Скачать книгу

tərk edilmiş vəziyyətdə sərgərdan gəzirəm.

      Mən yer üzünün bir qəribiyəm.

      Həmin evdə olanda gözlərim yaşardı,

      Bir cüt göz yaşı parıldadı gözlərimdə,

      Nəvazişli bir əl qorxumu qovdu.

      Anamın sevgisi yaxında idi artıq!

      Məni etibarlı ürək qoruyurdu,

      Həmin köməksiz uşağı

      Əvvəl ayaq deyməmiş yerlərlə gedərkən,

      Mülayim sözləri və baxışları ilə bələdçim idi.

      Amma tale bu bağları qırdı

      Bizi, ikimizi birləşdirə həmin tale,

      Və indi yad sahillərdə olarkən,

      Mən yalnız Allahlayam, başqa kimsəm yoxdur.

      Amma əziz anam həmin sevgi hələ də mənimlədir.

      Həm kədərdə, həm sevincdə yanımdadır.

      Həmin sevgi azalmayan rayihə ilə

      Həmin sevilən oğlanın ürəyini doldurur.

      Evdə, qorxulu dörd il bundan öncə

      Mən bir sahildə dayanmışam.

      Və məncə mən gələcək düzləri görürəm,

      Bilinməyən, qarşıdakı, gözəllikləri də dururam.

      Qəfildən mən bu günə nifrət edirəm.

      Xəyallarım qururam, üzərimdə lütf duyuram

      Özümü cənnətdə bilirəm.

      Digərləri vecimə olmur.

      Mən xudahafiləşirəm, indi peşmanam.

      Bu qəfil bir səhnə idi,

      Çox tez də yox olub itdi,

      Off, necə də aldanıldım.

      İldırımlarla dolan zaman,

      Artıq həmin izlər geridə qaldı.

      Bu zaman məlahətli bulağı qurutdu,

      Mənim hüzurmu, dincliyimi pozdu!

      Mən həm kədəri, həm sevinci yaşamışam.

      Mən düşünmüşəm, mən cəhd etmişəm.

      Səmimi dualarımla sakitlik axtarmışam.

      Amma hələ də içimdə fırtınalar var.

      Və mən Ona gözlərimdə yaş təşəkkür etmişəm.

      Mənim olanı özününkü etdiyi üçün.

      Mən ahlarım keçid alır sevinc..

      Mən ona yalnız, təkbaşına dualar edirəm.

      Sevgi qəlbimi əvvəl qayğı ilə

      Sonra narahatlıqla doldurarkən,

      Tapdığım yalnız kədər və ağrı oldu.

      Hərçənd məhz orada dinclik axtarırdım.

      Onun xətrinə sevinclə əziyyət çəkirdim,

      Kədər içində, əzizim üçün qovrulurdum.

      Bütün qurbanlara gedərəm, təki bircə,

      Taleyim onu burada, yanımda saxlasın.

      Onun rəsmi ürəyimdə kök salıb.

      Son nəfəsimə kimi bu fikirdə qalacam.

      Uzaqlarda olsam da, bir gün yenə,

      Onun əziz ana vətənində qovuşacam!

      Amma bəs belə bir parlaq sevgi,

      Həyatımı başlayan bu sevgi,

      Göylərdən gələn bu sevgi,

      Oğul mərhəhəməti, şəfqəti deyil nədir?

      Ana bətnindən yenicə ayrılan körpə,

      Ana gözlərindəki şeh dənələri

      Tutqunluqdan, qaranlıqdan görünən işıq.

      Onu ətrafında nə varsa işıqlandırır.

      O, anasının sinəsini əmir,

      Ona həyat verən həmin axını.

      Uca yaradan məni özünə götürmə!

      Əvəzində anamı mənə ver!

      DÖRDÜNCÜ BÖLÜM

      Davam etməzdən öncə cavan cənab Sternin gəldiyini deməliyəm. Yaxşı oğlandır. Fəal və ağıllı görünür. Amma məncə o, – almanlar dediyi kimi – “fantaziyalı” biri idi. Merinin 13 yaşı var. Onun geyimi çox yaxşıdır və əlində Holland stilini məşq etmək üçün qeyd dəftərçəsi var. Mənə maraqlıdır, görəsən tezliklə Lüdviq Sterndən sifariş alacağammı? Meri onun üçün bir cüt tərlik toxuyacaq. Cavan cənab Sterni nəzərdə tuturam. Busenlik və Voterman səhv etmişdir, hörmətli dəllal nəyinsə yerinə nəsə qoymur. Dediyim budur. Şəkər çuğunduru taciri Rozemeyr ailəsinin təşkil etdiyi məclisdən bir gün sonra mən Fredi çağırdım və “Şallı kişi”nin qutusunu gətirməyi də tapşırdım. Oxucu, bilməlisən ki, mən öz ailəmdə din və mənəviyyatla bağlı məsələlərdə çox dəqiqəm. Dünən axşam, ilk armudumu yediyim anlarda qızlardan birinin sifətindən oxudum ki, “Şallı kişi”nin qutusundan çıxan şeirdəki nəyinsə səhv olduğunu düşünür. Mən özüm dinləmirdim, amma Betsinin çörəyini əzib parçaladığını gördüm və bu mənə kifayət edirdi. Yəqin, başa düşmüsən, oxucu, mən dünya adamıyam. Freddən xahiş etdim ki, dünənki qutudan gözəl şeiri çıxardıb mənə gətirsin. Tezliklə Betsini çörəyini əzib ovxalamağa məcbur edən misraları gördüm. Orada anasının sinəsinə sıxılan bir körpədən söhbət açılır. Bu barədə mən heç nə demirəm. Amma – “anasının uşaqlığını yenicə tərk etmiş körpə” – bunu bəyənmədim, arvadım da. Merinin 13 yaşı var. “Kələm” və başqa şeylər haqqında biz danışmırıq. Mən mənəviyyata böyük önəm verdiyimdən burada hər şeyi öz adı ilə çağıra bilmərəm. Və mən şeiri əzbər bilən Fredi məcbur elədim mənə söz versin ki, bunu bir daha təkrar etməyəcək. Ən azından Doktrinanın üzvü olan kimi – çünki ora cavan qız gəlmir. Sonra onu siyirtməmə qoydum, şeir yazılan kağızları deyirəm. Amma mənə həm də maraqlı gəlirdi, görəsən qutuda başqa adamı incidən təbiətə sahib nəsə vardımı? Açıb diqqətlə baxmağa, təftiş etməyə başladım. Hər şeyi oxuya bilmədim, çünki yazılanlardan çoxu bilmədiyim xarici dildə yazılmışdı. Amma sonda gözüm “Menado iqamətgahında Qəhvə mədəniyyəti” adlı bir sənədə sataşdı. Ürəyim sevincdən guppuldamağa başladı, çünki mən Laurier kanal 37 ünvanında qəhvə dəllalı olaraq çalışıram və “Menado” çox yaxşı marka hesab edilir. Beləliklə bu, mənəviyyatdan uzaq misralar yazan “Şallı kişi” Qəhvə ticarətində olubmuş. İndi qutuya tamam başqa gözlə baxırdım. Onun içində tam olaraq başa düşmədiyim sənədlər, razılaşmalar gördüm. Amma onlar ticarət bilikləri nümayiş etdirirdi. Onların arasında məğzini tam olaraq başa düşmədiyim bəyannamələr, problemlər, razılaşmalar vardı. Və hər şey elə dəqiqliklə, elə qayğı ilə yazılmışdı ki, mən sözün qısası – çünki mən böyük həqiqət aşiqiyəm – bu “Şallı kişi” ilə bağlı düşündüm

Скачать книгу