ТОП просматриваемых книг сайта:
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli
Читать онлайн.Название Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları
Год выпуска 0
isbn
Автор произведения Multatuli
Издательство Alatoran yayınları
Etiketlərlə bağlı sözlərə baxsaq, müəyyən bir çətinlik yaşanırdı. “Zəhmət olmasa, madam” və “Komendant”… Hər necə olsa da, sonda mənim haqqında danışdığım Saurianlara oxşar bir görkəmi və münasibəti olan bir kişi faytondan yerə düşdü. Bir şey deyim, onun hərəkətsizliyi heç də fayton səyahəti ilə assimilyasiya edilməməlidir. Çünki ətrafında heç kim olmayanda da, o, bir çox Saurianlını qısqandıracaq dərəcədə sakitlik, astagəllik və ehtiyatlılıq sərgiləyirdi. Və o, çoxlarının gözündə sakit, müdrik və təmkinli əlamətlərə sahib insan idi. O, Hindistanda olan bir çox avropalı kimi idi. Əlbəttə ki, intellektual inkişafdan xəbər verən düzgün sifət cizgilərinə sahib idi. Amma baxışlarında nəsə soyuqluq vardı, bu soyuqluq sənə loqorifmalar cədvəlini xatırladırdı. Və ümumi tərzi bütövlükdə xoşagəlməz və iyrənc olmasa da sifətindəki uzun burnunun bir zamanlar onu qıcıqlandırdığını düşünməmək əldə deyildi.
O, nəzakətlə əlini qadına uzadıb ona düşməyə yardım etdi. Sonra isə hələ də faytonda olan centlmendən uşağı – bu 3 yaşlarında balaca sarışın oğlan uşağı idi – götürdü və onlar “pendoppo”ya daxil oldular.
Sonra həmin centlmen özü də düşdü və Yava ilə tanış olan hər kəs dərhal müşahidə edə bilərdi ki, o, fayton qapısının ağzında yaşlı yavalı “baboe”yə (dayə-xidmətçi) yardım etmək üçün gözləyir. Üç xidmətçi faytonun arxasına yapışan dəri "fincan”dan düşüb gəldilər.
Faytondan birinci düşən centlmen əlini naibə və nəzarətçi Verbruca uzatdı. Onlar uzanan əli hörmətlə sıxdı. Və bu münasibətdən sən onların hörmətli bir insanın qarşısında dayandıqlarını görə bilərdin. O, Bantanın komendantı idi, Lebak o böyük əyalətin yalnız bir rayonu idi, yaxud rəsmi dildə desək, onun köməkçi komendantı idi. Mən çox zaman bədii kitablar oxuyanda yazıçının ictimaiyyətin zövqünə az hörmət göstərməsinə görə inciyirdim. Dili başa düşməyən, ən azından onu səhv tələffüz edən adamı məcbur edirlər ki, danışsın. Misal üçün fransız holland dilində belə danışır:
“Ka kavrv na de Krote Krak”, yaxud da Krietje Kooit Keen Kare Kronte Kraavek.” Mən axmaq “vaudevil”ə də şahidlik etmişəm, çünki onun içində kimsə vardı, hər zaman “ Mənim adım Meyrdir” deyərdi. Məncə, bu ağıllı görünməyin çox ucuz yoludur və düzünü desəm, əgər bunu gülməli hesab edirsənsə, sənə çox acığım tutur. Amma hazırda sənə oxşar bir şeyi mən özüm təqdim etməliyəm. Zaman-zaman sənə bir insan göstərməliyəm, – bunu bacardığım qədər nadir hallarda etməyə çalışacağam – mən həmin insanın danışıq tərzinin səni güldürmək üçün uğursuz bir cəhd olduğundan şübhələnirəm. Bu səbəbdən də səni əmin etməliyəm ki, haqqında danışdığım Bantamın çox təmkinli komendantı özünü ifadə tərzinə görə çox özünəməxsusdursa, bunu ifadə etmək mənim üçün çox çətindir. Elə danışırdı ki, sanki hər sözdən sonra bir dövr, uzun fasilə var. Və mən onun sözləri arasındakı bu məsafə üçün kilsədəki uzun duadan sonra deyilən “Amin”dən sonra gələn səssizlikdən daha yaxşı müqayisə tapa bilmərəm. Bildiyiniz kimi bu fasilə hər kəsə burnunu çəkmək və öskürmək üçün bir imkan yaradır. Dedikləri çox zaman yaxşı qəbul edilirdi və o, əgər həmin yersiz fasilələri ötürməklə bağlı özünü yola gətirə bilsəydi, onun cümlələri ən azından ritorik nöqteyi-nəzərdən məqbul sayıla bilərdi. Amma bütün o xırdaçılıq, kəkələmək, sərtlik onu dinləməyi çox yorucu edirdi. Çox zaman onun bitirdiyini düşünüb cavab verməyə başladığın anda – və qalanları sənin ixtiraçılığına buraxılır – yenidən başlayır üyüdüb-tökməyə, onun sözləri məğlub edilmiş ordunun geridə qalan sınıq-salxaq əsgərləri kimi yenidən axır ağzından. Və sənə elə gəlir, sən onun sözünü kəsirsən, bu düşüncə isə hər zaman xoşagəlməzdir. Seranq ictimaiyyəti və hökümət işində işləməyən insanlar onun söhbətini incə adlandırırdılar. Amma hökümət işində işləyənlər daha səmimi idilər. Bu sözün gözəl olduğunu düşünmürəm, amma etiraf etməliyəm ki, bu söz komendantın bəlağətini çox gözəl təsvir edirdi. Hələ bu vaxta kimi Maks Havelaar və onun arvadı haqqında bir kəlmə də deməmişdim. Çünki o ikili faytondan komendantdan sonra öz övladları və “babeo” ilə birgə düşdülər. Ola bilər, onların xarici görünüşünün təsvirini sənin güclü xəyal gücünə və hadisələrin sonrakı axarına buraxmaq yaxşı olardı. Amma bir halda ki, hazırda təsvirlərlə məşğulam, bir şeyi də deyim ki, madam Havelaar gözəl biri deyildi, amma həm danışığında, həm görünüşündə gözəl nələrsə vardı və rəftarının sadəliyi ilə dünya gördüyünü və üst sinfi təmsil edənlərin yanında özünü suda balıq kimi hiss etdiyini nümayiş etdirirdi. Özünü “cırıb-dağıdıb” xoşagəlməz snobluq nümayiş etdirmək, hər şeydən çəkindiyini göstərmək, “seçilən” olduğunu nümayiş etdirmək üçün gərginliyi və xoşagəlməzliyi yox idi. Və başqa qadınların haqqında çox düşündüyü xarici görünüş haqqında da narahat deyildi. Paltarında da sadəlik nümunəsi olduğu sezilirdi. Mavi saya çit parçadan Caodjoe və mavi Cordeliyer geyinmişdi. Məncə buna Avropada “peignoir” deyirlər, səfər kostyumunun rəngi məhz belə idi. Boynunda nazik, ipək parçadan şarf vardı, oradan iki balaca medalyon asılmışdı, bu medalyonlar görünməz idi, çünki onun paltarının qatlarının altında qalırdı. Saçında çələng vardı “a la Chinoise idi.” Kondek onun geyim dəstini tamamlayırdı.
Mən dedim ki, o gözəl deyil, amma onun çirkin olduğunu düşünməyini də istəmirəm. Ümid edirəm ki, onu sənə göstərmək şansım olan kimi sən onu gözəl hesab edəcəksən. Söhbət onun Maksından gedəndə “dahiyə məhəl qoymama” adlandırdığı anlarda qəzəblə yanırdı. Yaxud da məsələ onun övladının rifah halı ilə bağlı olduqda belə olurdu.
Tez-tez deyirlər ki, sifət qəlbin aynasıdır, bizim üçün tərpənməz sifət haqda xoş sözlər danışmaq o deməkdir ki, həmin ürəyin əks etdirməyə bir şeyi yoxdur. Hə, onun nəcib ürəyi vardı, əlbəttə onun simasını gözəl hesab etməyən əri kor idi. Çünki üzünə baxanda onun ürəyini oxumaq olardı.
Havelaar təxminən 35 yaşlarında bir kişi idi. O arıq və hərəkətlərində qıvraq idi, bircə istisna hədsiz ifadəli və qısa üst dodağı, bir də iri, solğun gözləri idi. O, sakit əhvalda olduğunda bu gözlər xəyalpərəst ifadə alırdı, böyük düşüncələrlə çalışıb-vuruşanda isə onlar alışıb yanırdı. Xarici görkəmində xüsusi diqqətçəkici bir şey yox idi. Açıq düz saçları gicgahını örtürdü və mən inana bilərəm ki, sən əgər onu ilk dəfə görsən, qarşındakı insanın həm baş, həm ürək etibarı ilə nadir keyfiyyətlərə sahib olan biri olduğu qənaətinə gələ bilərsən. O, ziddiyyətlərlə dolu biri idi. Ülgüc kimi iti, qız kimi yuxaürəkli, acı sözlərinin təsir edib yaraladığı ilk insan elə özü olurdu. Və o, yaralanandan daha çox özü əziyyət çəkirdi. Tükü-tükdən seçən idi, ən yüksək və ən həssas məsələləri həmin andaca başa düşür, çətin məsələlərin həlli ilə özünü əyləndirirdi. Və bütün təhsilini, məşəqqətini və səylərini bu kimi işlərə sərf edirdi. Hə, tez-tez olurdu ki, uşağın belə ona izah edə biləcəyi ən sadə məsələləri başa düşmürdü. Ədalətə, düzgünlüyə böyük sevgi duyduğundan çox zaman ədalətsizliyə dərman