəm. Amma bunu adətə çevirməyi qəbul etmirəm. Ümid edirəm ki, o, bu xüsusda dəyişəcək…

      – Əlbəttə ki, bu barədə heç bir şübhə ola bilməz. O, indi çox yaşlıdır, uzun müddətdir ki, evli və komendantdır. Bundan əlavə, hər zaman onun ürəyinin yaxşı durumda olduğunu və düzgün mühakimə qabiliyyətinə sahib olduğunu eşitmişəm.

      – Həm də o, Lebak üçün tam uyğun bir adamdır. Bu gün səhər bir şey baş verdi, səncə naib bizi başa düşür?

      – Mən düşünmürəm, amma mənə oyun çantandan bir şey göstər və o, elə düşünəcək ki, biz ondan danışırıq.

      Duklari çantasını götürdü, oradan iki taxta xoruz çıxartdı, əlini onlara çəkib sanki öz idmanından söz açırmış kimi Verbruca bir yavalı tərəfindən izləndiyini dedi. Həmin yavalı ondan əhalinin altında inlədiyi təzyiqi azalda bilib-bilməyəcəyini xəbər almışdır, – və, o davam etdi. Bu çox şey deməkdir, Verbruc. Yox söhbət mənim fakta təəccübləndiyimdən getmir. Burada nələrin baş verdiyini bilmək üçün artıq Bantamdakı iqamətgahımda kifayət qədər çox vaxt keçirmişəm. Amma ümumən rəğbəti ilə bağlı səmimi və təmkinli olan adi yavalının bu məsələyə heç bir dəxli olmayan birindən bu xahişi etməsi məni təəccübləndirir.

      – Bəs sən nə cavab verdin, Duklari?

      – Dedim ki, bu mənim işim deyil. Ya sənin yanına gəlməlidir, ya da Rankas-Betonqa gedəndə orada yeni komendanta şikayətini etməlidir.

      – Budur gəlirlər, – xidmətçi Donqso qəfildən dedi. Mən toodonqunu (yağışdan və gündən qorunmaq üçün enli kənarları olan samandan hazırlanmış şlyapa) yelləyən “mantrieni” (naziri) görürəm.

      Hər kəs ayağa qalxdı. Duklari ondan vəzifəcə böyük amma müdiri olmayan, hələ bir də axmaq olan biri ilə görüşmək üçün sərhədə kimi gəldiyini bilməklərini istəmirdi. O atına sıçradı və xidmətçiləri ilə birgə atını sürüb uzaqlaşdı.

      Adhipatti və Verbruc “pendoppo”nun girişində dayanıb yaxınlaşan faytonu izləyirdilər. Tezliklə palçığa bürünmüş, dörd at qoşulmuş fayton bambukdan tikilmiş binanın yaxınlığında dayandı.

      Həmin faytonda nəyin olduğunu zənn etmək xeyli çətin olardı. Bu zaman Donqso, faytonu müşahidə edənlər və naibin evinə məxsus bir dəstə xidmətçinin köməyi ilə nəqliyyat vasitəsininin büründüyü qara dərin örtüyün iplərini və düymələrini bir-bir açmağa başladı. Bu əməliyyat adamın yadına zooparkların hələ yalnız menaqariyalarla hərəkət etdikləri vaxt şəhərlərlə səfər edərkən şirlərin, pələnglərin davranıldığı ehtiyatlı tərzi salırdı. İndi isə bu faytonda nə şir vardı, nə pələng, onlar faytonu bu cür yalnız ona görə bürümüşdülər ki, indi qərb mansoonu (yağışlı mövsüm) zamanı idi və yağışdan qorunmaq üçün hazır olmaq zəruri idi.

      Bəlkə nadir hallarda edən, yaxud da heç səfər etməyən əksini düşünə bilər, amma yolboyu uzun müddət silkələnən faytondan aşağı düşmək indi elə də asan deyildi. Antediluvian dövründə uzun müddət dayandıqlarından gilin ayrılmaz parçasına çevrilən – hərçənd başlanğıcda onlar ora qalmaq üçün girməmişdilər – biçarə Saurianlar kimi uzun müddət faytonun içində sıxılıb qalaraq hərəkət edənlərlə bağlı da mənə görə assimilyasiya adlı bir şey baş verir. Sonda adam dəri yastığın harada bitdiyi, fərdiliyin harada başladığını bilmir. Bəli, mən hətta düşünürəm ki, belə durumda adamın dişağrısı, qıcolmaları da tuta bilər. İnsan bu durumda çox

Скачать книгу