Аннотация

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri – “Saz” və “Tütək səsi” təqdim edilib. Hər iki əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşanan həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqlı şəkildə əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, Cəbrayıl kimi xarakterlər, yaradılan təzadlı situasiyalar Azərbaycan kəndinin və insanının bütün koloritini canlı şəkildə ötürə bilir. Əsər elə real təsvirlərlə zəngindir ki, oxucu özünü o dövrün və o insanların içində hiss edəcək. Motivləri əsasında məşhur “Tütək səsi” filmi çəkilmiş əsərlərdə nəql olunan əhvalatlar çox asanlıqla yaddaşa köçür.

Аннотация

“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

Аннотация

Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.

Аннотация

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylonun” mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.

Аннотация

“Bakı-1501” Əzizə Cəfərzadənin ən məşhur romanlarındandır. Əsərdə Şah İsmayıl Xətainin Şirvanşahlar üzərinə yürüşündən, qanlı döyüşlərdən, o dövrdə baş verən hadisələrdən danışılır. Həmçinin kitabda əsl adı Bibixanım olan sadə kəndli qızının necə Sultanım xanıma çevrildiyinin və qalanı qoruyarkən Şah İsmayılla üz-üzə gəldiyinin, onu məğlub etməsinə baxmayaraq öldürmədiyinin şahidi olacaqsınız. Bu maraqlı əsərlə Azərbaycan tarixinin əhəmiyyətli dövrünə səyahət etmək, bir çox hadisələrin xəyali iştirakçısına çevrilmək imkanınız olacaq.

Аннотация

Məmməd Səid Ordubadinin tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib: bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Roman iki hissədən ibarətdir. Bu kitabda hər iki hissə öz əksini tapıb.

Аннотация

Vətənin taleyi haqqında mühüm tarixi keçidlərdə Azərbaycan xalqının qarşısına çıxan "Olum, ya ölüm" məsələləri barədə dərin düşüncələri Y.V.Çəmənzəminlinin XVIII əsrin böyük sənətkarı və dövlət xadimi Moll Pınah Vaqifin adıyla bağlı olan "İki od arasında" romanında yüksək bədii sənətkarlıqla, həqiqətə güzəştsiz sədaqətlə əksini tapıb. Bu roman Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub.